Arvadına zülm verən avtoritet öldürüldü - Bakıdakı qətlin ŞOK DETALLARI

Kriminal 22:13, 18 noyabr 2024, 538
Arvadına zülm verən avtoritet öldürüldü - Bakıdakı qətlin ŞOK DETALLARI

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il dekabrın 10-da Bakının Suraxanı rayonunda qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə yollanırlar. Məlum olub ki, hadisə Binə qəsəbəsinin Hövsan südçülük sovxozunda, fərdi evin həyətində baş verib. Çənəsinin altında odlu silah yarası ilə 1978-ci il təvəllüdlü Allahverdi Mirzəyevin meyiti aşkar edilib. 

Həmin axşam 30-cu Polis Şöbəsinə dəvət olunan Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Taryel Qurbanov cinayəti törətdiyini etiraf edib.
 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Taryel Qurbanov yeznəsi Allahverdi Mirzəyevin bacısı Təranə Mirzəyevaya xəyanət etməsi, pulları başqa qadına xərcləməsi, mütəmadi ailələrində mübahisələr baş verməsi səbəbindən onu qisas məqsədi ilə öldürmək qərarına gəlib. Dekabrın 10-u saat 19 radələrində 16 kalibrli ov tüfəngi ilə silahlanaraq bacısının evinə yollanıb. Ailə üzvlərindən xəbərsiz həyətdə gizlənərək, yeznəsinin evə qayıtmasını gözləyib. Allahverdi Mirzəyevin həyətə girdiyini görən kimi qarşısına çıxıb və tüfəngin lüləsini onun çənəaltı nahiyəsinə istiqamətləndirərək, bir dəfə atəş açıb. Nəticədə A. Mirzəyev ölüb.
 
İş üzrə dindirilmiş Taryel Qurbanov bildirib ki, 2001-ci ildə Ülviyyə Qurbanova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. Yaşadıqları həyətyanı sahədə digər evdə bacısı Pərvanə öz övladları ilə yaşayıb:

 

“Digər bacım Təranə 1994-cü ildə Allahverdi Mirzəyevlə ailə həyatı qurub. Əvvəllər məhkum olunmuş Allahverdi demək olar ki, hər gün arvadını döyürdü. 
Bundan başqa, yeznəm Nuranə adlı qadınla yaxın münasibətdə idi, onun üçün ev tikdirmişdi. Qardaş kimi bunu özümə sığışdıra bilmirdim. Dekabrın 10-da Allahverdi evə gələrək yenə Təranənin boynundakı qızıl boyunbağını istədi. Yoldaşı buna etiraz edəndə üzünə yumruqla vuraraq, boyunbağını ondan aldı. Bundan sonra bacım ağlayaraq “WhatsApp” tətbiqi ilə zəng edib, görüntülü anamızla danışıb. Saat 19 radələrində tüfəngi zirzəmidən götürdüm. Silahı 2 yerə qatlayıb, gödəkcəmin altında gizlədərək bacımın evinə yollandım. Darvazanın qarşısında dayanan, Allahverdiyə məxsus “İkarus” markalı avtobusun altında tüfəngi gizlədərək həyətə daxil oldum. Evdə bacım və ailəsi ilə oturub, söhbət etdim. Bir müddətdən sonra sağollaşıb çölə çıxdım. Silahı avtobusun altından götürərək, yenə sakitcə həyətə girdim və “əl damı” deyilən təsərrüfat tikilisində gizlənərək, yeznəmin evə qayıtmasını gözlədim. Təxminən 5 dəqiqədən sonra Allahverdi həyətə daxil olan kimi, əlimdə tüfənglə çıxaraq, onunla üz-üzə dayandım. Yeznəm “burda nə axtardığımı?” soruşanda, ona “bacıma deyirdin ki, qardaşların kişi deyil, ona görə gəlmişəm” dedim və nişan almadan üzünə silahdan atəş açdım. Allahverdi yerə yıxılan kimi, dərhal küçəyə çıxaraq, öz evimə qayıtdım. Tüfəngi götürdüyüm yerə qoydum. Bacım oğlu Hüseynə zəng edib, həyətə girəndə qorxmamasını və atasını öldürdüyümü dedim. 30-cu Polis Şöbəsində törətdiyim cinayəti etiraf etdim”.


 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova ifadəsində göstərib ki, oğlu Allahverdinin ailəsi ilə birlikdə yaşayıb:

“Hadisədən təxminən 1 il əvvəl oğlum Nuranə adlı qadınla tanış olub. Allahverdi əlinə düşən pulları aparıb Nuranəyə vermişdi, hətta bankdan pul götürüb onun üçün ev tikdirmişdi. Bundan sonra oğlumla gəlinimin münasibəti soyumuşdu. Hətta Nuranə bir neçə dəfə yaşadığımız ünvana gələrək evimizin və nəvəm Hüseynin avtomobilinin pəncərələrini sındırıb. Dekabrın 10-da Hüseynin dünyaya gəlmiş övladını səhər saatlarında xəstəxanadan çıxarıb evə gətirdik. Axşam ailə üzvlərimlə evdə olanda Təranənin qardaşı Taryel də bizə qonaq gəldi. Çay içib söhbət edəndən sonra Taryel sağollaşaraq, çıxıb getdi. Təxminən 10-15 dəqiqədən sonra Allahverdi qətlə yetirildi”.

Yaşa Süleymanova əlavə edib ki, oğlunun ölümündə Taryel Qurbanovdan başqa, gəlini və onların valideynlərindən şübhələnir.

 

Şahid Təranə Mirzəyeva ifadəsində göstərib ki, yoldaşı Allahverdi bir nəfərə odlu silahdan atəş açdığı üçün 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Azadlığa buraxılandan sonra əri yaşadıqları məhəllədə müxtəlif qadınlarla münasibət yaradıb:

“Onlarla görüşəndə, telefonuna çəkdiyi videogörüntüləri gətirib mənə göstərirdi. Axırıncı dəfə bir uşağı olan Nuranə adlı qadınla yaxın münasibətdə idi. 2021-ci ilin yayında yaşadığımız evi anasının adından çıxararaq mənim adıma keçirdi. Sonra isə evi girov qoyaraq bankdan 150.000 manat pul götürdü. Özünə “Mercedes Galendevagen” markalı avtomobil aldı. 
Nuranə həmin maşını Binə qəsəbəsində sürərkən hər kəs buna şahid olmuşdu. Allahverdi cəzaçəkmə müəssisəsində olan dostlarına müxtəlif məbləğlərdə pul vəsaitləri, ərzaq və paltar göndərirdi. Qardaşlarım Taryel və Ceyhun Allahverdinin mənə verdiyi işgəncələrdən xəbərdar idilər. Dekabrın 10-da Nuranənin qızının ad günü olduğu üçün Allahverdi evə gələrək pul lazım olduğunu bildirdi. Etiraz edib telefonla övladlarımın dərslərə onlayn qoşulduqlarını söylədikdə Allahverdi qulaq asmayaraq, telefonu əlimdən aldı. Boğazımdakı qızıl bоyunbağını zorla dartıb qopardı. Boyunbağını vermək istəməyəndə yumruqla alnıma zərbə vurdu. Balaca qızım baş verənləri görmüşdü. Axşam evdə olanda, qapının döyüldüyünü eşidib çölə çıxdım. Qayınanamın ağlayıb qışqırdığını və Allahverdinin yerdə, hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Bundan sonra polis əməkdaşları gələrək, bizi şöbəyə apardılar. Orda bildim ki, Allahverdini qardaşım Taryel öldürüb”.

 
 
Şahid Nuranə Əliyeva ifadəsində göstərib ki, 2016-ci ildə Kənan Fətəliyevlə ailə həyatı qurub və 4 ildən sonra ondan boşanıb:

“2020-ci ilin yay aylarında Allahverdi Mirzəyevlə tanış oldum, onun istəyi ilə birlikdə ər-arvad kimi yaşayırdıq. Allahverdi mənə Binə qəsəbəsində ayrıca kirayə ev tutmuşdu. Həftədə iki dəfə mənimlə qalırdı. Allahverdinin arvadı Təranə 2021-ci ilin fevral ayında işlədiyim salona gələrək, ərindən uzaqlaşmağımı tələb etdi. Avqustun 28-də Allahverdi məni döydüyü üçün 30-cu şöbəyə şikayət etdim. Amma 2 aydan sonra mənimlə barışdığı üçün ərizəni geri götürdüm. Dekabrın 10-da axşam Allahverdinin yaşadığı evin həyətində qaynı Taryel tərəfindən öldürüldüyünü öyrəndim”.

 
 
Məhkəmə iclasında Taryel Qurbanov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.
 
Məhkəmə nəticəyə gəlib ki, Taryel Qurbanovun Allahverdi Mirzəyevi qəsdən öldürməsi, mötəbər sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılıb. Odur ki, Qurbanov həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taryel Qurbanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Son Xəbərlər

Əminağa Sadıqovun elmi adı buna görə LƏĞV EDİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Komissiyasının sədr müvini Sakin Cabbarov məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli

18:02, 14 yanvar Sosial

Yük gəmisi Xəzər dənizində qəzaya uğradı - 14 nəfər...

Xəzər dənizində İranın “Rona” yük gəmisi qəzaya uğrayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, gəmidə olan 14 nəfərin hamısı xilas edilib.

17:39, 14 yanvar Dünya

Prezidentdən Mədəniyyət Nazirliyi ilə bağlı SƏRƏNCAM

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan

17:05, 14 yanvar Ölkə

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bu şəxslər Ermənistana təhvil verildi

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə

16:40, 14 yanvar Siyasət

İcra başçısı bu iş adamına görə “vurulub”

Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,

12:19, 14 yanvar Sosial

Vüsalənin anası xəstəxanaya yerləşdirildi

Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.

12:03, 14 yanvar Sosial

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

Powered by MirTech