“Ərim məni əxlaqsızlıq etməyə, pul qazanmağa məcbur edirdi” - Dəhşətli qətlin şok təfərrüatı

Kriminal 15:32, 08 iyul 2024, 7
“Ərim məni əxlaqsızlıq etməyə, pul qazanmağa məcbur edirdi” - Dəhşətli qətlin şok təfərrüatı
Abşeron rayonunda 1989-cu il təvəllüdlü Gülüstan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1981-ci il təvəllüdlü həyat yoldaşı Asimi (adlar şərti göstərilib – red.) öldürüb.

Bakuinfo.net Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 25 avqust 2023-cü ildə gecə saat 1 radələrində Xırdalan şəhərində baş verib.

Həmin vaxt kirayə yaşadıqları evdə narkotik vasitə aludəçisi olan Asim əvvəllər olduğu kimi narkotik vasitə əldə etmək üçün pul tapa bilməməsi səbəbindən Gülüstanla mübahisə edib, ona pul tapmasını, anasına zəng vurub pul istəməsini tələb eləyib. Gülüstan tələblərə əməl etməyəcəyini, anasından pul istəməyəcəyini, narkotikə görə anasının pulunun sərf olunmasından bezdiyini deyib.

Mübahisə zamanı Asim arvadının gizli telefon işlətməsindən xəbər tutduğunu, əxlaqsız yolla pul qazanıb ona verməyə borclu olduğunu deyib. Arvadının saçından tutaraq stola vurub, onu döyüb.

Bütün bunların nəticəsində güclü emosional yaşantı “affektiv partlayış”la nəticələnib. Gülüstan affekt halında Asimin qasıq nahiyəsinə bıçaqla vuraraq onu öldürüb.

“Tez-tez mübahisələrimiz olurdu”

İstintaq orqanı tərəfindən Gülüstanın barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülüstan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, 2007-ci ildə Asimlə ailə həyatı qurub, lakin rəsmi nikah bağlanmayıb:

“2008-ci ildə Nərmin adlı övladımız dünyaya gəldi. Ailə qurduğum vaxtdan müxtəlif ünvanlarda kirayə yaşamışıq. 2023-cü ilin iyul ayının əvvəllərindən hadisə baş verən ünvanda kirayə yaşamağa başladıq. Ərim Asim narkotik aludəçisi olduğundan evdə tez-tez mübahisələrimiz olurdu”.

“Çimərlikdə pivə içdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin yay aylarında 3 ay müddətində əri Asim narkotik vasitə aludəçiliyi ilə bağlı Pirşağı yaxınlığında adını dəqiq xatırlamadığı özəl tibb müəssisində müalicə alıb:

“Müalicə bitdikdən 2 ay sonra yenidən narkotik qəbul etməyə başladı. Avqustun 24-də saat 14 radələrində qızım Nərminlə Novxanı yaxınlığında yerləşən “Local Beach” adlı çimərliyə getdik. Xalam qızı Südabənin əri Saleh də 3 qızı ilə oraya gəlmişdi.

Saat 21 radələrində ərim oraya gəldi və birlikdə oturduq. Orada mən, ərim Asim, Südabə və onun əri bir stolda oturmuşduq. Qızım Nərmin, Südabənin qızları ayrı stolda əyləşmişdilər. Stolda mən, ərim, Südabə və onun əri pivə içdik. Mən əlavə olaraq içki kokteyli də içdim”.

“Anamdan pul istəmişəm”

Gülüstan deyib ki, avqustun 25-də gecə saat 1 radələrində əri Asim, qızı Nərmin və bacısı qızı ilə birlikdə yaşadığı evə gəliblər: “Mətbəxdə Asimlə əvvəllər də aramızda olduğu kimi eyni məzmunlu mübahisə başladı. O, narkotik qəbul etmək vaxtı çatdıqda evdə dava-dalaş salırdı. Narkotikə pul tapa bilmədikdə mənimlə mübahisə edir, pul tapmağa kömək tələb edirdi.

Dəfələrlə anama zəng edərək evdə pul qurtarıb adıyla pul istəmişəm. Anam neçə dəfə mənə pul vermişdi. Ondan aldığım pulu da ərimə verirdim. Asim pulu alan kimi evdən çıxıb haradansa narkotik tapıb qəbul edirdi”.

“Əxlaqsızlıq edərək pul qazanmalı olduğumu dedi”

Gülüstanın ifadəsinə görə, avqustun 25-də gecə mətbəxdə olduğu vaxt əri Asim pulunun çatmadığını deyib və narkotik almaq üçün pul verməsini tələb edib: “Ona pulumun olmadığını dedim. O da anama zəng edərək pul istəməyimi tələb etdi. Narkotikə görə anamın pulunun sərf olunmasından bezdiyimi dedim.

Bu zaman o, qolumdan tutaraq mənə şillə vurmağa başladı. Məni döyərkən ona qəti şəkildə daha pul verməyəciyimidedim.

Ərimin mənim gizli telefon işlətməyimdən də xəbəri vardı. O mənə əxlaqsızlıq edərək pul qazanmalı olduğumu, qazandığım pulu ona verməyə borclu olduğumu dedi. Həmin vaxt əxlaqsız olmadığım halda məni bu cür alçatdığından gərgin vəziyyətə düşdüm, ağlamağa başladım”.

“Qan ləkələrini təmizlədim”

Gülüstan qeyd edib ki, əri mətbəxdən bıçağı götürərək saçlarından tutub, başını stolun küncünə vurub: “Bıçaqla hədələyərək məni də, özünü də öldürəcəyini dedi. Çox qəzəbli idi. Onun məni öldürəcəyindən qorxdum, özümü itirdim, nə edəcəyimi bilmədim. Həyəcanlı halda əlimi həmin bıçağa atmağım yadımdadır. Bundan sonra nə baş verdiyini xatırlaya bilmirəm. Sanki, gözüm qaraldı.

Özümə gələndə əlimdə bıçaq olduğunu gördüm. Yerdə isə qan ləkələri vardı. Yenə nə baş verdiyini anlaya bilmədim. Bədənimi keyimiş kimi hiss etdim. Daha sonra Asimin səsini eşitdim. Ona tərəf baxdıqda, qan içində qonaq otağında oturaq vəziyyətdə gördüm. Hələ də nə baş verdiyini anlaya dərk edə bilmirdim. Ona kömək etməyə çalışdım. Birtəhər özümü toparladım, dəsmal götürərək Asimin yarasına sıxdım, qanaxmasını dayandırmaq istədim. Uşaqların harada olduğunu görmədim.

Asimin yanında yerə çökərək ağladım. Bir müddət sonra özümə gəldikdə anladım ki, ərimi vurmuşam. Lakin hadisənin necə baş verdiyi yadıma düşmədi. Həyəcanlı şəkildə tutulacağımdan qorxduğuma görə evdə qan ləkələrini təmizləməyə başladım. Mətbəxdə yerdə olan qan ləkələrini təmizlədim”.

“Ərimin özünə xəsarət yetirdiyini demişəm”

Gülsatanın ifadəsinə görə, sonra qonşulardan kimsə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib:

“Ərim Asimi hansı vəziyyətdə vurduğumu xatırlamıram. Xatırladığıma görə, ərim məni döyərək, əlində bıçaq olarkən bıçağı mənə doğru istiqamətləndirib. Daha sonra baş verənlər yadımda deyil. Asimi öldürmək fikrim yox idi. Bıçağı Asimin əlindən necə almağımı da xatırlamıram.

Özümə gəldikdən sonra hadisəni törətdiyim bıçağı qonaq otağında ərimin meyitinin yanına qoydum.

Hadisə vaxtı qızım və bacım qızı da bizdə idilər. Özümə gələndə onların evdə olmadığını gördüm. Hadisənin təsiri altında olaraq 102 və 103 xidmətinə məlumat verməmişəm. Ərimin özü-özünə xəsarət yetirməsi barədə fikir mənim tərəfindən irəli sürülüb. Tutulacağımdan qorxduğuma görə anama və qonşulara ərimin özünə xəsarət yetirdiyini demişəm”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Gülüstan 1 il 5 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvanı axşam saat 23:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, iş və yaşayış yerlərini nəzərə alaraq Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilib. Onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Hökmün icrası səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın

19:20, 14 yanvar Sosial

Son Xəbərlər

Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik

“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin

02:10, 15 yanvar Dünya

İran Ermənistana qarşı hərəkətə keçdi

İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.

01:03, 15 yanvar Dünya

Naxçıvanda ölən tələbələrin FOTOSU

Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

00:27, 15 yanvar Sosial

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan

00:26, 15 yanvar Sosial

Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi

Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox

00:17, 15 yanvar Siyasət

Danimarka ABŞ-ı dayandıra bilmədi

Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək

00:15, 15 yanvar Dünya

ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR

ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.

23:55, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək

İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il

23:12, 14 yanvar Siyasət

Azərbaycanda iki tələbə dəm qazından öldü

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

22:43, 14 yanvar Hadisə

Powered by MirTech