Nazirə yeni müşavir təyin olundu
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavir təyin edilib. “Bakuinfo” Nazirliyə istinadən xəbər verir ki, bu vəzifəyə Quliyev Orxan Madar oğlu gətirilib. SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan O. Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, Orxan Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
İlham Əliyev bu əsasnaməni təsdiqlədi
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Məqsəd qida təhlükəsizliyi sahəsində şəffaflığı və hesabatlılığı, idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etməkdir. Fərmanla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili
Azərbaycanda un bahalaşdı - Siyahı
Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb. “Bakuinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb. Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar. Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 - 28,2 manat aralığında dəyişir. Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən təqdim olunur.
İki ildən sonra qazın qiymətində ilk yaşandı
Bu gün Avropada təbii qazın qiyməti birja hərracları zamanı min kubmetrə görə 620 dolları ötüb. "Bakuinfo" TASS-a istinadla xəbər verir ki, "ICE London" birjasının məlumatları buna dəlalət edir. Bildirilib ki, 2023-cü il fevralın 7-dən bəri ilk dəfə müvafiq göstərici 620 dolları keçib. Belə ki, Niderlanddakı TTF habında fevral füçersinin qiyməti min kubmetrə görə 626 dollara qədər yüksəlib. Xatırladaq ki, Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi 50%-dən
Dollar görün neçəyə oldu - Mərkəzi Bankdan TƏCİLİ MƏLUMAT
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 1,7571 manata kimi bahalaşıb, Türkiyə lirəsi 0,0472 manata kimi, avro isə 1,7647 manatadək ucuzlaşıb.
Azərbaycanda inflyasiya ilə bağlı proqnoz...
Niderlandın ən böyük bank qrupu olan "İNG Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdırır. "Bakuinfo" ING-yə istinadən xəbər verir ki, bu proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir. Bankın proqnozuna əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 %, ikinci rübdə 5,7 %, üçüncü və dördüncü rüblərdə isə 4 % təşkil edəcək.
Azərbaycanda bu valyuta kəskin bahalaşdı
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 100 Rusiya rublunun məzənnəsi 2,7 % artaraq 1,7347 manat təşkil edib. Avronun məzənnəsi 0,09 % artaraq 1,7658 manat, ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,7658 100 Rusiya rublu 1,7347 1 Avstraliya dolları 1,0645 1 Belarus rublu 0,4991 1 Bolqarıstan levi 0,9046 1 BƏƏ dirhəmi 0,4628 100 Cənubi Korea vonu 0,1174 1 Çexiya kronu 0,0701 1 Çin yuanı 0,2333 1
Mərkəzi Bankda yeni - Təyinatlar
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub. “Bakuinfo” xəbər verir ki, Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər. Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə
Mikayıl Cabbarovdan güzəştli kredit alan sahibkarlıq subyektləri ilə bağlı paylaşım
"2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı ötən illə müqayisədə 74.7% artaraq 5.722-yə çatıb. Maliyyələşdirilən layihələrin böyük əksəriyyəti - 94.7%-i regionların payına düşür". "Bakuinfo" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib: "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar həmçinin zəmanət-subsidiya
Əhalinin NƏZƏRİNƏ: Xidmət haqqı tutulacaq
Azərbaycanda "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının