Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Əmisi arvadı ilə cinsi əlaqədə olduğu üçün öldürüldü

Kriminal 12:12, 09 dekabr 2024, 882
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Əmisi arvadı ilə cinsi əlaqədə olduğu üçün öldürüldü

Lənkəranda kişi əmisinin arvadını zorladığı üçün 7 dəfə bıçaqlanıb.

Bakuinfo.net Cenublu.az-a istinadla bildirir ki, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilib.

Belə ki, 1981-ci il təvəllüdlü lənkəranlı Ziya Əliyev 2009-cu ildən 2018-ci ilədək narkotik istifadəsinə görə 10 il müddətində azadlıqdan məhrum edilib. Bu müddət ərzində doğulmuş 4 övladının qardaşı oğlanları Rəşad Əliyev, Bəhruz Əliyev və Peyman Əliyevdən olduğunu güman edib. Həbsdən çıxdıqdan sonra bu fikri ağlından çıxara bilmədiyi üçün arvadı Yeganə Əliyeva ilə münaqişəyə başlayıb və onu dəfələrlə döyüb. Döydükdən sonra arvadı etiraf edib ki, qardaşı oğlanları Peyman və Bəhruz ona dəfələrlə təcavüz edib. Və uşaqlar Ziyanın övladları deyil. Bu etirafdan sonra Əli qardaşı oğlu Bəhruza 7, Bəhruzun anası, qardaşı arvadına isə 10 bıçaq zərbəsi vuraraq öldürüb.

Ziya Əliyev Azərbaycan Respublikası CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə təqsirləndirilib.

Məhkəmədə dindirilən Ziya Əliyev özünü hadisədə təqsirli bilərək zalda ifadə verməkdən imtina edib. O, istintaqdakı ifadəsini təsdiq edib və ifadə zalda elan olunub:

“2009-cu ildə 234-cü maddə ilə mən 10 il həbs olundum. 2018-ci ildə həbsdən çıxdım. 2005-ci ildən Yeganə Əliyeva ilə ailə həyatı qurmuşuq. Onunla evlilikdən 2009-cu ildə Fatimə Əliyeva, 2016-cı il təvəllüdlü Leyla Əliyeva, 2020-ci il təvəllüdlü Yadulla Əliyev, 2022-ci il təvəllüdlü Ruqəyya Əliyeva adlı 4 övlad dünyaya gəldi.

Qardaşım Ədalət Əliyev 1998-ci ildə Moskvada qətlə yetirildi. Qardaşımın ortancıl övladı Bəhruz Əliyev və qardaşımın arvadı Rahilə Əliyevadır. Onlarla münasibətim həmişə normal olub. Bəhruzun özündən başqa 2 qardaşı da var. Qardaşımın hər üç övladını özüm böyütmüşəm. Mənim ailəmlə qardaşımın ailəsi bir evdə qalmışıq.

Mən həbsdə olduğum zaman anam əlində vərəqlə mənim yanıma gəldi. Həmin vərəqdə arvadım Yeganənin hamilə olduğu xəbəri və hamilə tarixi yazılmışdı. 2005-ci ildən evli olsaq da, 2009-cu ilədək 4 il övladımız olmadı”.

O, həbsdə olanda hesablamaları ilə arvadının ondan hamilə qalmadığından şübhələnib:

“Özüm oturub hesabladım. Həmin uşağın məndən olmadığı qənaətinə gəldim. Lakin özümü bu fikirdən yayındırmağa çalışdım. Fatiməni öz qızım kimi görməyə başladım. Buna baxmayaraq, həbsdən sonra Yeganə ilə dəfələrlə aramızda problem yarandı. Hətta Yeganəni döymüşəm də. Yeganənin Fatiməyə necə hamilə qaldığını dəfələrlə soruşdum.

2 il əvvəl, 2022-ci ildə evdə olduğum zaman qardaşımın kiçik oğlu Rəşadın Yeganəyə nəsə deməsindən sonra arvadımın həyəcanlı səslə “Mosu evdədi” dediyini eşitdim. Rəşadın ona nə dediyini soruşsam da, Yeganə heç nə demədi. Ondan sonra qardaşımın övladlarından şübhələnməyə başladım.

Bundan başqa, bir dəfə Rəşadın evin arxasında taxtaların arasında ehtiraslı formada “ah” çəkdiyini eşitdim. Bu zaman həyəcandan boğulmağa başladım və Rəşadın Yeganə ilə birlikdə ola biləcəyindən təkrar şübhələndim”.

Onun sözlərinə görə, bir gün qızı Leylanı vuran zaman qardaşının ortancıl oğlu Bəhruz onunla dalaşıb:

“Leyla məni əsəbiləşdirdiyi üçün ona şillə vurdum. Bu zaman Bəhruz üzərimə cumaraq mənimlə əlbəyaxa oldu. Mənə “o mənim balamdır” dedi. Bəhruzun bu sözü çox ürəkdən deməsi təkrar şübhə oyatdı.

Onu da deyim ki, 2015-ci ilin dekabr ayında Qobustanda həbsxanada cəza çəkdiyim zaman Yeganə anası ilə birlikdə yanıma gəldi. Orda arvadım mənə yaxınlıq eləmədi. Onun hamilə olmasından şübhələndim. Buna görə Leylanın mənim övladım olmadığından şübhələnirəm.

Sonda Yeganə Peyman və Rəşadın ona təcavüz etdiyini etiraf etdi.

Uşaqlar yatdıqdan sonra Yeganəni çağırıb ona əl qaldırmayacağımı dedim ki, mənə hər şeyi etiraf etsin. Yeganə də and içdirdikdən sonra qardaşımın övladlarının onunla zorla cinsi əlaqədə olduqlarını etiraf etdi.

Yeganədən ilk dəfə kimin ona toxunduğunu soruşanda Peymanın ilk dəfə onu zorladığını bildirdi. Ondan övladlarımın atalarının kim olduğunu soruşanda, Fatimənin Peymanın qızı olduğunu, lakin Peymanın bununla razılaşmadığını, Yadullanın Rəşadın övladı olduğunu dedi.

Bunları eşidəndən bir neçə gün sonra bıçağı belimə qoyub həyətə çıxdım. Əslində fikrim 3 qardaşın 3-nü də öldürmək idi. Amma qapının ağzında Bəhruzu gördüm. Yanına gəlib dayana bilmədim. Bıçağı çıxarıb 7 dəfə bıçaqladım. Bəhruzun sonuncu dəfə “Ay Allah, öldüm” dediyini eşidim. Bəhruzun səsinə anası, qardaşımın arvadı Rahilə çıxdı. Gözüm döndüyü və onun da bu hadisələri bildiyini düşünüb 10 dəfə onu bıçaqladım”.

Ziya Əliyev heç bir kişiyə belə hadisə arzulamadığını deyib:

“Heç bir kişinin başına belə bir hal gəlməsini arzulamıram. 44 ilə qazandığım hər şeyi bu hadisə ilə əlimdən aldılar. Öz övladım kimi böyütdüyüm qardaşımın oğlanları namusuma göz dikdilər”.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi Peyman Əliyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxs əmisidir:

“Hadisə günü Şirvan şəhərində qayınanamgildə idim. Qardaşım Bəhruz zəng edib dedi ki, “qaqa, çıxarsan yola, anamın dişi ağrıyır, onu həkimə aparacam, gəlib bizi yoldan götürərsən”. Bunun üstündən üç-beş dəqiqə sonra qonşu Əjdər zəng vurub Bəhruzun Ziya tərəfindən bıçaqlandığını dedi. Həmin vaxt digər qardaşım Rəşadı götürüb kəndə gəldim. Bəhruzu qapıda yerdə görüb xəstəxanaya apardım. Qardaşımın öldüyünü dedilər, morqa getdim. Morqda anamın da öldüyünü eşitdim. Ziya iki nəfəri öldürüb, barışıqdan söhbət gedə bilməz, haqq, ədalətlə ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edirəm.

Yeganəyə isə təcavüz etdiyim, zorladığım barədə deyilənlərin hamısı yalandır”.

Daha sonra məhkəmədə Ziya Əliyevin yoldaşı Yeganə Əliyeva şahid qismində kürsüyə dəvət edilib. Yeganə Ziyanın əri olduğundan onun əleyhinə ifadə verməyəcəyini bildirib, ifadə verməkdən imtina edib. Onun ibtidai istintaqdakı ifadəsi elan edilib:

“Bəhruzgilnən hər zaman münasibətim yaxşı olub. Amma Ziya ilə münasibətim yaxşı deyildi. Hər zaman məni və övladlarımı döyüb. 2009-cu ildə Ziya həbs edildiyi vaxt qayınanam ilə onun saxlanıldığı yerə getdim, orada Ziyaya hamilə olduğumu dedim. Ziya bundan sonra şübhələnməyə başladı və uşağın ondan olmadığını, guya başqası ilə cinsi əlaqədə olduğumu iddia elədi.

Bundan sonra Ziya cəzaçəkmə müəssisəsində olanda mütəmadi onun yanına gedərək onunla cinsi əlaqədə oldum, buna görə də 2016-cı ildə də uşağımız oldu. Onun psixoloji problemləri olduğu üçün hər xırda detaldan şübhələnirdi. Bir dəfə səhvən oğlum Yadullaya Rəşad adı ilə müraciət elədim. Bu ifadəmdən şübhələnərək Yadullanın guya Rəşaddan olduğunu dedi. Son vaxtlar ümumiyyətlə onun psixologiyasında problemlər yaranmışdı.

Bir gün Ziya məni yanına çağırıb namaz qıldı ki, mənə heç nə etməyəcək. Təkrar kimin mənimlə cinsi əlaqədə olduğunu soruşdu. Mən də Ziyadan qorxduğum üçün yalandan öz qardaşı uşaqları Bəhruz, Peyman və Rəşadın 2006-cı ildən başlayaraq mütəmadi mənimlə zorla cinsi əlaqədə olduğunu dedim. Hadisə də bundan sonra baş verdi. Ziya əsəb xəstəliyindən əziyyət çəkib, bununla bağlı özünün dediyinə görə 2008-ci ildə Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə də alıb”.

Məhkəmə istintaqının gedişində telefonlarda aparılan yoxlamalarla həqiqətən Peyman və Bəhruzun Yeganə Əliyevanı zorladığı sübuta yetirilib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Ziya Əliyev ömürlük azadlıqdan məhrum edilib.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Son Xəbərlər

Bu şəxslər Ermənistana təhvil verildi

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə

16:40, 14 yanvar Siyasət

İcra başçısı bu iş adamına görə “vurulub”

Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,

12:19, 14 yanvar Sosial

Vüsalənin anası xəstəxanaya yerləşdirildi

Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.

12:03, 14 yanvar Sosial

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Powered by MirTech