İqtisadiyyat

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycanda süd məhsulları istehsalçısı kimi tanınan “Milk Pro” MMC ləğv olunub. “Bakuinfo” xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər. Qeyd edək ki, “Milk Pro” 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. “Milk Pro” daha çox “Sevimli Dad” markası ilə tanınıb. “Sevimli Dad” hazırda başqa şirkət tərəfindən istehsal olunur.

12:07, 14 iyun İqtisadiyyat

Qazın qiyməti belə tənzimlənəcək - Qayda

Qaz təchizatı sektorunda qiymətlərin tənzimlənməsi qaydası müəyyənləşir. “Bakuinfo” xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq. Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər

15:17, 10 iyun İqtisadiyyat

Pensiyaların artım faizi AÇIQLANDI

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub. 2025-ci ilin ilk aylarından etibarən

11:34, 08 iyun İqtisadiyyat

Dolların kursu DƏYİŞİR

2025-ci ilin əvvəlindən bəri dünya bazarlarında neft qiymətləri eniş tendensiyası göstərir. May ayının əvvəlindən etibarən Brent markalı neftin qiyməti ardıcıl olaraq aşağı düşür və hazırda 66 dollar səviyyəsinə qədər geriləyib. Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsi hazırlanarkən İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən neftin bir barelinin qiyməti 70 dollar səviyyəsində götürülüb və ÜDM-də 3.5 faiz artım nəzərdə tutulub. Lakin reallıqda neftin aylardır bu proqnoz qiymətinin altında

10:50, 08 iyun İqtisadiyyat

Manatın məzənnəsi haqda kritik proqnoz – Devalvasiya bu tarixdə....

Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatlarında cüzi azalma qeydə alınıb. Belə ki, ⁠2025-ci ilin may ayında pul bazası 89,6 milyon manat və ya 0,7 faiz azalıb. Bildirilir ki, bu göstərici iqtisadiyyatın pul siyasətindəki dəyişiklikləri və bazar şəraitini əks etdirir. Sözügedən tendensiya yaxın aylarda iqtisadi aktivliyə necə təsir edə bilər? ”Bakuinfo” xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu proses manatın dövriyyədə həcminin artması ilə

18:50, 05 iyun İqtisadiyyat

Apreldə dollar BAHALAŞACAQ? - Ekspert açıqlaması

İqtisadçı Georgi Ostapkoviçinproqnozuna görə, aprel ayında rublun dəyərsizləşməsi gözlənilir, bu da dolların bahalaşmasına səbəb olacaq. ”Bakuinfo” xəbər verir ki, bu barədə finnance.ru məlumat yayıb. Ekspert bildirib ki, bu proses makroiqtisadi baxımdan normaldır. Hazırkı neft qiymətləri və dövlət büdcəsinin vəziyyəti nəzərə alındıqda, güclü rubl iqtisadi cəhətdən əlverişsiz hesab edilir. Milli valyutanın bahalaşması ixrac gəlirlərini və dövlət büdcəsinə vergi daxilolmalarını azaldır. Qeyd

10:53, 15 mart İqtisadiyyat

Taksidə əlavə ödəniş tələbi qadağan edildi - Qərar

“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram

17:07, 13 mart İqtisadiyyat

Son illər Azərbaycanda belə bir hal olmayıb - Banklar dollar almır...

Mart ayının üçdə biri arxada qalsa da, Mərkəzi Bank tərəfindən valyuta hərracı keçirilməyib. "Bakuinfo" Yeniavaz.com-a istinadən xəbər verir ki, əvvəlki illərdə Azərbaycanda belə bir hal qeydə alınmayıb. Məlumat üçün bildirək ki, ötən il mart ayının ilk 12 günü ərzində Mərkəzi Bank 3 dəfə valyuta hərracı keçirib və bu hərraclarda ümumilikdə 227,4 milyon dollar dəyərində valyuta satılıb. Bundan başqa, 2023-cü ilin mart ayının 12-nə kimi də 3 hərrac keçirilib və banklar 114,1 milyon

13:13, 13 mart İqtisadiyyat

Prezident Fərman imzaladı

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” dəyişib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan

13:12, 13 mart İqtisadiyyat

Dolların kursu ilə bağlı həyəcan TƏBİLİ: Manatın məzənnəsi DƏYİŞƏCƏK?

Neftin qiyməti enməkdə davam edir. Ötən həftədən başlayan qiymət enməsi bu həftə də davam edib. Artıq neftin qiyməti 70 dollar həddinə qədər enib. ABŞ-ın OPEK+ ölkələrinə hasilatın artırılması ilə bağlı çağırışları artıq bazara təsirini göstərməyə başlayıb. Belə ki, OPEK+ üzvü olan ölkələr aprel ayından etibarən hasilatı artırmağa qərar veriblər. Daha əvvəl könüllü şəkildə azaldılan hasilat tədricən bərpa ediləcək və bu da bazara, əlavə olaraq, 2,2 milyon barel neftin daxil olmasına səbəb

20:46, 12 mart İqtisadiyyat

Powered by MirTech