Ad günü məclisində QAN DÜŞDÜ
Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Vüqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elşənə xəsarət yetirib.
Bakuinfo.net xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini Vüqar 2023-cü ilin avqustun 29-dan 30-na keçən gecə qohumu Elşənin uşağının ad günü mərasimində olarkən onun ünvanına işlətdiyi ifadələr xoşuna gəlmədiyindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Vüqar Elşənin ona iradını bildirdiyi üçün oradan gedib.
Daha sonra Vüqar Elşənə məxsus mənzilin açarını ona qaytarmaq üçün saat 02:00-da onun yaşadığı evə qayıdıb. O, Elşən ilə yenidən mübahisə edib.
Onu çölə çağırıb və Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən 7 saylı evin qarşısında söhbət edərkən yenidən mübahisə etməyə başlayıb. Mübahisə zamanı Vüqar əvvəlcədən üzərində olan turist bıçağını çantasından çıxarıb və Elşənin qarın nahiyəsindən bir dəfə zərbə vurub.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elşən əmisi qızı Fərqanənin əridir: "Hadisədən əvvəl Elşənin oğlu Hüseynin doğum günü ilə əlaqədar onların yaşadığı Sumqayıt şəhərinin 4-cü mikrorayondakı mənzilə qonaq gəldim. Hüseynin doğum gününü qeyd etmək üçün Elşənin yaşadığı evdə süfrə açıldı. Məclisdə süfrə arxasında Elşən, Fərqanə, oğlanları Hüseyn, Fərqanənin dayısı Mikayıl, onun arvadı Nazilə, Mikayılın oğlu Elvin olub. Biz süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşdü. Mən dedim ki, "yeznə" sözü eşşəyə deyilir, bizim zonada, yəni Qubada kürəkən deyilir. Lakin Elşən ümumilikdə Quba üçün yeznəyə eşşək deyənləri söydü. Mən ümumi danışaraq söyüş söyməməsini Elşənə bildirdim. Elşənin bu sözü pisimə gəldi. Mən heç nə deməyərək süfrədən qalxıb yataqxanada qaldığım otağa keçdim. Orada boynuma asmaq üçün çantanı götürdüm və təxminən 5 dəqiqə sonra yəni saat 2 radələrində onların yanına geri qayıtdım, otağın açarını Elşənə vermək istəyərkən aramızda yenidən mübahisə başladı. Biz evdən çölə çıxdıq. Həmin vaxt boynumdan asdığım çantanı açdım və ev təmiri ustası işlədiyim üçün içərisində türmədən mənə hədiyyə olan bıçağı götürdüm. Bıçaqla Elşənin sol qarın nahiyəsindən bir dəfə vurdum. Elşən bıçağı tutub saxladı. Məni yerə yıxdı, əlimi buraraq bıçağı əlimdən aldı. Daha sonra ayağa qalxdım və oradan uzaqlaşdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, ad günü məclisində 8-9 bakal pivə və təxminən 350 qram araq içib: "İçkili olduğumdan, həmçinin Elşənin Quba camaatına qarşı ümumi söyüş söyməsi səbəbindən bıçaqla onu vurmuşam. Mənim Elşəni öldürmək fikrim və ya niyyətim olmayıb. Onu öldürmək istəyim olsaydı bıçaqla bir dəfə deyil, bir neçə dəfə vurardım. Daha sonra özüm Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gələrək, polisə təslim oldum. Mən süfrə arxasında jarqon sözlərdən işlətməmişəm. Mən rusca danışdığım üçün Elşən elə başa düşüb ki, jarqon, yəni türmə sözlərindən istifadə edirəm. Mən süfrə arxasında söyüş söyməmişəm. Biz süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşüb. Mən də demişəm ki, "yeznə" sözü eşşəyə deyilir, bizim zonada, yəni Qubada yeznəyə kürəkən deyilir. Lakin Elşən ümumilikdə Quba üçün yeznəyə eşşək deyənləri söydü. Mən də ümumi danışaraq Elşənə söyüş söyməməsini bildirdim".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elşənin sözlərinə görə, uşağının ad gününü qeyd etmək üçün 2023-cü ilin avqustun 29-u gecəsi təqsirləndirilən şəxs Vüqar, həmçinin bəzi qohumları onun evinə gəliblər: "Qonaqlardan Mikayıl məni tərifləyərək yaxşı yeznə olduğunu dedikdən sonra Vüqar əslində yeznə sözünün kürəkən deyil, başqa mənada istifadə olunduğunu dedi. Bundan sonra Vüqara istifadə etdiyi sözün yaxşı olmadığını dedim. Xəbərdarlıq etsəm də, Vüqar həmin sözü təkrar işlətdiyi üçün onu evimdən qovdum. Bir az sonra Vüqar geri qayıdaraq məndən üzr istəmək üçün məni evin həyətinə çağırdı. Orada qarnımdan bir bıçaq zərbəsi vuraraq məni yaraladı. Bundan sonra dərhal Vüqarı yıxaraq bıçağı öz əlimə aldım. Mən bıçaqlanandan sonra həyat yoldaşım və Mikayıl gəldiyindən Vüqarla ayrıldıq".
Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışmayıb, lakin ondan şikayəti yoxdur: "Mən xəstəxanaya getdikdən sonra baş verən hadisə barədə polisin məlumatı olub. Bir gün polis əməkdaşları təqsirləndirilən şəxsi axtardılar, həmin müddət ərzində o, özü polisə gedərək təslim olmadı".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın
Son Xəbərlər
Azərbaycanda iki tələbə dəm qazından öldü
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
ABŞ-dan QƏRAR: Azərbaycan və daha 74 ölkə üçün vizalar dayandırıldı
ABŞ 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. "Bakuinfo" xəbər verir ki, bu barədə Dövlət Departamenti qərar qəbul edib. Bildirilib ki, sözügedən qərar “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində qəbul olunub və 21 yanvardan qüvvəyə minəcək. Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz,
Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”. "Bakuinfo" xəbər verir ki, bu barədə “yeni sabah”ın sorğusuna cavab olaraq
Paşinyandan Qarabağ açıqlaması: Rusiyaya yüz milyon verdik ki...
“2022-ci ildən əvvəl də silah-sursat almaq üçün müraciət edirdik, hamıya müraciət edirdik, amma bizi çox nəzakətlə rədd edirdilər. Deyirdilər ki, sizə silah satmaqdan imtina edirik, çünki əmin deyilik ki, bu silahları beynəlxalq səviyyədə tanınmış ərazinizdə yerləşdirəcəksiniz. Hətta şübhələri vardı ki, bu vasitələr beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda (Qarabağda – red.) istifadə oluna bilər”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Prezidentdən nazirin qardaşı ilə bağlı SƏRƏNCAM
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib. “Bakuinfo" xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb. Qeyd edək ki, A.Bayramov uzun müddət idi ki, maliyyə nazirinin müavini vəzifəsində çalışırdı. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın
Sevinc Osmanqızı və digərləri ilə bağlı QƏRAR VERİLDİ
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Bakuinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci
Aqil Dadaşova yeni vəzifə verildi
Lənkəran Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib. “Bakuinfo” xəbər verir ki, icra başçısı Taleh Qaraşov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Aqil Dadaşov struktur dəyişikliyi nəticəsində ləğv edilən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl
Bakıda 7 rayonda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI
"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb: "Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət