DÇ-2026 yolunda millimizin növbəti sınağı

İdman 12:13, 13 oktyabr 2025, 1
DÇ-2026 yolunda millimizin növbəti sınağı


Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün növbəti sınağına çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Polşada, Krakovda Ukrayna millisi ilə üz-üzə gələcək.

Fransaya 0:3 məğlubiyyətə baxmayaraq, milli ictimaiyyətdə müsbət fikirlər yaradıb. Komandada müəyyən sistemin olması, müdafiədəki intizamlı oyun diqqət çəkdi. Həm də uzun müddətdir, yığmada görmədiyimiz ruhun şahidi olduq. Meydanın hər qarışı uğrunda döyüşən kollektiv müdafiə baxımından yaxşı oyun sərgilədi.

Əsas problem isə hücumla bağlıdır. Qol ümidi Mahir Emreli enişdədir. “Kayzerslautern”də şans qazana bilməyən hücumçu millidə də özünü göstərə bilmir. Buna baxmayaraq, növbəti dəfə Abbasovun ona güvənəciyi gözlənilir. Digər hücumçu Renat Dadaşov xəstə olduğu üçün görüşü buraxacaq.

Yarımmüdafiədə Abdulla Xaybulayevin çıxışı əsas gözəçarpan idi. Gənc yarımmüdafiəçi fərdi mübarizələrdə uğurlu çıxışı ilə diqqət çəkir və Abbasovun ortada əsas “ulduz”u məhz odur. Müdafiədə yeganə itki Rahil Məmmədovdur və ehtiyat qüvvə olan oyunçunun yoxluğu ciddi problem deyil.

Ukrayna millisi isə Bakıda itirilən xalı qələbə ilə kompensasiya etmək arzusundadır. İslandiya səfərində 5 qolla qalib gələb (5:3) “sarılar”da əhval yüksəkdir. Keyfiyyət baxımından millimizi üstələyən urakynalıların qələbə şansı daha çoxdur. İndiki məqamda millimiz üçün nəticədən savayı önəmli olan milli ruhu, meydandakı sistemli işi görmək, bunun üzərində artırmaqdır.

Ukrayna – Azərbaycan oyunu saat 22:45-də start götürəcək. (Futbolpress.az)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Son Xəbərlər

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Şəkildə ilk nə gördün? (Psixoloji vəziyyətin haqqında acı həqiqət)

İnsan beyni bəzən sadə bir mürəkkəb ləkəsində belə öz ruhunun gizli şifrələrini tapır. Sənin bu qarışıq formalarda ilk gördüyün şey əslində xarakterinin ən dərin qatlarından gələn bir mesajdır. Bu test sadəcə vizual qavrayış deyil, şüuraltının sənə açdığı gizli bir pəncərədir. Bəlkə sən hər kəsin görmədiyini görən bir xəyalpərəst, bəlkə də hər şeyi incəliyinə qədər hesablayan bir strateqsən – bunu öyrənməyin vaxtı gəldi! Nəticələr səni elə təəccübləndirəcək ki, özün haqqında bu vaxta qədər

15:33, 12 yanvar Maraqlı

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic olur...

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. "Bakuinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30

15:33, 12 yanvar Sosial

QHT-lərin vəzifəli şəxslərinə cinayət işi açıldı

Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etmiş QHT-lərin vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, əvvəllər məlumat verildiyi kimi, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq

15:31, 12 yanvar Kriminal

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Pezeşkian xalqı meydanlara çağırdı

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və

20:19, 11 yanvar Dünya

Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.

23:41, 10 yanvar Sosial

Powered by MirTech