Gürcüstan Azərbaycan benzini üçün ödəniş alacaq
Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq. "Bakuinfo" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq. “Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib. Məlumat üçün bildirək
Dünyada fəlakət gözlənilir - Azərbaycana da yaxınlaşır
Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağını proqnozlaşdırır. "Bakuinfo" xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu göstərici ölkələr üzrə fərqli olacaq: "Bankın proqnozlarına görə gələn il ABŞ-da iqtisadiyyat 1,6 - 2,6%, Çində 4,4 - 4,8% aralığında, Avropada isə 1,0 - 1,5% civarında arta bilər. Lakin biz dəfələrlə bu proqnozların özünü doğrultmadığının şahidi olmuşuq.
İqtisadiyyat Nazirliyi yanında bu qurum ləvğ edildi - RƏSMİ
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib. "Bakuinfo" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər. "Daşınmaz Əmlak Bülleteni və
Daha iki ölkəni qazla təchiz edəcəyik
Həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. "Bakuinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda
2026-cı ildə dollar bu qiymətə olacaq – Maliyyə Nazirliyi AÇIQLADI
2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək. Bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb. Belə ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq 101,7 milyard manat təşkil edəcək. ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun
Azərbaycan 5 ton, Ermənistan 98 ton göndərdi
2025-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanın armud idxalı artıb. "Bakuinfo" xəbər verir ki, rəsmi məlumata görə, bu dövrdə 1,1 milyon dollar dəyərində 1503 ton armud idxal edilib ki, bu da ötən illə müqayisədə 6% artım deməkdir. Bu il ilk 10 ayda Niderland Gürcüstanın dəyərinə görə əsas tədarükçüsü olub, baxmayaraq ki, ən böyük miqdar Türkiyədən idxal edilib. Əsas idxal edən ölkələr aşağıdakılardır: Niderland - 643 000 dollar, 343 ton; Türkiyə - 419 000 dollar, 993 ton;
Bakıda orta aylıq əməkhaqqı artıb
Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357,5 manat olub. "Bakuinfo" bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur. Xatırladaq ki, ümumi ölkə üzrə isə 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.
Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı
Gələn ildən tütün məmulatları üzrə aksiz vergiləri artırılır. “Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılır. İstehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər homogenləşdirilmiş və ya
Pensiya kapitalından vaxtından əvvəl istifadə etmək olacaq?
"Pensiya sadəcə sıradan sosial məsələ deyil, o həm də çox ciddi bir siyasi məsələdir. Ona görə bu həssas məsələ cəmiyyətin gözləntiləri baxımından çox həssas baxılmasını zəruri edir". "Bakuinfo" xəbər verir ki, bunu deputat Əli Məsimli deyib. O bildirib ki, pensiya sahəsində islahatlar həyata keçirilməlidir: "Bu islahatlar indiyə qədər olduğu kimi pensiya yaşının artırılması istiqamətində yox, pensiya sahəsində həlli vacib olan bir sıra digər istiqamətlərdə olmalıdır.
Yaşayış minimumu bu qədər oldu
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq. “Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.