İqtisadiyyat

Bu baş verərsə, dollar UCUZLAŞACAQ

Əgər Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş olarsa, rubl daha da möhkəmlənə bilər - dollar 80-85 rubla satılacaq. “Bakuinfo” xəbər verir ki, bunu "Sovcombank"ın baş analitiki Mixail Vasilyev Gazeta.ru-ya bildirib. “Yaxın aylarda sanksiyaların yumşaldılması məhdudiyyətlərin sərtləşdirilməsindən daha çox ehtimal olunan ssenari kimi görünür. Rusiya və ABŞ arasında danışıqlarda aktiv irəliləyiş və prezidentlərin şəxsi görüşünə yaxınlaşma halında

20:08, 07 mart İqtisadiyyat

Azərbaycanda maaş niyə Ermənistan və Gürcüstandan azdır? – Ekspertlər arasında mübahisə

“2024-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 1009 manat (593,6 dollar) olub. Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Məsələn, Ermənistanda orta aylıq məvacib az qala 900 dollara çatıb. Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub. Yəqin ki ilin sonuna daha da artar”. “Bakuinfo” bildirir ki, bu barədə tanınmış iqtisadçı Samir Əliyev “Facebook” hesabında yazıb. O, Cənubi Qafqaz ölkələrində orta aylıq əməkhaqqın göstəriciləri ilə bağlı diaqram da

19:08, 07 mart İqtisadiyyat

Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı

Bu dəqiqələrdə Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilir. “Bakuinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər. [media=https://www.youtube.com/live/AkPjHCeQ3io?si=DC9XJSatykJRES_5]

18:01, 05 mart İqtisadiyyat

Banklar daha dollar almır: Nə baş verir?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 863,9 milyon ABŞ dolları məbləğində satış olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir. News24.az bildirir ki, məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 % azdır. Təkcə bu ay isə valyuta satışının məbləği 365,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 58,1 % azdır. Maraqlıdır, Azərbaycanda banklar

17:56, 04 mart İqtisadiyyat

Bu nağd ödənişlərə görə cərimə olunacaqsınız - 1000 manatadək

“Bakuinfo” xəbər verir ki, bu, “İcra haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. Bundan başqa, icra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar

15:00, 03 mart İqtisadiyyat

Azərbaycanda avro bahalaşdı: növbə dollarındır? – Açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqlayıb. Belə ki, 2025-ci il martın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0465 manat olub. Avro isə 1,7710 manatadək bahalaşıb. Bu proses isə dolların aqibəti ilə bağlı məsələni gündəmə gətirib. Avrodan sonra dollar da bahalaşa bilərmi? Globalinfo.az -a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, Azərbaycan Mərkəzi Bankı manat və avro deyil, dollar və manat arasında olan münasibətləri

13:42, 03 mart İqtisadiyyat

Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq

Ötən il Azərbaycandan xarici ölkələrə 206 min 577 ədəd həşərat və böcək ixrac olunub. "Bakuinfo" xəbər verir ki, rəsmi statistikaya əsasən, ixrac olunan həşərat və böcəklərin bir ədədinin orta gömrük dəyəri 45 qəpik olub. Onu da bildirək ki, əvvəlki illə müqayisədə ötən il həşərat və böcəklərin ixracı 2 dəfədən çox azalıb. Qeyd edək ki, ixrac olunan həşərat və böcəklərin yarıdan çoxu - 140 min 500 ədədi Qazaxıstana göndərilib. Həşərat və böcəklərin ixrac olunduğu ölkələr aşağıdakı

12:23, 02 mart İqtisadiyyat

1 dollar 1,08 manat OLACAQ?

Nüfuzlu “The Economist” jurnalına görə, “Big Mac” indeksi Azərbaycanda manatın dəyərinin hələ də aşağı qiymətləndirildiyini deyir. 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bir “Big Mac” 6.24 manata satıldığı halda, ABŞ-də eyni burgerin qiyməti 5.79 dollar təşkil edir. Bu, manat üçün nəzəri məzənnənin 1.08 olduğunu göstərir. Lakin real məzənnə 1.70 olduğu üçün manatın 36.6% aşağı qiymətləndirildiyi hesab edilir. Nəzərə alaq ki, “Big Mac” İndeksi qlobal valyutaların dəyərini

11:11, 01 mart İqtisadiyyat

Valyuta dəyişmək istəyənlərin NƏZƏRİNƏ: BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. "Bakuinfo" xəbər verir ki, avronun məzənnəsi 0,2 % artaraq 1,7845 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,7 % artaraq 1,9700 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,7845 100 Rusiya rublu 1,9700 1 Avstraliya dolları 1,0757 1 Belarus rublu 0,5015 1 Bolqarıstan levi 0,9126 1 BƏƏ dirhəmi 0,4629 100 Cənubi Korea vonu 0,1186 1

10:40, 26 fevral İqtisadiyyat

Köhnə dolları olanlar üçün vacib xəbər: Yeni qaydalar açıqlanıb!

Son günlər köhnə dollar əsginasları ilə bağlı yeni qaydalar gündəmə gəlib. Banklar və valyutadəyişmə məntəqələri artıq bəzi köhnə seriyalı dollarları qəbul etməkdə çətinlik çəkirlər. Ekspertlər xəbərdarlıq edir ki, köhnə əsginas sahibləri risklə qarşılaşa bilər. Köhnə dollarlar hansı problemlər yaradır? Maliyyə mütəxəssislərinin sözlərinə görə, 2006-cı ildən əvvəl buraxılan ABŞ dollarları bəzi ölkələrdə və banklarda qəbul edilmir. Xüsusilə, valyutadəyişmə məntəqələri yeni seriyalı əsginaslara

20:14, 24 fevral İqtisadiyyat

Powered by MirTech