Hadisə

SON DƏQİQƏ! Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO

Azərbaycanın tanınmış iş adamına ağır itki üz verib. Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur iş adamı Mahmud İsgəndərovun anası Səfiyyə İsgəndərova vəfat edib. Mərhum Bakıda dəfn ediləcək. Allah rəhmət eləsin! Qeyd edək ki, Mahmud İsgəndərov tanınmı iş adamıdır. O, ölkənin ən böyük qida şirkətlərindən biri olan “Bolluq”un sahibidir.

14:30, 14 may Hadisə

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Türkiyəli məşhur aktrisa, Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini oynamış Aytən Gökçer 84 yaşında vəfat edib. Bakuinfo.net xəbər verir ki, o, mayın 15-də Zincirlikuyu qəbiristanlığında həyat yoldaşı Cüneyt Gökçerin məzarının yanında dəfn olunacaq. Aytən Gökçer 1940-ciı il yanvarın 26-də Ankarada anadan olub. Peşəkar fəaliyyətə 1952-ci ildə Ankara Dövlət Konservatoriyasının balet bölümündə başlayıb. Altı il sonra Ankara

10:57, 14 may Hadisə

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalov vəfat edib. Aztibb.az-ın xəbərinə görə, o, 54 yaşında dünyasını dəyişib. Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçmişdi. O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə

10:20, 14 may Hadisə

Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında KİMLƏR OLUB? - VİDEO

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində hoteldə zəhərlənən dörd dostla bağlı danışıb. Bakuinfo.net xəbər verir ki, Sevinc Telmanqızı ilkin məlumatları və ekspertlərin söylədiyi müxtəlif versiyaları səsləndirib. Qeyd edək ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Bir

09:04, 14 may Hadisə

Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Prado” markalı minik avtomobili mikroavtobusa çırpılıb. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

19:24, 13 may Hadisə

Azərbaycanlı cinayətkar qrupun lideri saxlanıldı

Rusiyanın Mari El Respublikasında qanunsuz bizneslə məşğul olan cinayətkar qruplaşmanın lideri Ədalət Babayev saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-qanuni dövriyyədən dəyəri 6 milyon rubldan çox (65 min dollardan çox) olan etiketsiz tütün məhsullarının böyük partiyasını müsadirə ediblər. Cinayətkarlıqda şübhəli bilinən azərbaycanlı təcridxanaya yerləşdirilib.

18:21, 13 may Hadisə

Azərbaycanda AĞIR QƏZA: Ölənlər və yaralananlar var - FOTO

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda, Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquması nəticəsində iki nəfərin öldüyü, xəsarət alanların olduğu bildirilir.

17:50, 13 may Hadisə

Azərbaycanda iki tələbə göldə BOĞULDU

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb. Bakuinfo.net xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onların meyitlərini sudan çıxarıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

12:29, 10 may Hadisə

Malıbəylidə insan sümükləri tapıldı

Xocalıda insan qalıqları tapılıb. Bu barədə Bakuinfo.net-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

17:51, 09 may Hadisə

Tiktok-da saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT

Bir neçə gündür ki, Tiktok platformasında saçını qırxmaqla “qadın olmaqdan imtina etdiyini” elan edən Miray adlı tiktoker müzakirə olunur. Bakuinfo.net Lent.az-a istinadla bildirir ki, Miray sosial şəbəkədəki canlı yayınlarında işlətdiyi qeyri-etik ifadələrə görə yaşadığı Sumqayıt şəhərinin polis idarəsinə dəvət olunub. O, ictimai qaydalara riayət etməyə, söyüş söyməməyə dəvət edilib. Mirayın iddiasına görə, polis rəisinin müavini telefonunu müsadirə edib və “Tiktok”dakı səhifələrini silib.

10:19, 05 may Hadisə

Powered by MirTech