İdman

Azərbaycan MDB Oyunlarında ilk medallarını qazanıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarına yekun vurulub. "Bakuinfo" xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda qızlar və oğlanlardan ibarət komandaların final qarşılaşmaları keçirilib. Azərbaycan hər iki kateqoriyada Rusiya ilə üz-üzə gəlib. Oğlanlardan və qızlardan ibarət millilərimiz 0:2 hesabı ilə məğlub olaraq turnirin gümüş medallarına sahib çıxıblar. Rusiya yığmaları isə qızıl mükafata yiyələniblər. Bu gün

12:19, 27 sentyabr İdman

"Qarabağ"a qarşı poker edən futbolçu əsas komandaya keçdi

Portuqaliya təmsiçisi "Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo klubun U-19 komandasının üzvü Qonsalu Moreyranı əsas kollektivə cəlb edib. "Bakuinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi dünəndən etibarən əsas komandada hazırlıqlara başlayıb. O, Portuqaliya yüksək liqasının 7-ci turunda "Jil Visente"yə qarşı baş tutacaq matçın məşqində iştirak edir. Qonsalu Moreyra ötən həftə UEFA Gənclər Liqasında "Qarabağ"ın

14:32, 26 sentyabr İdman

Hər şey qurulub: “Qarabağ” “Kopenhagen”ə məğlub olacaq

“Kopenhagen”lə qarşılaşma “Qarabağ”ın tarixində ən çətin oyun olacaq. Qurban Qurbanovun komandası hələ indiyə qədər heç bir oyuna belə təzyiq altında çıxmayıb. Hər şey də “Benfika” ilə oyundan sonra başladı. Həftə ərzində “plan” quruldu. “Qarabağ” Lissabonda məğlub olsaydı, belə bir “plan” kimsənin yadına düşməyəcəkdi. “Benfika” ilə oyunda məğlub olsaydı, kimsə “Qarabağ”ı qınamayacaqdı. Amma qələbə… Nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya həftə ərzində “Qarabağ”dan danışdı. Dünya

13:43, 26 sentyabr İdman

"Maribor"da dava: 16 günlük baş məşqçi ilə yollar ayrıldı

"Maribor" klubu baş məşqçisi Radomir Jaloviçlə yollarını ayırıb. "Bakuinfo" xəbər verir ki, bu haqda Sloveniya təmsilçisinin yaydığı məlumatda bildirilib. 42 yaşlı monteneqrolu mütəxəssis cəmi 16 gün əvvəl bu vəzifəyə gətirilmişdi. Onunla birlikdə dörd məşqçi - İqor Çaqalj, Davor Landeka, Vito Terkolo və Antonio Pavlinoviç də komandadan ayrılıb. Rəsmi açıqlamada buna səbəb kimi məşq zamanı baş verən dava göstərilib. Futbolçular arasında baş verən dava zamanı Pavloviç özü də

12:57, 26 sentyabr İdman

"Qarabağ" - "Kopenhagen" matçı: Biletlər tükənmək üzrədir

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarka çempionu "Kopenhagen"lə oyun üçün satılan bilet sayını açıqlayıb. "Bakuinfo" xəbər verir ki, dünən saat 15:00-da biletlərin satışa çıxarıldığı andan indiyə qədər 27 min 500 bilet satılıb. Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq

12:36, 26 sentyabr İdman

Həndbol Federasiyasının şöbə müdiri beynəlxalq turnirdə

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb. "Bakuinfo" xəbər verir ki, o, qadın həndbolçuların Avropa Kubokunun üçüncü mərhələsində Polşanın “Start Elblaq” və Türkiyənin “Trabzon Ortahisar” komandaları arasında keçiriləcək hər iki oyunda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq. Qeyd edək ki, sentyabrın 27-i və 29-da Trabzonun "Beşirli Tenis” İdman Kompleksində baş tutacaq

11:57, 26 sentyabr İdman

Adnan Əhmədzadənin həbsinin Azərbaycan futboluna təsiri

“Adnan Əhmədzadənin həbsi Azərbaycan futbolunda da növbəti "zəlzələyə" səbəb olacaq. Bakıda açılması planlaşdırılan "Barselona" akademiyası, "Marset"dəki uşaq futbolçularımız, ASTA Mingəçevir, "Kəpəz"... Bu layihələrə, klublara sponsorluqda Adnan Əhmədzadənin adı hallanırdı. "Marset"dəki uşaqların aqibəti necə olacaq?” "Bakuinfo" xəbər verir ki, bu fikirləri idman jurnalisti Anar Şabanoğlu bildirib. O, son hadisələr fonunda Azərbaycan

13:53, 25 sentyabr İdman

"Qarabağ" - "Kopenhagen" matçının biletləri bu gün satışa çıxır

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Kopenhagen"ə qarşı oyununun biletləri bu gün satışa çıxarılacaq. "Bakuinfo" xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, biletlər saat 15:00-dan etibarən iTicket.az saytında satışda olacaq. Məlumata görə, oktyabrın 1-i saat 20:45-də start götürəcək "Qarabağ" - "Kopenhagen" oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi

13:33, 25 sentyabr İdman

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

"Qarabağ" futbol klubunun hücumçusu Ramil Şeydayevin müsahibəsi - Karyeranız ərzində üçüncü dəfə “Qarabağ”a keçirsiniz. Bu transfer barədə nə deyə bilərsiniz? - Bu kluba keçdiyimə görə sevinirəm. Burada mənə hər zaman yaxşı münasibət göstərilib - klubun işçilərindən tutmuş kollektivə qədər. Çoxlarını tanıyıram, ona görə də xüsusi nəsə deməyə ehtiyac yoxdur. Meydanda komandaya kömək etməyə çalışacağam. - “Neftçi” karyeranız niyə alınmadı? - Məncə, bu, aydındır. İlk 9 turda müntəzəm

14:43, 24 sentyabr İdman

Millimizin yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Fransa ilə oyuna yeni baş məşqçi ilə çıxacaq. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, yığmanın “sükanı arxası”na Ayxan Abbasov keçəcək. Artıq AFFA ilə mütəxəssis arasında razılaşma əldə olunub. Yaxın günlərdə keçiriləcək İcraiyyə Komitəsinin iclasında qərar rəsmən açıqlanacaq. Qeyd edək ki, Ayxan Abbasov 2025-ci ilin əvvəlində U-21 milli komandasının baş məşqçisi təyin olunub.

14:34, 24 sentyabr İdman

Powered by MirTech