Maaş və pensiya artımı: kimlər sevinəcək - AÇIQLANDI

İqtisadiyyat 10:31, 03 oktyabr 2024, 177
Maaş və pensiya artımı: kimlər sevinəcək - AÇIQLANDI

Qocalığa görə sosial müavinətin məbləğinin azlığı ciddi müzakirə mövzusudur

Azərbaycanda minimim əmək haqqı və pensiya məbləğinin artırılacağı xəbəri ilə bağlı müzakirələr davam edir. Artıq məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər iki göstəricinin artırılması ilə bağlı təkliflərini noyabrın 1-dək hökumətə təqdim ediləcək.

Hazırda əsas müzakirələr artımın həcmi ilə bağlıdır. Hamını düşündürən əsas məqam minimum əmək haqqı və pensiyalarda artımın nə qədər olacağıdır. Qeyd edək ki, hər iki göstərici sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü ildə imzaladığı sərəncamla minimum əmək haqqı 300 manatdan 345 manata, minimum pensiyalar isə 240 manatdan 280 manata qədər artırılıb. Bu iki artımın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 700 milyon manatın xərclənəcəyi nəzərdə tutulurdu.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov hesab edir ki, minimum əmək haqqı məbləği artırılarkən 2023-2024-cü illərdə Azərbaycanda istehlak qiymətlərinin artım faizi nəzərə alınmalıdır: “Minimum əmək haqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alınacağı istisna deyil. Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Bu baxımdan, minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi. Minimum əməkhaqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq, ötən və builki illər üzrə qiymət artımlarının nəzərə alınması önəmlidir. 2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11.3 faiz olub. Builki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək”.

V.Bayramov qeyd edib ki, 2024-cü ildə həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb: “Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni bu halda söhbət iki rəqəmli artımdan gedir”.

Əksər ekspertlər minimum əmək haqqı məbləğinin 400 manata qaldırılacağını daha real hesab edirlər. Minimum pensiyaların isə 320 manata qədər artırılmasını gözləyirlər.

2025-ci il üzrə dövlət büdcəsinin Maliyyə Nazirliyi tərəfindən açıqlanan ilkin göstəricilərinə əsasən gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, il gələn sosial xərclər 14 faiz artırılacaq.

Minimum əmək haqqı və pensiya artımlarından nə qədər insan yararlana biləcək? Bununla bağlı dəqiq rəqəm yəqin ki, 2025-ci ilin yanvar ayında məlum olacaq, çünki ölkədə muzdla çalışanların sayı hər ay dəyişir. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata əsasən 2024-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 759,0 min nəfər olub. Onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2023-cü il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,7 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər təşkil etmişdi.  Bu isə o deməkdir ki, muzdla - yəni rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayında 52,5 min nəfər artım qeydə alınıb.

Hazırda muzdla çalışanların neçə nəfəri minimum əmək haqqı artımından bəhrələnə biləcək? Bu, daha çox dövlət sektorunda çalışanların sayından asılıdır. Çünki bu sektorda çalışanların mühüm hissəsinin əmək haqlarının hesablanmasında minimum əməkhaqqından istifadə olunur. 2023-cü ilin yanvarındakı artım zamanı dövlət sektorunda çalışan 450 min nəfərin əməkhaqqında müsbət dəyişiklik qeydə alınmışdı. Eyni zamanda özəl sektorda müqavilə ilə işləyənlərin 250 min nəfərinin maaşında artım olub.

V.Bayramovun sözlərinə görə, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir: “Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alırsa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əməkhaqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır.

Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əməkhaqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır".

Yeri gəlmişkən, statistikaya nəzər yetirdikdə görürük ki, dövlət sektorunda çalışanların sayında xeyli azalma var. 2023-cü ilin 1 avqustundan cari ilin eyni tarixinədək azalma 10 min nəfərdir. Bu isə o deməkdir ki, minimum əməkhaqqının artımından bəhrələnənlərin sayı daha az olacaq.

Minimum pensiya məbləğinin artımından bəhrələnəcək insanların sayında da azalma var. Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfərdir. Bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır. Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.

Ümumilikdə, son beş ildə pensiyaçıların sayı 174 min 601 nəfər, son on ildə isə 194 min 924 nəfər azalıb. Əlilliyə görə pensiya alanların sayı 2020-ci ildəki 383 993 nəfərdən 2024-cü ildə 258 101 nəfərə düşüb.  Yaşa görə pensiya alanlar 742 034 nəfərdən 710 775 nəfərə, ailə başçısını itirməyə görə pensiya alanlar isə 144 532 nəfərdən 136 220 nəfərə qədər azalıb.

Əlilliyə görə pensiya alanların sayındakı azalmanı rəsmilər əlillik təyinatı mexanizminin təkmilləşməsi, bu sahədəki korrupsiyanın azaldılması ilə əsaslandırırlar.

Yaşa görə pensiya alanların sayındakı azalma isə pensiya almaq hüququ əldə etmə mexanizminin çətinləşməsidir. Bu çətinləşmə nəticəsində getdikcə daha çox insan 65 yaşa çatdıqda yalnız qocalığa görə müavinətlə kifayətlənməli olur. Rəsmi statistikaya əsasən, 2024-cü ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 153 700 nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondunun məlumatında onların 30,95 faizinin kişilərdən, 69,05 faizinin isə qadınlardan ibarət olduğu bildirilir. Bir ay sonra - 2024-cü ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 223 nəfər olub. Hazırda yaşa görə sosial müavinətin məbləği 220 manatdır.

Onu da qeyd edək ki, adətən minimum pensiya məbləğindəki artım pensiyaçıların az bir hissəsinə təsir edir. Demək olar ki, bütün pensiyaçıların aldığı məbləğə təsir edən əsas artım indeksasiyadır. Bu proses orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır. Hər ilin yanvarından əmək pensiyalarının məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqının məbləğində qeydə alınan artım qədər artırılır. 2024-cü ildə bu artım 2023-cü ildəki nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz artırılıb.

Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artıb. İlin qalan dövründə bu artımın ən yaxşı halda 9 faizə çatması mümkündür. Bu isə növbəti ildən əmək pensiyalarında 9 faiz civarında artım olacağı deməkdir. 

Minimum pensiya məbləğinin artırılması bir qrup insana mənfi təsir göstərir. Bunlardan biri artım olan il və ondan sonra pensiyaya çıxmaq hüququ əldə edəcək insanlardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşlar pensiya ala bilmək üçün 65 il yaşamaqla yanaşı, həmçinin ya 25 il iş stajına malik olmalı, ya da minimum pensiya kapitalı toplamalıdırlar.  Qanuna görə, minimum pensiya kapitalı minimum pensiya məbləğinin 144 qatına (12 illik miqdar) bərabərdir. Hazırkı 280 manatlıq minimum pensiya məbləği ilə bu kapital 40 min 320 manatdır.  Əgər ekspertlərin qeyd etdiyi qədər artırılmaqla minimum pensiya məbləği 320 manata qaldırılarsa, pensiya almaq hüququ verən sosial sığorta kapitalının həcmi də artaraq 46 min 80 manata yüksələcək. Bu isə xeyli sayda insanın əmək pensiyası almaq yolunu bağlayacaq.

Minimum əməkhaqqındakı artım isə fərdi və mikrosahibkarların xərclərini artırır. Qanunvericiliyin tələbinə əsasən mikrosahibkarlar və fərdi sahibkarlar üçün sosial sığorta ödənişi minimum əməkhaqqının 22 faizi həcmində müəyyən edilib. Bu isə o deməkdir ki, indi 75,9 manat sosial sığorta ödəyən sahibkar minimum əmək haqqı 400 manata qaldırıldıqda, 88 manat ödəməli olacaq...

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech