Hadisə

DƏHŞƏT ! Yeniyetməni ildırım VURDU ..

Bakuinfo.net xəbər verir ki, bədbəxt hadisə mayın 31-i axşam saatlarında rayonun Ağdam kəndində baş verib. Məlumata görə, rayon sakini, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub. O, hadisə yerində ölüb.

19:55, 31 may Hadisə

Abşeronda dəhşətli QƏZA - FOTO

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə təzə yolda qeydə alınıb. "Daevo Centra" və “Ural” markalı avtomobillər toqquşub. Nəticədə "Daevo Centra"da olan Emin Xudiyev və onun dostu (şəxsiyyəti dəqiqləşdirilir) ölüb. Faktla bağlı araşdırma aparılır.(Report)

18:57, 31 may Hadisə

BDU - nun Şöbə müdiri VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri Gülər Pənahova vəfat edib. Bakuinfo.net metbuat.az-a istinadən xəbər verir ki, Gülər Pənahova 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildən 2019-cu ilə qədər BDU-da Tələbə şöbəsinin baş laborantı vəzifəsində çalışıb. 2019-cu ildən Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri işləyib.

18:44, 31 may Hadisə

Bu ölkə 10 - a yaxın RAKET BURAXDI..

Şimali Koreya 10-a yaxın raket buraxdı Şimali Koreya Yapon dənizinə doğru 10-dək yaxınmənzilli raket raket atıb. Bakuinfo.net xəbər verir ki, uçuş məsafəsi haqqında məlumat verilməyib.

00:06, 31 may Hadisə

Tanınmış bloqer ağır qəzaya düşdü - Xəstəxanadadır

Tanınmış bloqer ağır qəzaya düşüb. Bakuinfo.net bildirir ki, aktrisa kimi də fəaliyyət göstərən qalmaqallı bloqer Günay Mehdiyeva "Nissan" markalı avtomobili ilə qəza törədib. Bloqer qəza nəticəsində yüngül bədən xəsarətləri alıb. O, hazırda xəstəxanadadır. Qeyd edək ki, bloqer bir müddət əvvəl ərinə xəyanət qalmaqalı ilə bütün diqqətləri öz üzərinə çəkmişdi. O, ərinin onu şantaj etdiyini iddia edirdi.

12:27, 30 may Hadisə

Lənkəranda 4 yaşlı uşağın üstünə qaynar su töküldü

Lənkəranda üstünə qaynar su tökülən 4 yaşlı uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Bakuinfo.net-in verdiyi məlumata görə hadisə axşam saatlarında baş verib. 2020-ci il təvəllüdlü E.M üzərinə qaynar su tökülüb. Xəstə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlər ona yanıq şoku, gövdənin ikinci dərəcəli yanığı, bud çanaq oynaq nahiyyəsi və baldırın yanığı diaqnozunu qoyublar. Hazırda uşağın müalicəsi reansimasiya şöbəsində davam etdirilir.

22:44, 29 may Hadisə

“Tik-Tok”da 30 nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxs tutulub

Müxtəlif vaxtlarda 7 nəfərin bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərinin talanması barədə polisə məlumatlar daxil olub. Bakuinfo.net DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, dələduzluğa görə axtarışda olan 21 yaşlı Raqif Məmmədov saxlanılıb. Araşdırmalarla onun “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini

21:38, 29 may Hadisə

Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər

Əməkdar artist Bəhram Bağırzadə barəsində inzibati iş başlanıb. Bakuinfo.net qaynarinfo-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində

20:35, 29 may Hadisə

Polisdən daha bir ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

“Kibercinayətkarlıq halları təkcə Bakı şəhərini əhatə etmir”. Bunu Bakuinfo.net açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O qeyd edib ki, Yevlaxda görülən tədbirlərlə kiber üsulla vətəndaşların bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 6 nəfər polis tərəfindən müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. “Zərərçəkmiş şəxslərə dəyən 20 min manata yaxın maddi ziyanın ödənilməsi istintaqla təmin olunub. Polis əməkdaşları riskləri nəzərə

13:57, 29 may Hadisə

Məşhur aparıcı qəzada ağır xəsarət aldı - FOTO

ATV-nin hava proqramının aparıcısı Şənay Mustafayevanın avtomobili qəzaya uğrayıb. Redaktor.az xəbər ki, hadisə bu gün Səbayıl rayonu ərazisində baş verib. Məlumata görə, o, bu gün "Nissan" markalı avtomobilini aşırıb. Şənay xəstəxanaya çatdırılıb. O, üzündən zədə alıb və sümükləri sınıb.

10:42, 29 may Hadisə

Powered by MirTech