Hadisə

Azərbaycanda azyaşlı çipsidən zəhərlənib öldü

Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb. Bakuinfo.net məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, hadisə Qobustanda baş verib.

11:25, 10 iyun Hadisə

Goranboyda ağır yol qəzası baş verdi. Ölən var

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy-Tərtər magistral yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü 39 yaşlı Ə.Seyidov hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

10:54, 10 iyun Hadisə

Bakıda məktəbli qız vəfat etdi

Bakıda məktəbli qız vəfat edib. Bakuinfo.net xəbər verir ki, bu barədə vəfat edən məktəblinin təhsil aldığı Heydər Əliyev adına lisey məlumat yayıb. Liseyin 8-ci sinif şagirdi Sevgi Baxşəliyeva qəfil dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü isə açıqlanmayıb.

10:33, 10 iyun Hadisə

Bakıda DƏHŞƏT: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

Bakıda dəhşətli hadisə baş verib. Bakuinfo.net xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. 2 yaşlı Həmzə İmanov yaşadığı binanın 6-cı mərtəbəsində evlərinin pəncərəsindən yıxılıb. Azyaşlı həyətdə olan maşının üzərinə düşüb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.

09:04, 10 iyun Hadisə

SON DƏQİQƏ: Ordumuzun əsgəri YOXA ÇIXDI

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Müdafiə Nazirliyindən Bakuinfo.net bildirilib ki, hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

08:49, 10 iyun Hadisə

Azərbaycanda ictimai nəqliyyatda bədbəxt hadisə: ölən var

Şəkidə 66 yaşlı kişi avtobusda dünyasını dəyişib. Bakuinfo.net publika.az-a istinadla xəbər verir ki, hadisə Şəki şəhərində baş verib. Belə ki, rayonun Bideyiz kənd sakini, 1958-ci il təvəllüdlü Natiq Şahid oğlu Seyidov şəhərdaxili marşrut avtobusunda ölüb. N.Seyidovun ürəktutmadan öldüyü ehtimal olunur.

08:32, 10 iyun Hadisə

DSX-nin 2 hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat etdi

Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib. Bu barədə qurumun teleqram kanalında bildirilib. “İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat

14:36, 09 iyun Hadisə

SON DƏQİQƏ! Güclü yanğın başladı:62 nəfər xilas edilib

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində yanğın olub. Bu barədə Bakuinfo.net-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

14:05, 09 iyun Hadisə

Çinarə övladını itirdi - FOTO

Aparıcı Çinarə Əliyevaya ağır itki üz verib. Bakuinfo.net baku.ws-ə istinadən bildirir ki, bir neçə həftə sonra ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva övladını itirib.

14:15, 08 iyun Hadisə

Bulvarda dəhşətli İNTİHAR: qadın özünü dənizə atdı

Bakıda intihar hadisəsi olub. Bakuinfo.net-in məlumatına görə, hadisə Dənizkarı Milli Park ərazisində, saat qülləsinin yaxınlığında baş verib. A. Mirişova qeyd olunan ərazidə estakadadan özünü Xəzər dənizinə ataraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil.

11:35, 08 iyun Hadisə

Powered by MirTech