Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.
"Bakuinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.
Bildirib ki, sentyabrın 16-da keçirilmiş məhkəmə prosesi zamanı hüquqlarını qoruduğu təqsirləndirilən şəxs Ruben Vardanyan bir neçə vəsatət verib. Həmin vəsatətlərdən biri də şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə olub. Emil Babışov qeyd edib ki, müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı dövründə müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri Ruben Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər. Onun ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər.
Vəkil bildirib ki, təqsirləndirilən şəxsin mövqeyinə əsasən, Komitə nümayəndəsinin məhkəmədə iştirakının təmin olunmasında əsas məqsəd onun cinayət prosesində statusunun müəyyənləşdirilməsindən ibarətdir. Bu səbəbdən, BQXK-nın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakının təmin olunmasına köməklik göstərilməsini xahiş edir.
Təqsirləndirilən Ruben Vardanyan da hüquqlarını qoruyan vəkilinin vəsatətini müdafiə etdiyini bildirib.
Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ruben Vardanyanın hazırda məhkəmədə baxılan cinayət işi üzrə statusunun təqsirləndirilən şəxs olduğunu xatırladıb. Vurğulayıb ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.
Bundan başqa, ona hüquqları izah olunub və bu barədə bildirişlər təqdim edilib, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilib. Bir ilə yaxındır davam edən məhkəmə prosesində təqsirləndirilən şəxs kimi öz hüquqlarından istifadə edir, hüquqlarını müdafiə edir, eləcə də vəsatətlər verərkən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsinə dəfələrlə özü istinad edib. Təqsirləndirilən şəxs kimi hüququndan istifadə edərək məhkəmə baxışı zamanı ifadə verməkdən də imtina edib.
Zəruri hesab etdikdə təqsirləndirilən şəxs qismində zərərçəkənlərə, şahidlərə suallar verir.
İttiham tərəfi hesab edir ki, Ruben Vardanyan özü də təqsirləndirildiyi cinayət işi üzrə prosessual statusunu başa düşür və dərk edir.
Göstərilən halda hər hansı beynəlxalq təşkilatın nümayəndəsinin məhkəmədə verəcəyi ifadənin şəxsin statusunu necə dəqiqləşdirəcəyi və ya nəyi müəyyənləşdirəcəyi təbii ki, qeyri-müəyyən haldır. Digər tərəfdən, beynəlxalq təşkilatın nümayəndəsi məhkəmə prosesində hansısa şəxsin statusunu müəyyənləşdirmir.
Qeyd olunanları nəzərə alaraq dövlət ittihamını müdafiə edən prokuror məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib.
Məhkəmə tərəfləri dinlədikdən sonra yerində müşavirə keçirərək qərar qəbul edib.
Qərara əsasən vəsatət təmin olunmayıb. Qərarı əsaslandıran zaman sədrlik edən Zeynal Ağayev verilmiş vəsatətin baxılan işə aidiyyətinin olmadığını, hansısa bir sübut əhəmiyyəti daşımadığını və bu səbəbdən də rədd edildiyini deyib. Əlavə edib ki, məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsinə baxır. Hansısa beynəlxalq təşkilatın nümayəndəsinin bununla bağlı deyəcəklərinin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur.
Sonra vəkil Emil Babışov məhkəməyə ikinci vəsatəti təqdim edib. Bildirib ki, cinayət işinin materiallarında iş üzrə təqsirləndirilən Ruben Vardanyanın istifadəsində olmuş ofisə və yaşadığı evinə baxış keçirilməsinə dair protokol və videomaterialların toplandığı disklər var. Müdafiə tərəfinin mövqeyinə görə, müvafiq istintaq hərəkətləri aparılarkən çəkilmiş videolardakı bəzi faktların aydınlaşdırılmasına zərurət olduğundan, müstəntiqin məhkəmədə şahid qismində iştirakı təmin edilərək dindirilməlidir.
Təqsirləndirilən Ruben Vardanyan vəsatəti müdafiə etdiyini deyib.
Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətinin əsassız olduğunu deyərək fikrini belə əsaslandırıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində cinayət işi ilə əlaqədar səlahiyyətlərini yerinə yetirmiş müstəntiqin dindirilməsi üçün konkret əsaslar müəyyənləşib. Hazırda baxılan cinayət işi üzrə məhkəmə prosesində bu hallar aşkar olunmayıb. İttiham tərəfi hesab edir ki, müstəntiqin iş üzrə şahid qismində dindirilməsində zərurət yoxdur və müdafiə tərəfi fikrini kifayət qədər əsaslandırmayıb.
Qeyd edilənlər nəzərə alınmaqla vəsatətin rədd olunması xahiş edilib.
Məhkəmə tərəflərin fikirlərini dinləyərək qərar qəbul edib. Qərara əsasən, verilmiş vəsatət rədd edilib. Qərar əsaslandırılan zaman vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində şahid qismində dindirilə bilməyən şəxslər müəyyən edilib və müstəntiq həmin şəxslərə aiddir.
Bundan sonra iclasa sədrlik edən hakim Zeynal Ağayev məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib.
Tərəflər məhkəmə istintaqının yekunlaşmasına və çıxışların başlanılmasına etiraz etmədiklərini bildiriblər.
Dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Diqqət Çəkənlər
ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!
Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu
Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi
Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.
ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin
Son Xəbərlər
ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!
Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu
Pezeşkian xalqı meydanlara çağırdı
İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və
Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib
Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.
Hava kəskin soyudu: Bu tarixdə güclü qar yağacaq
Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub. "Bakuinfo" bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə
Londonda İran səfirliyinə hücum olundu - Video
Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerində polis əməkdaşları var. Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.
ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin
Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi
Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.
130 gün iş olmayacaq - RƏSMİ
2026-cı ilin istehsalat təqviminə əsasən, bayram günləri ilə yanaşı şənbə və bazar günləri də nəzərə alındıqda il ərzində ümumilikdə 130 gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu müddətə rəsmi bayramlar, qeyri-iş günləri və həftəsonları daxildir. Müvafiq təqvimə görə, qeyri-iş günlərinin böyük hissəsi həftəsonları ilə üst-üstə düşsə də, bir sıra bayram günləri əlavə istirahət imkanları yaradır. Qeyd edək ki, istehsalat təqvimi əmək qanunvericiliyinə uyğun olaraq tərtib edilir və
Rza Pəhləvi Trampdan kömək istədi
İranın devrilmiş şahının varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampdan kömək istəyib. "Bakuinfo" xəbər verir ki, Pəhləvi müraciətində bildirib: "Zaman çox vacibdir. Sizdən kömək istəyirəm. Siz sübut etdiniz ki, sülhsevər və sözünüzün öhdəsindən gələn bir insansınız. Xahiş edirəm İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun". Xatırladaq ki, bir gün öncə ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüşə münasibət bildirib. Tramp qeyd
Azərbaycanda bu vəzifələr ləğv olundu
Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib. "Bakuinfo" “Yeni Sabah”a istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yenidən