Azərbaycan millisi Fransanı necə “rüsvay” etdi...

İdman 09:50, 12 oktyabr 2025, 689
Azərbaycan millisi Fransanı necə “rüsvay” etdi...

Uşaqdan da soruşsanız, deyəcək ki, 3:0 məhəllə futbolunda da “krupnoe porojeniye” sayılır-bəs, Azərbaycan millisi niyə sevinir?

Azərbaycan millisinin oktyabrın 10-da Fransa ilə qarşılaşmasında qeydə alınan nəticə(3:0) əslində Didye Deşamın komandasında ciddi problemlər olduğunu göstərdi. Azərbaycan milli komandasının üzvləri daxil nəticələyə görə sevinənlər var. Sanki onları hələ təbrik də etməliyik ki, nə yaxşı cəmi 3 top buraxdınız, sizə afərin, məşqçilərə də “beş”...

Son illər tam iki hissədə 5 müdafiəçi ilə oynayan nə klub, nə millinin oyununa baxdığımı xatırlayıram. Hətta arada 6-lıq müdafiəyə keçdiklərini də gördüm. Müasir futbolda heç dünya çempionatının finalında qalib komanda nəticəni qorumaq üçün belə müdafiə sistemi qurmur. Çünki belə nə futbol olur, nə də müdafiə. Təsəvvür edin, Azərbaycan millisi 95 dəqiqə ərzində yalnız bir dəfə qapı istiqamətinə zərbə vurdu, topa nəzarət 70-30 nisbəti idi. Niyə axı? Uşaqdanda da soruşsanız deyəcək ki, 3:0 məhəllə futbolunda da “krupnoe porojeniye” sayılır. Bütün əlamətləri ilə Azərbaycan millisi vaxtilə uduzduğu Fransadan yenə də 10 top “yeməmək” üçün meydana çıxmışdı, buna da nail oldular. Fransa isə “rüsvay” oldu, Deşamın matçdan sonra belə dedi: “Elementar oyun idi, 7 qol imkanımız var idi, 3-nü vurduq, ona görə sevincimdən uça bilmirəm”.

Oyun gedərkən bir faktı dəqiqləşdirdim. Fransa millisinin oyunçularının toplam qiyməti ötən illə müqayisədə sən demə, bir neçə milyon azalıb. Fransa millisindəki oyunçuların toplam dəyəri 1 milyard 15 milyon avrodur. Bir il əvvəl isə bu rəqəm 1milyard 124 milyon idi. Azərbaycan millisinə qarşı oynayanlar arasında TOP-5 klublara məxsus oyunçular vardı, məsələn, dünən ümumiyyətlə “bir qəpiklik” oyun göstərməyən Mixael Olisenin transfer qiyməti 100 milyon avrodur. Oyundan əvvəlki mətbuat konfransında Azərbaycan millisinə bəlkə də 6 qol vuracağı haqda yekə-yekə bəyanat verən Mbappenin(cəmi 1 top vurdu) bazar qiyməti 180 milyon avrodur. Qapımıza ikinci qolun müəllifi Rabo “Milan” da oynayır və Fransa millisinin heyətində ən ucuz futbolçudur-cəmi 20 milyon avro. Azərbaycan milli komandasının oyunçuları belə bahalı futbolçuları meydanda görməsi, onlardan nəyisə öyrənməsi təcrübə baxımından yaxşıdır. Elə millinin oyunçuları da Fransanı necə tərifləyiblərsə, adam bilmir, bunlar meydana onlara qarşı oynamağa çıxmışdılar, yoxsa onların necə gözəl oyunçu olmalarına baxmağa. Millinin təcrübəli kapitanı Emin Mahmudov görün, nə deyib: “ Kilian Mbappe bizi çox rahat keçirdi”. O keçidi həqiqətən, bütün dünya gördü, matçda da ən yaddaqalan epizodlardan biri o idi.Amma Mbappenin də iki ayağı var, onlarla oynayır. Əgər millinin oyunçuları bu cür yanaşma ilə meydana çıxırlarsa, heç bir inkişaf olmayacaq. Bəhlula hallal olsun, “Qarabağ” da da, milli də də heç vaxt rəqibin məşhurluğu qarşısında geri çəkilmir, o yorulandan sonra müdafiədə səhvlər çox oldu

Ayxan Abbasov hansı məntiqlə öz klubunda meydana buraxılmayan (məhz buraxılmayan!) Mahiri 70-80 dəqiqə oyunda saxladı, anlamaq mümkün deyil. Mahir zatən son illər oynadığı klub bir yana, millidə çox zəif çıxış edir, heç olmasa onun yerinə başqa bir oyunçuya şans ver, məsələn, o da Mbappeni yaxından görsün. Heç bir millidə klubunda oynamayan oyunçunu meydana buraxmaz. Razıyam ki, Ayxan Abbasov klublarımızda oynayan yerli futbolçuları yaxşı tanıyır, amma bu seçimlər yaxşı olduğu demək deyil.

Santuş ilk dəfə millini meydana çıxaranda da yazmışdım ki, portuqaliyalı heyətlə işləyən məşqçidir. Yazmışdım ki, Bruno Fernandesi, Bernardo Silvanı, Joao Marionu Portuqaliya millisi üçün o yetişdirməyib, bu futbolçular oynadıqları klublarda püxtələşiblər. Ona görə Santuşdan nəticə istəməzdən öncə ona müasir futbolu oynaya bilən, bu tələblərə fiziki olaraq cavab verən futbolçular verməliyik. İndi milliyə rəhbərlik üçün xeyli təcrübəsiz, amma yerli mütəxəssis Ayxan Abbasovdan da nəticə istəməzdən əvvəl, ona oynayan bilən futbolçu vermək lazımdır. “Qarabağ”dan 7 oyunçu milliyə cəlb etmək olar, amma onlar da təbii ki, klublarından aşağı səviyyədə oyun göstərirlər.

Azərbaycan millisi kimi komandalara istənilən turnirlərdə 3 xal olaraq baxırlar. Fransa və ya digər komandalar üçün hesabın 1:0 və ya 10:0 olmasının indilikdə prinsipial fərqi yoxdur, top fərqinə lap sonda ehtiyac yaranarsa, baxırlar. Yəni deməyim budur ki, biz millinin Fransa ilə oyununa “nə yaxşı, böyük hesabla uduzmadıq” deməklə təskinlik tapmamalıyıq, üç xalq itkisi kimi qiymətləndirməliyik.

İslandiyanı səfərdə məğlub edən Ukrayna millisi oktyabrın 13-də Azərbaycandan Bakıdakı heç-heçəyə görə revanş götürmək istəyir. Görək... (Müsavat.com)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Son Xəbərlər

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Şəkildə ilk nə gördün? (Psixoloji vəziyyətin haqqında acı həqiqət)

İnsan beyni bəzən sadə bir mürəkkəb ləkəsində belə öz ruhunun gizli şifrələrini tapır. Sənin bu qarışıq formalarda ilk gördüyün şey əslində xarakterinin ən dərin qatlarından gələn bir mesajdır. Bu test sadəcə vizual qavrayış deyil, şüuraltının sənə açdığı gizli bir pəncərədir. Bəlkə sən hər kəsin görmədiyini görən bir xəyalpərəst, bəlkə də hər şeyi incəliyinə qədər hesablayan bir strateqsən – bunu öyrənməyin vaxtı gəldi! Nəticələr səni elə təəccübləndirəcək ki, özün haqqında bu vaxta qədər

15:33, 12 yanvar Maraqlı

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic olur...

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. "Bakuinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30

15:33, 12 yanvar Sosial

QHT-lərin vəzifəli şəxslərinə cinayət işi açıldı

Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etmiş QHT-lərin vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, əvvəllər məlumat verildiyi kimi, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq

15:31, 12 yanvar Kriminal

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Pezeşkian xalqı meydanlara çağırdı

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və

20:19, 11 yanvar Dünya

Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.

23:41, 10 yanvar Sosial

Powered by MirTech