Anar Əsədlinin məhkəməsində MÜBAHİSƏ

Kriminal 17:47, 09 yanvar 2026, 1
Anar Əsədlinin məhkəməsində MÜBAHİSƏ

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Bakuinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədlinin vəkili Zibeydə Sadıqova vəsatətlər verib. O, təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib. Digər vəsatətində isə Anar Əsədlinin şüşə arxasından çıxarılaraq yanında əyləşməsini xahiş edib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, digər vəsatət təmin edilib.

Anar Əsədli dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur. Etibar Nəsirova isə 3000 manat borcu qaytarmağı təklif etsə də, o, pulu qəbul etməyib: "Hazırda heç kimə borcum yoxdur. Bəli, borc almışam, amma qaytarmışam. Mən siyasətçiyəm, heç kimə də yalan vəd verməmişəm".

İclasa sədrlik edən hakim siyasətlə maraqlandığını, lakin Anar Əsədlinin adını ilk dəfə eşitdiyini söyləyib.

Anar Əsədli digər sualları cavablandırmaq istəmədiyini deyib.

Prosesin davamında zərərçəkən Oqtay Qasımov ifadə verərək bildirib ki, Anar Əsədlinin daha çox qazanc əldə edəcəyi vədinə inanaraq ona müxtəlif vaxtlarda 3 dəfə 50 min dollar, ümumilikdə 150 min dollar pul verib: "Anar Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ o, jurnalist kimi çalışırdı. Bizim yaxın münasibətimiz olub. Düzdür, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev alqı-satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra xəstəxana layihəsinə pul yatırıb qazanacağını bildirərək yenə məndən pul alıb tenderə yatırıb. Oradan səs çıxmayanda pulu götürərək Azərbaycanda lombarda və şirkətə yatırım edib pul qazanacağımız vədləri verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazancam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat borc da alıb. Düşündüm ki, bu necə iş adamıdır?"

Bu zaman Anar Əsədli ilə zərəçəkən arasında mübahisə düşüb və onlar bir-birini təhqir edib.

Hakimin qərarı ilə Anar Əsədli yenidən şüşə arxasına keçirilib.

O.Qasımov ifadəsinin davamında polisə şikayət etmək niyyəti olmadığını deyib: "Biz ailəliklə yaxın olmuşuq. İstəmirdim məsələ bu yerə gəlsin. Lakin, pulumu geri istəyəndə mənə dedi ki, get əlindən gələni et. Mən də gedib şikayət etdim. Nəticədə mənə dəyəri 90 min manat olan ev təklif etdilər. Qardaşı ilə vəkili oranı mənə göstərdi. Dedim ehtiyacım olan 68 min manatı götürüm, qalanını ödəyərsən. Notariusda Anar Əsədli mənə dedi ki, bunu götür, amma daha nəsə istəmədiyinlə bağlı sənəd imzala".

Vaxt məhdudiyyəti ilə əlaqədar proses fevralın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.

20:11, 10 yanvar Sosial

ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin

21:09, 10 yanvar Sosial

Son Xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Pezeşkian xalqı meydanlara çağırdı

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və

20:19, 11 yanvar Dünya

Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.

23:41, 10 yanvar Sosial

Hava kəskin soyudu: Bu tarixdə güclü qar yağacaq

Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub. "Bakuinfo" bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə

23:25, 10 yanvar Sosial

Londonda İran səfirliyinə hücum olundu - Video

Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerində polis əməkdaşları var. Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.

22:48, 10 yanvar Dünya

ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin

21:09, 10 yanvar Sosial

Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.

20:11, 10 yanvar Sosial

130 gün iş olmayacaq - RƏSMİ

2026-cı ilin istehsalat təqviminə əsasən, bayram günləri ilə yanaşı şənbə və bazar günləri də nəzərə alındıqda il ərzində ümumilikdə 130 gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu müddətə rəsmi bayramlar, qeyri-iş günləri və həftəsonları daxildir. Müvafiq təqvimə görə, qeyri-iş günlərinin böyük hissəsi həftəsonları ilə üst-üstə düşsə də, bir sıra bayram günləri əlavə istirahət imkanları yaradır. Qeyd edək ki, istehsalat təqvimi əmək qanunvericiliyinə uyğun olaraq tərtib edilir və

22:33, 09 yanvar Sosial

Rza Pəhləvi Trampdan kömək istədi

İranın devrilmiş şahının varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampdan kömək istəyib. "Bakuinfo" xəbər verir ki, Pəhləvi müraciətində bildirib: "Zaman çox vacibdir. Sizdən kömək istəyirəm. Siz sübut etdiniz ki, sülhsevər və sözünüzün öhdəsindən gələn bir insansınız. Xahiş edirəm İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun". Xatırladaq ki, bir gün öncə ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüşə münasibət bildirib. Tramp qeyd

21:54, 09 yanvar Dünya

Azərbaycanda bu vəzifələr ləğv olundu

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib. "Bakuinfo" “Yeni Sabah”a istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yenidən

21:50, 09 yanvar Ölkə

Powered by MirTech