Dollar bahalaşır, manatı nə gözləyir? - AÇIQLAMA
Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti seçilən Donald Trampın hələ hakimiyyətə gəlməzdən öncə ciddi iddialar irəli sürməsi, daha sonra inaqurasiya mərasimindəcə bir sıra sənədlərə imza atması dünya miqyasında geniş müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, onun verdiyi bəyanatlar təkcə beynəlxalq siyasətə deyil, eyni zamanda qlobal iqtisadi proseslərə də ciddi təsir göstərə bilər. Seçkidən sonra ABŞ dollarının digər valyutalara nisbətən 2% güclənməsi qlobal ticarət və maliyyə bazarlarına təsir göstərə biləcək əsas amillərdəndir. Manatın ABŞ valyutasına bağlılığını nəzərə alsaq, dünya neft qiymətlərindəki dəyişikliklər, dolların dəyərə minməsi və s. kimi məsələlər Azərbaycanın milli valyutasının məzənnəsi ilə bağlı mövzuya nəzər salmağı labüd edir. Azərbaycanlı iqtisadçılar hesab edirlər ki, dünyada neftin qiymətində kəskin enmələr qeydə alınarsa, bu, ciddi risklər və narahatlıqlara gətirib çıxara bilər.
İqtisadçı Pərviz Heydərov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, manatın məzənnəsi, yəni onun digər valyutalara nəzərən dəyəri üzən məzənnə rejimi əsasında müəyyənləşmir - formalaşmır.
Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, ölkəyə valyuta gəlirləri şaxəli xarakter daşımır və yalnız, bir kanal vasitəsilə təmin edilir: “Odur ki, xarici valyuta təklifi ancaq və ancaq bir mənbədən asılıdır. Bu da Dövlət Neft Fondudur, yəni ARDNF. Adı çəkilən quruma da xarici valyuta neft satışından daxil olduğu üçün əsas xarici valyuta qismində vəsait ABŞ dolları ilə əldə olunur. Odur ki, manat əslində, ABŞ valyutasından başqa heç bir xarici valyutaya bağlı deyil desək, daha düzgündür. Digər valyutalara münasibətdə dəyər də məhz dollara əsasən müəyyənləşir. Bir sözlə, demək istədiyim odur ki, ölkəmizdə milli pul vahidimizin dəyəri inzibati qaydada tənzimlənir”.
Manatın dəyərə minməsini saxlamaq və bunun qarşısını almaq asandır...
İqtisadçı hesab edir ki, ölkədə neftin qiyməti yaxşı olduğu təqdirdə və çoxlusayda dollar daxil olduqda Mərkəzi Bank keçirdiyi hərraclarda müvafiq rıçaqlarla manatın dəyərə minməsinə mane olur, əksinə olduqda isə ucuzlaşmasına imkan vermir: “Sterilizasiya da qeyd olunan rıçaqlardan məhz birini təşkil edir və manatın məzənnəsinin inzibati qaydada qorunub saxlanılması üçün istifadə olunur.
Ümumiyyətlə, manatın dəyərə minməsini saxlamaq və bunun qarşısını almaq asandır. Belə ki, bundan ötrü dollar alışı həyata keçirmək kifayətdir. Bu, rəsmi valyuta ehtiyatlarının yüksəlməsi ilə nəticələnir. Məzənnənin enməsi təhlükəsi reallaşdıqda isə bunun qarşısını uzunmüddətli şəkildə almaq mümkün deyil. Çünki bu vaxt xarici valyuta ilə intervensiyaya ehtiyac yaranır ki, bu da rəsmi ehtiyatların həcminə bağlı bir məsələdir.
Məsələ bundadır ki, 2024-cü ildə valyuta bazarımızda sabitlik olub və Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil edib. O səbəbdən ki, neftdən daxil olan valyuta vəsaitləri qənaətbəxş olub”.
İqtisadçının fikrincə, sözügedən tendensiyanın ən azından bu ilin ikinci yarısınadək də davam edəcəyi şübhə doğurmur: “Lakin ABŞ-nin yeni prezidenti D. Tramp hələ birinci Prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla, OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollarından yüksəkdə tutmaqda günahlandırırdı. D. Trampa görə neftin dünya bazar qiymətləri 50 dollardan aşağı olmalıdır. Bu, cari ildə olmasa da, növbəti ildə gerçəkləşə bilər. Hər şey mövcud geosiyasi münaqişələrin gedişatından asılı olacaq”.
“O ki qaldı sterilizasiya əməliyyatlarına, yaxın perespektivdə bir sıra aspektlər nöqteyi-nəzərindən, hesab edirəm, buna çox lüzum olmayacaq. Mərkəzi Bank 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Ümumiyyətlə, Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.3 dəfə azalıb ki, cari ildə də vəziyyətin oxşar qalacağı şübhə doğurmur. Yeri gəlmişkən, 2024-cü ilin dekabr ayında büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olub ki, bu da böyük rəqəm deyil”, - P. Heydərov fikrini tamamlayıb.
Dolların güclənməsi və eyni zamanda neft-qaz qiymətlərinin aşağı düşməsi proqnozları manata təzyiqlərin yaranması ilə nəticələnə bilər...
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra təbii olaraq dolların güclənməsi və eyni zamanda neft-qaz qiymətlərinin aşağı düşməsi ilə bağlı ehtimallar yüksəlib.
O bildirib ki, bu da manata müəyyən qədər təzyiqlərin yaranması ilə nəticələnə bilər: “Amma nəzərə almaq lazımdır ki, hökumət ölkədə makroiqtisadi tarazlığın qorunub saxlanması üçün manatın məzənnə stabilliyinə üstünlük verməkdədir. Son bir neçə ildə bu istiqamətdə gərgin işlərin aparıldığını biz görürük. Həmçinin, qarşıdakı dönəmdə də ölkənin həm valyuta ehtiyatları, həm də strateji tədbirlər çoxluğu imkan verir ki, manatın məzənnə stabilliyi qorunub saxlanılsın. Yəni hazırki makroiqtisadi vəziyyətdə dünya bazarında olan risklərin mövcudluğuna rəğmən manata olan təzyiqin hökumət tərəfindən qarşılanması üçün hər hansısa bir çətinliyin olmadığını deyə bilərik”.
“Təbii ki, bütün hallarda son qərar yenə də hökumətin olacaq. Amma manatın devalvasiyası ilə bağlı zəruri addımların atılmasına hazırki iqtisadi şəraitdə heç bir ehtiyac yoxdur”, - deyə E. Əmirov qeyd edib.
Məlumat üçün bildirək ki, ötən ilin dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,1 bənd, ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 4,7 bənd çoxdur.
Eyni zamanda ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd olub ki, bu da aylıq müqayisədə 2,8 bənd, ilin əvvəlinə nisbətən 1,2 bənd, 2023-cü ildəki göstəricilərə nisbətən isə 0,2 bənd çoxdur.
Azərbaycan ehtiyatları rekord həcmdədir...
İqtisadçı Xalid Kərimli isə Trend-ə açıqlamasında vurğulayıb ki, manatın məzənnəsini indiki səviyyədə saxlamaq hazırki məqamda dövlət üçün ciddi problem yaratmır.
O, 2023-cü ildə Mərkəzi Bankın ölkə iqtisadiyyatına pul buraxdığını, amma onu da əhalinin tələbatını yox, daha çox dövlətin müəyyən tədbirlərlə əlaqədar xərclərinin maliyyələşdirilməsi üçün etdiyini xatırladıb: “Yəni, biz ötən ilə baxanda görürük ki, istehlak məqsədilə idxalın həcmi heç 200 milyon dollar da artmayıb. Bu o deməkdir ki, əhalinin geyim, qeyri-ərzaq məhsullarına tələbatı böyük həcmdə artmayıb. Düzdü, idxal kəskin artıb, lakin bu artımda da əsasən dövlətin xərcləmələri rol oynayıb. Məsələn, Qarabağ və Şərqi Zəngəzurun bərpasına ötən ilin ortalarında sərf olunan vəsaitin həcmini 4 milyarddan 5 milyard manata qaldırıldı, müdafiə qabiliyyətinin artırılmasına 1 milyard əlavə pul xərcləndi. Bu il də müdafiə qabiliyyətinin artırılmasına 8,5 milyard manata qədər vəsait sərf olunacaq. Yəni, dövlət özü müdafiə qabiliyyətinin artırılmasına, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpasına bilərəkdən böyük vəsaitlər ayırır”.
İqtisadçı fikrini belə izah edib ki, dolların istifadəsi həcminin artırılmasını vətəndaşdan çox dövlət özü edir: “Bu baxımdan neftin qiymətinin hələ 75-78 dollar olduğu məqamda belə, dövlətin dolların kursunun saxlaması kimi bir gərginliyi yoxdur. Çünki dediyim kimi, Mərkəzi Bankın və ARDNF-nin rezervləri yüksək səviyyədədir. Azərbaycan ehtiyatları rekord həcmdədir. Yəni, rezervlərimizin ümumi daxili məhsula nisbəti böyükdür, onların xarici borclara nisbəti 14-15 dəfə çoxdur, xarici valyutada olan borcun ümumi daxili məhsula nisbəti isə cəmi 7,5%-dir”.
Hazırda manatın indiki səviyyədə saxlanması dövlət üçün problem deyil...
Donald Trampın hakimiyyətə gəlişindən sonra dünyada neft qiymətinin kəskin azalmasının gözlənildiyini deyən Xalid Kərimli, ABŞ prezidentinin Davos forumunda videomüraciətində iştirakçılara, xüsusən də OPEC ölkələrinə neftin qiymətinin aşağı salınması ilə bağlı çağırışı məsələsinə də toxunub. İqtisadçı hesab edir ki, əgər Tramp neft qiymətlərinin kəskin aşağı salınmasına nail olacaqsa, bu, Azərbaycan manatı üçün ciddi baş ağrısına çevrilə bilər: “Hazırki vaxtda neftin 45 dollarlıq intervalında tədiyə balansı sıfırlanır. Ötən ilin sonuna 5,5 milyard dollar profisit olub. 2024-cü ildə isə bu göstərici 16 milyard dollara bərabər olub. Yəni, göstəricilər 3 dəfə aşağı düşsə də, yenə də profisitlidir. Belə ki, ölkəyə daxil olan pul, çıxan pulu üstələyir. Bu baxımdan neft qiymətləri 45 dollara düşsə, bu sıfırlanacaq və ciddi risklər, narahatlıqlar yarana bilər”.
“İndiki məqamda neft qiymətlərinin kəskin düşməməsi fonunda manatla bağlı heç bir təhlükə yoxdur. Azərbaycan büdcədə də neftin qiymətini 70 dollar kimi proqnozlaşdırıb. Xərclərini də ona uyğunlaşdırır.
İllik neft qiymətlərinin 10 dollar həcmində enməsi, 70 dollardan 60 dollara enməsinin tədiyə balansına təsiri 2,1 milyard manatdır. Bunun 400 milyon manatı büdcəyə, 1,7 milyard manatı isə Dövlət Neft Fonduna təsir edir. Yəni, heç neft qiymətlərinin 60 dollara qədər enməsi belə, hər hansısa bir təlaşa düşməyə əsas vermir”, - deyə X. Kərimli mövzu ilə bağlı fikrini yekunlaşdırıb.
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Son Xəbərlər
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr