SON DƏQİQƏ! Məhşur aktrisa VƏFAT ETDİ - FOTO
Məşhur sovet aktrisası Aqniya Borisovna 95 yaşında vəfat edib. Bakuinfo.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Qeyd edək ki, aktrisa "Uzaq sahillərdə", "Vətəndən uzaqlarda", "Günorta şousuna iki bilet" kimi Azərbaycan filmlərində rol alıb. Xüsusən, "Uzaq sahillərdə" filmindəki "Anjelika" obrazı ilə yadda qalıb.
Azərbaycanda DƏHŞƏTLİ hadisə! 4 nəfər həlak oldu..
Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində dəhşətli hadisə baş verib. BAKUİNFO.net “Yeni Sabah”-a istinadla bildirir ki, gecə saat 00 radələrində VAZ 2107 markalı avtomobildə olan 5 nəfər maşınqarışıq Kür çayına düşüblər. Avtomobil çaya düşən zaman onlardan biri özünü maşından ataraq xilas ola bilib. Digər 4 nəfər isə maşınla bərabər suya düşərək boğulublar. Xəbərdə bildirilir ki, həmin şəxslər restorandan qayıdan zaman gecə qaranlığında yolu itiriblər və avtomobil çaya düşüb.
Kürdəmirdə AĞIR QƏZA, sürücü öldü
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. Bakuinfo.net-in APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Qələndərov İntiqam İsrayıl oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır bədən xəsarəti alıb. Yaralı dərhal təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun
"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşdü
"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb. Xətlərdə yubanma var”. Bu barədə Bakuinfo.net-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O deyib ki, bu barədə əlavə məlumat veriləcək. Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin öldü
Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Dasımalar Departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisi Əli Əlizadə 45 yaşında ürək tutmasından vəfat edib. Bu barədə informasiya sosial şəbəkələrdə yer alıb. Mənbə yazır ki, mərhum bu gün Gəncədə baş tutacaq.
İyun ayında TƏHLÜKƏLİ GÜNLƏR!
Alimlər bildirirlər ki, 2024-cü ilin yay ayları maqnit qasırğaları ilə müşayiət olunan Günəş aktivliyinin pik nöqtəsi olacaq. Bakuinfo.net metbuat.az-a istinadən xəbər verir ki, alimlər iyun ayında bir sıra maqnit qasırğalarının olacağını, iyunun 16-17-də aktivliyin pik nöqtəyə çatacağını proqnozlaşdırırlar (G4). Bundan başqa, 1-2 iyun (G3), 8-12 iyun, 19-20 iyun, 23 iyun, 28-29 iyun tarixlərində daha az intensiv qasırğalar gözlənilir. Bundan əlavə, Günəş Astronomiya Laboratoriyasının
Dəhşətli HADİSƏ: ölən və yaralananlar var
İsmayıllıda avtomobil qəzası baş verib. Bakuinfo.net APA-ya istinadla xəbər verir ki, ilkin məlumata əsasən, hadisə İsmayıllının Kürdmaşı kəndi ərazisində qeydə alınıb. Nəticədə bir neçə nəfərin ağır yaralandığı və bir nəfərin dünyasını dəyişdiyi bildirilir.
Balakəndə ŞOK DƏLƏDUZLUQ: qadınları şantaj edən "vəkil" tutuldu - VİDEO
Balakəndə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib.
DİQQƏT ! Əhaliyə bu gecə ilə bağlı XƏBƏRDARLIQ!
Bakıda və Abşeron yarımadasında güclü küləklə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. İyunun 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Novxanıda ağır qəza: Ölənlər var
Abşeron rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakuinfo.net xəbər verir ki, 2001-ci il təvəllüdlü Həşimov Fərid İftixar oğlu idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və əks yola çıxıb. Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü Eynullayev Zaur Eynulla oğlunun idarə etdiyi "Ural 4320" markalı yük avtomobili ilə toqquşması nəticəsində Fərid Həşimov və