Vəzifəli şəxs doğum günündə faciəvi şəkildə ÖLÜBMÜŞ - TƏFƏRRÜAT
Bu ilin 19 mart tarixində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Vüqar Mikayılovun məhkəməsi başa çatıb.
Bakuinfo.net xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda 1972-ci il təvəllüdlü V.Mikayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, V.Mikayılovun “Kia Rio” markalı avtomobillə vurduğu 1966-cı il təvəllüdlü Teymur Daşdəmirov vəzifəli şəxsdir. “Bakı Metropoliteni”nin Yol xidmətinin 1 saylı Yol distansiyasının rəisi olan T.Daşdəmirovun həmin gün 58 yaşı tamam olubmuş. O, ad günü münasibətilə restoranda keçirilən məclisdə iştirak edib və gecə saat 23 radələrində aeroport şossesi kimi tanınan prospektin Milli Aviasiya Akademiyasının qarşısından keçən hissəsindən yolu keçmək istəyərkən bədbəxt hadisə ilə üzləşib.
Nəticədə ağır xəsarətlər alan T.Daşdəmirov hadisə yerində ölüb.
Keçirilən ekspertiza zamanı avtomobilin saatda 80 kilometr sürətlə hərəkət etməsi, sürücünün spirtli içki və ya narkotik vasitə qəbul etməməsi dəqiqləşib.
Həmçinin məlum olub ki, maşınla vəzifəli şəxsi vurub öldürən Vüqar Mikayılovun oğlu Fərid Mikayılzadə Vətən müharibəsi iştirakçısıdır və 5 medalla təltif edilib.
Vəzifəli şəxs heç vaxt ailə həyatı qurmadığından məhkəmə prosesində onun qardaşı zərərçəkmiş şəxs qismində tanınıb. T.Daşdəmirovun yaxınları qarşı tərəfdən şikayətçi olmadıqlarını bildiriblər.
Xəzər Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə V.Mikayılova 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib və barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, sözügedən qəza 19 mart tarixində saat 23:20 radələrində qeydə alınıb.
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın
Son Xəbərlər
Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi
Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox
Danimarka ABŞ-ı dayandıra bilmədi
Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək
ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR
ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Azərbaycanda iki tələbə dəm qazından öldü
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
ABŞ-dan QƏRAR: Azərbaycan və daha 74 ölkə üçün vizalar dayandırıldı
ABŞ 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. "Bakuinfo" xəbər verir ki, bu barədə Dövlət Departamenti qərar qəbul edib. Bildirilib ki, sözügedən qərar “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində qəbul olunub və 21 yanvardan qüvvəyə minəcək. Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz,
Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”. "Bakuinfo" xəbər verir ki, bu barədə “yeni sabah”ın sorğusuna cavab olaraq
Paşinyandan Qarabağ açıqlaması: Rusiyaya yüz milyon verdik ki...
“2022-ci ildən əvvəl də silah-sursat almaq üçün müraciət edirdik, hamıya müraciət edirdik, amma bizi çox nəzakətlə rədd edirdilər. Deyirdilər ki, sizə silah satmaqdan imtina edirik, çünki əmin deyilik ki, bu silahları beynəlxalq səviyyədə tanınmış ərazinizdə yerləşdirəcəksiniz. Hətta şübhələri vardı ki, bu vasitələr beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda (Qarabağda – red.) istifadə oluna bilər”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.