Hadisə

Valideyn övladının sininf yoldaşını dərs vaxtı döydü - Foto

Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb. “Bakuinfo” xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib. Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb. İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin

10:23, 14 oktyabr Hadisə

Vəzifəli şəxsin oğlu hoteldə öldü - Foto

Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib. “Bakuinfo” xəbər verir ki, şəhər sakini Coşqun Rəhimov Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qəfil vəfat edib. Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib. Məlumata görə, Coşqunun atası Tofiq Rəhimov Mingəçevir Avtovağzalının direktorudur. Coşqun da orada çalışırmış və hadisə o, iş başında olarkən baş verib. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

16:40, 13 oktyabr Hadisə

Bakıda bahalı avtomobil qəza törətdi

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsində qeydə alınıb. "Bentley" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. (Oxu.Az)

14:17, 13 oktyabr Hadisə

Bakıda vəzifəli şəxs qətlə yetirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar. "Bakuinfo" Bakupost.az-a istinadla xəbər verir ki, bıçaqlanan şəxsin Bakının Suraxanı rayon sakini Ayxan Mustafayev olduğu bildirilir. Hadisə Suraxanıda Ayxan Mustafayevə məxsus kiçik sahibkarlıq obyektinin qarşısında baş verib. O, aldığı bıçaq zərbələrindən həyatını itirib. Onu qətlə yetirən şəxsin 17 yaşlı yeniyetmə olduğu bildirilir. Hadisənin təfərrüatı ilə bağlı məlumat yoxdur. Qeyd edək ki, Ayxan Mustafayev daha

15:20, 12 oktyabr Hadisə

Azərbaycanda DƏHŞƏT - Xeyli sayda YARALI VAR

Zaqatalada ağır yol qəzası baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə bir az əvvəl rayonun Muxax kəndi ərazisində qeydə alınıb. Marşrut avtobusu "Vita" ilə toqquşub. Nəticədə hər iki maşın aşıb. Xeyli sayda yaralının olduğu bildirilir. İlkin məlumata görə, marşrut avtobusu toydan çıxan qonaqları aparırmış. Hazırda hadisə yerində araşdırma aparılır. (APA)

00:49, 12 oktyabr Hadisə

Bakı metrosunda ölüm

"Qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib". "Bakuinfo" xəbər verir ki, bu barədə News24.az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb: "Qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib", - deyə

10:03, 11 oktyabr Hadisə

Sabirabadda toyda bıçaqlanma olub - Ölən var

Sabirabadda toy mərasimində bıçaqlanma hadisəsi olub. "Bakuinfo" "Report"a istinadən xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Telxas Telman oğlu İsrafilov bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib. Hadisəsini törətməkdə şübhəli bilinən, Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Xəqani Muradov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

09:58, 10 oktyabr Hadisə

Şəmkirdə qadın əri tərəfindən öldürülüb - Namus üstündə

Dünən Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1985-ci il doğumlu Röyalə Orucovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Bakuinfo" xəbər verir ki, Şiştəpə kənd sakinlərinin Teleqraf-a bildirdiklərinə görə, hadisə kənddə yerləşən gözəllik salonunun qarşısında, mərhum qadının qardaşının gözləri önündə baş verib. Röyalə Orucovanın həyat yoldaşı onu bıçaqla qətlə yetirib. Hadisənin namus zəminində baş verdiyi iddia edilir. Bir müddətdir kənddə qadının adı ətrafında

14:10, 07 oktyabr Hadisə

Gəncədə dəhşətli qəza - Bir nəfər öldü

Dünən saat 12:00-da Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən "Haval" markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən üç piyadanı vurub. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Hadisə nəticəsində bir

12:47, 07 oktyabr Hadisə

Tərtərdə ölümlə nəticələnən ağır qəzanın görüntüləri ortaya çıxıb

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə Hindarx-Borsunlu avtomobil yolunun İlxıçılar kəndidən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Goranboy rayon Qızılhacılı kənd sakini, 2001-ci il təvəllüdlü Eltun Müşviq oğlu Həsənovun idarə etdiyi KIA markalı avtomobillə Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Qamət Məmməd oğlu İsbəndiyarovun idarə etdiyi "QAZel" markalı yük avtomobili toqquşub. İlkin məlumata

11:17, 06 oktyabr Hadisə

Powered by MirTech