Alt paltarında çölə çıxıb dayısı oğlunu öldürdü - Dəhşətli cinayətin ANBAAN VİDEOSU
CİNAYƏT İŞİ
Qısa arayış...
2020-ci il avqustun 1-nə keçən gecə Şabranda rayon sakini 1994-cü il təvəllüdlü Ələkbər Əmirov qətlə yetirilir.
Ona xəsarət yetirən 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun qanında 1.93% etil spirti aşkar edilib ki, bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 2020-ci il mayın 17-i saat 22:30-da Taleh Atamoğlanov dostları ilə birlikdə Quba rayonunun ərazisində yerləşən “Məkan” adlı kafedə qonaq olublar. Sonda isə ödəməli olduqları hesaba görə mübahisə zamanı dostlar oranın icarədarı Bədirxan Muradovu nalayiq ifadələrlə təhqir ediblər. Taleh əlindəki pivə bakalını və özünə məxsus mobil telefonu yerə çırparaq, sındırıb. Dava zamanı Taleh həmçinin kafenin girişindəki masa və stulları yerə aşırıb, işıq plafonlarını əli ilə vurub sındıraraq, obyektə məxsus əmlakı məhv edib. Onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan Bədirxan Muradova bədən xəsarətləri yetirib. Bundan başqa Atamoğlanov, avqustun 1-i gecə saat 2 radələrində, sərxoş halda, Şabran rayonunun Günəşli kəndində, yaşadığı evin qarşısında mübahisə zamanı dayısı oğlu Ələkbər Əmirovun sol bud nahiyyəsinə bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya aparılarkən, kəskin qan itirmə səbəbindən dünyasını dəyişib.
İş üzrə dindirilmiş Taleh Atamoğlanov bildirib ki, mayın 17-də dostları Rəşad Tağıyev və Rəşad Məmmədovla birlikdə pivə içmək üçün Quba rayonu ərazisində yerləşən kafeyə gedib. Ofisiant yaxınlaşıb hesabın 6 manat 50 qəpik olduğunu söyləyəndə, ona cəmi 6 manat pulu olmasını, 50 qəpiyi sonra verəcəyini deyib:
“Həmin vaxt kafeni işlədən Bədirxan Muradov yaxınlaşıb, hesabı tam ödəməyimi tələb etdi. Ona mütəmadi kafeyə gəldiyimi və lazımdırsa, mobil telefonumu girov qoya biləcəyimi bildirdim. Bədirxan Muradov bununla razılaşmayıb pulu istəyəndə, Rəşad Tağıyev cibindən 100 manat çıxardıb, ona uzatdı. Bədirxan hesabı çıxandan sonra Rəşada qalan pulu qaytarıb və mətbəxə keçib. Obyektin icarədarı mənim xahişimi nəzərə almayıb, dostlarımın yanında biabır etdiyinə görə əsəbləşərək özümə məxsus mobil telefonumu və pivə bakalını yerə çırpıb sındırdım. Bunu eşitən Bədirxan əsəbi halda yanımıza yaxınlaşdı. Aramızda mübahisə yarandı. Dostlarım məni kafedən həyətə çıxarsalar da, hirsim soyumadığından, obyektin girişində olan masanı və stulu qaldırıb yerə çırpdım.
Kafenin həyətində işıq plafonlarını da sındırdım. Taksi ilə yaşadığımız kəndə getdik”.
Avqustun 1-i gecə saat 2 radələrində isə Taleh Atamoğlanov yaşadığı evdə televizora baxa-baxa, spirtli içki içib. O, küçədən səs-küy eşidib, çölə çıxanda, qonşuluqda yaşayan dayısı oğlu Ələkbər Əmirovun qohumu Nahid Nuriyevlə mübahisə etdiyini görüb:
“Nəyə görə mübahisə etdiklərini soruşanda, Ələkbər məni söydü və buna görə bir-birimizə əl atdıq. Əsəbləşərək evə qayıdıb mətbəx bıçağını götürdüm və geri qayıdaraq, evin qarşısında dayım oğlunun ayağına zərbə vurdum. Yerə yıxılıb qışqıran Ələkbərin səsinə ailə üzvlərim və ətrafda yaşayan sakinlər toplaşdılar. Əlimdəki bıçağı yerə atıb evə keçdim. Yarım saatdan sonra polis əməkdaşları gəlib, məni şöbəyə apardılar. Ələkbərin xəstəxanaya aparılarkən yolda öldüyünü bildim. Qohumumu öldürmək niyyətim yox idi. Söyüş söydüyünə görə, cəzalandırmaq məqsədilə bir dəfə bud nahiyyəsinə bıçaqla xəsarət yetirmişdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Fəzail Əmirov ifadəsində göstərib ki, avqustun 1-də atası Məzahir Əmirovla birlikdə Sumqayıt şəhərində yaşayan bacısının evində olub:
“Gecə saat 3 radələrində qonşularımız atama zəng edib, Talehin Ələkbəri bıçaqladığını və onun xəstəxanaya aparıldığını xəbər verdilər. Rayona çatarkən Ələkbərin öldüyünü öyrəndik.
Sonradan mənə məlum oldu ki, qardaşım yaşadığı evdə dayım qızının əri Nahid Nuriyevlə spirtli içki qəbul etdikdən sonra küçədə aralarında mübahisə yaranıb. Onların səsini eşidən bibim oğlu Taleh Atamoğlanov alt paltarında küçəyə çıxanda, Ələkbər ona iradını bildib. Bundan sonra, Taleh evdən götürdüyü bıçaqla qardaşıma zərbə endirib”.
Şahid Nahid Nuriyev bildirib ki, avqustun 1-də qayınatası Rövşən Qarayevlə birlikdə günəmuzd işlərini gördükdən sonra, saat 22 radələrində Ələkbər Əmirovun evinə qonaq gediblər:
“Həyətdə əyləşib, yeyib-içərkən telefonuma zəng gəldiyindən, danışmaq üçün masadan qalxıb bir az aralandım. Danışarkən qayınatam qışqıraraq telefonu söndürməyimi bildirdi. Ardınca Ələkbər də qışqırıb ümumiyyətlə bizdən evini tərk etməyimizi tələb etdi. Buna görə, Ələkbərlə aramızda mübahisə başladı. Qonşuluqda yaşayan Taleh Atamoğlanov nəyə görə dalaşdığımızı soruşanda, Ələkbər ona kobud cavab qaytardı. Bu zaman onlar əlbəyaxa oldular. Taleh gözləməsini deyib evə qaçdı və geri qayıdaraq, bıçaqla Ələkbəri ayağından vurdu. Talehin anası evdən çıxaraq, oğlunun əlindən bıçağı aldı. Səy-küyə gələn Ələkbərin arvadı Günel və bacısı Lamiyə qışqıraraq, insanları köməyə çağırmağa başladılar. Qonşuluqda yaşayan Elnur adlı şəxsin avtomobili ilə yaralını Xaçmaz Mərkəzi Xəstəxanasına apardıq”.
Məhkəmə iclasında Taleh Atamoğlanov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş Bədirxan Muradov bildirib ki, ona qarşı şikayəti yoxdur.
Məhkəmə hesab edib ki, Taleh Atamoğlanova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.1-ci (xuliqanlıq) maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Atamoğlanov 12 il müddətinə azadlıqdan məhrum olunub.
Diqqət Çəkənlər
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Son Xəbərlər
Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın
Sevinc Osmanqızı və digərləri ilə bağlı QƏRAR VERİLDİ
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Bakuinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci
Aqil Dadaşova yeni vəzifə verildi
Lənkəran Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib. “Bakuinfo” xəbər verir ki, icra başçısı Taleh Qaraşov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Aqil Dadaşov struktur dəyişikliyi nəticəsində ləğv edilən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl
Bakıda 7 rayonda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI
"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb: "Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət
Əminağa Sadıqovun elmi adı buna görə LƏĞV EDİLİB
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Komissiyasının sədr müvini Sakin Cabbarov məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli
Yük gəmisi Xəzər dənizində qəzaya uğradı - 14 nəfər...
Xəzər dənizində İranın “Rona” yük gəmisi qəzaya uğrayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, gəmidə olan 14 nəfərin hamısı xilas edilib.
Prezidentdən Mədəniyyət Nazirliyi ilə bağlı SƏRƏNCAM
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Bu şəxslər Ermənistana təhvil verildi
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə
İcra başçısı bu iş adamına görə “vurulub”
Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,