Hadisə

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

Şəkidə ağır yol qəzası baş verib. Bakuinfo.net xəbər verir ki, hadisə axşam saat 17 radələrində İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı avtomobilin sürücüsü Qəbələ rayon sakini və onun avtomobilində olan Bakı şəhər sakini olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

22:13, 18 may Hadisə

ŞOK AÇIQLAMA!!! Ailə üzvlərini ÖLDÜ*RƏN ƏHMƏD azadlığa çıxacaq?

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Baküinfo.net verir ki, bu barədə “Yeni Sabah”a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiya ediləcək: “Əhmədin sifətinə baxanda demək olar ki, o ruhi xəstə deyil. Ehtimal edirəm ki, Əhməd varislik hüququnu əldə etmək üçün bu qətli törədib. Çünki atası ona ev və maşın

13:52, 18 may Hadisə

Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

Bu gündən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Bakuinfo.net Sfera.az- a istinadla xəbər verir ki, qasırğa öz təsirini gecə saatlarından etibarən göstərməyə başlayacaq. Mayın 20-də isə geomaqnit qasırğası səngiyəcək. 22 maydan isə yenidən müşahidə olunmağa başlayacaq və ayın 25-dək davam edəcək. Qeyd edək ki, hava şəraitindən asılı olaraq, yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan insanların səhhəti pisləşə bilər. Xüsusilə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, oynaq

13:23, 18 may Hadisə

SON DƏQİQƏ!!! İsrail bu ölkəyə zərbə ENDİRİB !

İsrailin Aralıq dənizində yerləşən Baniyas şəhərinə endirdiyi raket zərbəsi nəticəsində azı bir uşaq ölüb, onlarla uşaq yaralanıb. Bakuinfo.netOxu24.com- a istinadla xəbər verir ki, bu barədə SANA agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, İsrail yerli vaxtla saat 19:30 radələrində Livan ərazisindən şəhərin mərkəzi ərazisindəki obyektlərə, o cümlədən yaşayış binasına hava zərbəsi endirib.

01:13, 18 may Hadisə

Bakı-Qazax yolunda qəza: ÖLƏN VAR, 4 nəfər yaralanıb

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" ilə digər minik maşını toqquşub. Qəza zamanı 69 yaşlı Zülfüqar Husyen oğlu Əliyev hadisə yerində ölüb. Yaralananlar bunlardır: Vəliyev Zaur Əmrah oğlu Əliyev Asif Fərman oğlu Zeynalov Bayram Zabit oğlu Sadıqov Röyal Vidadi oğlu Yaralılar Şəmkir Rayon Mərkəzi

22:22, 17 may Hadisə

Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki

İtkin düşən və bu günlərdə Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın ailəsinə daha bir itki üz verib. Bakuinfo.net xəbər verir ki, Könül Ağayevanın nənəsi Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Qeyd edək ki, Könül Ağayeva bu il martın 2-də itkin düşmüşdü. Mayın 14-də Könülün meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkar edilib. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin

22:19, 17 may Hadisə

Azərbaycanda polis qəzada vəfat etdi - FOTO

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. Bakuinfo.net Oxu.az-a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdən vəfat edən 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub. Faktla bağlı araşdırma aparılır. Vəfat edən polisin görüntüsünü təqdim edirik:

12:48, 17 may Hadisə

Axtarışda olan qadın saxlanıldı

Axtarışda olan qadın saxlanılıb. Bakuinfo.net xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib. Məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarışda olan şəxs Əhmədova İlhamə Miraslan qızı saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

21:02, 16 may Hadisə

Nikahsız yaşadığı qadını Bakıda hotelin pəncərəsindən atdı – Uşaqlar aralı qapıdan...

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub. Bakuinfo.net-in əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ş.Qəmbərov 2022-ci ilin aprelin əvvəlində Ağcabədidəki “Vegas” kafesində ofisiant

20:40, 16 may Hadisə

Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı

Siyəzəndə intihar olub. Bakuinfo.net-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev küçəsində baş verib. 35 yaşlı N. Babayev yaşadığı evdə qapı bəndindən özünü asıb. Onun hansı səbəbdən özünü öldürdüyü bəlli deyil.

20:31, 16 may Hadisə

Powered by MirTech