“Oser faciəsi” təkrarlanacaqmı?

İdman 12:44, 10 oktyabr 2025, 4
“Oser faciəsi” təkrarlanacaqmı?


Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyuna çıxacaq.
 
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Parisdə Fransanın qonağı olacaq. “Park de Prens”də baş tutacaq görüşə saat 22:45-də start veriləcək.
 
Fransızlara qarşı buna qədər iki oyun keçirmiş və məğlub olmuşuq. İlk qarşılaşma 0:2 hesabıyla bitibsə, digər görüş tarixə “Oser faciəsi” kimi düşüb. 1995-ci il, sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsində fransızların qonağı olan millimiz tarixinin ən böyük hesablı məğlubiyyətini yaşayıb – 0:10. Rəqəm qorxudur, bir də narahatedici gündür – 10-cu ayın, 10-u. Son oyunda 0:10 hesablı məğlubiyyət…
 
Nəticə üzərindən 30 il keçsə də, tez-tez xatırlanandır. Fransa ilə püşkdə rəqib olduğumuz bilinəndə də çoxluq bu qorxuda idi – “Oser faciəsi” təkrarlanacaqmı?
 
Futbol dəyişib, artıq nadir hallarda belə böyük hesablı nəticələrə rast gəlinir. Düzdür, dünən Avstriya seçmə mərhələdə San Marinonu da bu hesabla, 10:0-la məğlub etdi. Ancaq biz San Marino deyilik, hərçənd, Avstriya da Fransa deyil.
 
Heyətində Osman Dembele, Bredli Barkola, Randal Kolo-Muani kimi itkiləri olan fransızların əsas qol ümidi Kilian Mbappedir. Zədəsini yenicə zağaldan forvard yığmada 5 qol vursa, bombardir olacaq. Oyunqabağı da bu suala “niyə də olmasın” deyə cavab verib. Mbappe nə qədər motivasiyalıdırsa, bizim oyunçular da o qədər qəzəbli olmalıdır.
 
Fransa ilə aradakı səviyyə fərqi kifayət qədər böyükdür. Dəyəri milyard avrodan çox olan, oyunçuları Avropanın top klublarında oynayan rəqibə uduzmaq qınanılmayacaq. Böyük hesablı məğlubiyyət narazılıq yaradacaq, tənqidlər artacaq, amma səviyyə fərqini, reallığı dərk etmək lazımdır.
 
Məsələn, onların “qol silahı” Kilian Mbappe bu mövsüm “Real” formasıyla La Liqada 8 oyunda 9 qol vurub. Bizim ümidimiz Mahir Emreli isə bu mövsüm qol vurmayıb, bir aydır da meydana çıxmır.
 
Fransa ilə oyunda xal qazanmaq şanslarımız minimumdur, amma mümkünsüz deyil. Ayxan Abbasov klub səviyyəsində nisbətən aşağı imkanlı kollektivlərdə işləsə də, böyük komandalardan xal və ya xallar almağı bacarıb. Bu gün də buna inam var, azdır, amma var. Fransızlar demiş, itiriləcək nəsə yoxdur, qrupda xal ala biləcəyimiz rəqiblər İslandiya və Ukraynadır. Ukraynalılardan birini almışıq, qalıb digərləri.
 
Hər bir halda, nəticədən asılı olmayaraq ruhdan düşməmək mütləqdir. Fransızlar erkən qolla müqavimətimizi qırmağa çalışacaq. Sınmamaq lazımdır, xüsusilə, ilk 20 dəqiqə qapını toxunulmaz saxlaya bilsək, sonrasında nələrəsə ümid edə bilərik. (futbolpress)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Son Xəbərlər

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Şəkildə ilk nə gördün? (Psixoloji vəziyyətin haqqında acı həqiqət)

İnsan beyni bəzən sadə bir mürəkkəb ləkəsində belə öz ruhunun gizli şifrələrini tapır. Sənin bu qarışıq formalarda ilk gördüyün şey əslində xarakterinin ən dərin qatlarından gələn bir mesajdır. Bu test sadəcə vizual qavrayış deyil, şüuraltının sənə açdığı gizli bir pəncərədir. Bəlkə sən hər kəsin görmədiyini görən bir xəyalpərəst, bəlkə də hər şeyi incəliyinə qədər hesablayan bir strateqsən – bunu öyrənməyin vaxtı gəldi! Nəticələr səni elə təəccübləndirəcək ki, özün haqqında bu vaxta qədər

15:33, 12 yanvar Maraqlı

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic olur...

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. "Bakuinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30

15:33, 12 yanvar Sosial

QHT-lərin vəzifəli şəxslərinə cinayət işi açıldı

Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etmiş QHT-lərin vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, əvvəllər məlumat verildiyi kimi, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq

15:31, 12 yanvar Kriminal

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Pezeşkian xalqı meydanlara çağırdı

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və

20:19, 11 yanvar Dünya

Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.

23:41, 10 yanvar Sosial

Powered by MirTech