Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi – “Hücum” üçün yeni bəhanə

İqtisadiyyat 18:20, 07 avqust 2025, 5
Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi – “Hücum” üçün yeni bəhanə

Azərbaycan qazının Suriyaya ixracı beynəlxalq siyasi arenanın gündəmindədir. Rəsmi Bakı həm Qərb, həm də Şərq istiqamətində enerji diplomatiyasını getdikcə gücləndirir və bu, Azərbaycanın regional enerji bazarındakı rolunu daha da möhkəmləndirir.

Lakin məsələ artıq bəzi dairələrdə qıcıq yaratmağa başlayıb. İddialara görə, Rusiya neft və enerji bazarında əlaqələrinin sıxışdırılması və bir müddətdir davam edən Bakı-Moskva gərginliyi fonunda Azərbaycanın Suriyaya qaz ixracı məsələsinə birmənalı yanaşmaya bilər.

Bu prosesin Moskvadan Bakıya qarşı əlavə təzyiqlərə səbəb olması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a açıqlamasında politoloq Mətin Məmmədli bildirib ki, son dövrlərdə Azərbaycanın enerji diplomatiyası nəzərəçarpacaq dərəcədə fəallaşıb və bu, ölkəmizin regional, qlobal enerji bazarındakı rolunu daha da gücləndirib:

“Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu siyahıya son olaraq Suriya da əlavə olunub. Sözügedən fakt Azərbaycanın enerji siyasətinin nə qədər çevik və strateji olduğunu göstərir. Ölkəmiz bir çox dövlətin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası, ilk növbədə milli maraqlara əsaslanır, eyni zamanda digər dövlətlərin də maraqları nəzərə alınır. Bu isə onu regional əməkdaşlığın mühüm elementi kimi önə çıxarır”.


Mətin Məmmədli


Politoloqun sözlərinə görə, Azərbaycanın enerji sahəsində artan rolu bəzi dairələri, xüsusilə də Moskvadakı müəyyən gücləri narahat edə bilər:

“Bəzi siyasi dairələrin Azərbaycanın uğurlu enerji siyasətini təhdid kimi qəbul etməsi mümkündür. Lakin bu, tamamilə əsassız və qeyri-obyektiv yanaşmadır. Azərbaycan heç bir dövləti hədəf almır, əksinə, əməkdaşlıq platformaları yaradır. Rəsmi Bakı balanslaşdırılmış və rasional xarici siyasət yürüdür.

Biz bu siyasəti həyata keçirərkən heç kimin əleyhinə fəaliyyət göstərmirik”.

Mətin Məmmədli əlavə edib ki, Azərbaycanın müstəqil siyasəti və artan nüfuzu bəzi ölkələrdə qıcıq yaradır, nəticə olaraq bunun fonunda müəyyən təzyiqlər də mümkündür:

“Kremldən Bakıya qarşı təzyiqlərin artması ehtimalı realdır. Onlar Azərbaycanın enerji sahəsindəki fəallığını bəhanə gətirərək müəyyən ittihamlarla çıxış edə bilərlər. Lakin bu cəhdlər əhəmiyyətsizdir və nəticə verməyəcək. Azərbaycanın mövqeyi aydındır, biz heç kimi hədəf almadan, beynəlxalq hüquqa və əməkdaşlığa əsaslanaraq öz maraqlarımızı qoruyuruq”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech