Milli Qvardiyaya yeni komandan təyin olundu
Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib. “Bakuinfo" xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib. Qeyd edək ki, bir neçə ay əvvəl Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin PTX) rəisi vəzifəsindən azad edilib. Onun yerinə
Hərbi xidmət müddəti 6 ay azaldıldı
Milli Məclis zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılması haqqında dəyişikliyi son oxunuşda qəbul edib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə edilib. Dəyişikliyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi
Prezident təsdiqlədi: Bu şəxslərin hərbi xidmət müddəti artırıldı
Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Hazırda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q”
Ermənilər bu postu Azərbaycan Ordusuna verdi – İlginc səbəb
2024-cü sərhəd demarkasiyası prosesi çərçivəsində Ermənistanın Tavuş vilayətinin Kirants kəndində bir sıra strateji ərazi, möhkəmləndirilmiş mövqelər Azərbaycana verildi. "Bakuinfo" xəbər verir ki, bunu erməni siyasi şərhçi Voskan Sərkisyan deyib. O iddia edib ki, Ermənistanda qalmalı olan daha bir ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib: “Ermənistanın Noyemberyan rayonunun Voskevan və Bağanis kəndlərinin sərhəd zonasında yerləşən “Yeni il” zastavası demarkasiya prosesi zamanı
Əsgərimiz hospitalda vəfat edib - Rəsmi
Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır. Bu barədə “Bakuinfo”ya Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb. “Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
Çağırışaqədər yaş həddində olan vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunacaqlar. "Bakuinfo" xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də etdiyi dəyişiklikdə əksini tapıb. Müddətli həqiqi
Azərbaycan və Türkiyə generalları görüşdü - Fotolar
Bakıda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” Protokolunun müvafiq maddəsinin icrası ilə əlaqədar görüş keçirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nümayəndə heyətlərinə general-leytenantlar Azər Əliyev və Ali Osman Yurdagül rəhbərlik ediblər. Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən
Hərbi xidmət müddəti 6 ay azaldıldı
Milli Məclisin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. "Bakuinfo" xəbər verir ki, layihə barədə Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Komitə rəhbəri bildirib ki, hazırda Silahlı Qüvvələrin
Sabiq rəis Ramin Şükürovla bağlı qərar verildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq rəisi Ramin Şükürov və onunla birgə mühakimə edilən digər zabitlərin məhkəməsi başa çatıb. "Bakuinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası ev dustaqlığında mühakimə olunan zabitlərin hər birini ağır cinayətlərin törədilməsində təqsirli bilib. Amma müttəhimlərə təyin
Bəhruz Əhmədov ona yüksək vəzifə verdi
Hərbi prokurorluqda yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Hərbi prokuror Bəhruz Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Azər Vaqif oğlu İbrahimov Hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.