Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI

Kriminal 21:19, 10 fevral 2025, 1 776
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI

İNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olur. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Məlum olur ki, hadisə M.Əmirxanov küçəsi, 15 ünvanında baş verib. Döşəmədə üzərində çoxsaylı bıçaq zərbələri ilə 1988-ci il təvəllüdlü Orxan Seyidovun meyiti aşkar edilib. 
 
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.



 
Həmin gün Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Pərviz Həsənov Xətai rayon Polis İdarəsinə gələrək, könüllü təslim olub.
 
Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması haqda xəbərlər yayılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, martın 10-da Pərviz Həsənov “İnstagram” sosial şəbəkəsində, profilində qadın bədəninin şəkili olan və özünü “Mila” kimi təqdim edən cinsi azlıq nümayəndəsi Orxan Seyidovla tanış olub. Seyidov ona NZS qəsəbəsində yerləşən evində görüşməyi təklif edib. Ayın 12-i saat 22 radələrində Əmirxanov küçəsi, 15 ünvanına gəldikdə, Seyidov tərəfindən aldadıldığını başa düşüb. Üstünə gəlib, qucaqlamaq istəyən Orxanın israrla pul müqabilində, qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini şəxsiyyətinə təhqir kimi qəbul edib. Buna görə, üzərindəki məişət təyinatlı açılıb-qatlanan bıçaqla Seyidova ilk zərbəni vurub. Zərərçəkən özünü müdafiə etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla onun sol qoluna xəsarətlər yetirdikdə, o müstəsna dərəcədə rəhimsizliklə üzünə, boyununa və bədənin digər nahiyyələrinə ümumilikdə 57 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Pərviz Həsənov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.


 
İş üzrə dindirilmiş Pərviz Həsənov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra sərbəst güləşlə məşğul olub. Axırıncı dəfə Azadlıq prospektində yerləşən gül dükanında gecə növbəsində mühafizəçi işləyib:

“2022-ci il martın 10-da “İnstagram” şəbəkəsində mənə qız adı və şəkli olan profildən tanışlıq mesajı gəldi. Qız adının “Mila” olduğunu yazmışdı. 2 gündən sonra Mila NZS qəsəbəsində evi olmasını və mənimlə görüşmək istədiyini bildirdi. Profildə olan şəkli xoşuma gəldiyindən yanına getmək istədim. Saat 22 radələrində “İnstagram”da yazışa-yazışa onun dediyi ünvanı tapdım. Həyətə daxil olanda qız məni qarşılayıb darvazanı arxadan bağladı. Onun saçı uzun idi, həmin şəxsin kişi ola biləcəyini zənn etmirdim. Əynində qara rəngdə gödəkçə olduğundan sinəsinin olub-olmamasım ayırd edə bilmədim. Mətbəxdən dəhlizə, ordan isə qonaq otağına keçdik. Söhbət edən zaman həmin şəxs “Marlboro” siqareti çəkirdi. Ondan “sən kişisən ya qadın?” soruşdum. Cavab olaraq o, “narahat olma, sənə pul da verəcəyəm, mənimlə cinsi əlaqədə olarsan” dedi. Onun kişi olduğunu və aldadıldığımı başa düşərək əsəbiləşdim. Yaxınlaşıb qucaqlamaq istəyəndə, ondan kənarlaşıb dəhlizə çıxdım. Amma həmin şəxs arxamca gələrək məni özünə tərəf dartdı. İsrarla onunla cinsi əlaqədə olmağımı, buna ehtiyacı olduğunu və müqabilində mənə pul verəcəyini deyirdi. Əlbəyaxa olduq”.

Pərviz Həsənov Orxan Seyidovun dediyi sözləri, onu qucaqlamaq istəməsini qeyrətinə sıxışdıra bilmədiyindən, şalvarının arxa cibindən daim üzərində olan “kəpənək” formalı bıçağı çıxarıb boyun nahiyəsinə birinci zərbəni vurub:

“Həmin şəxs qaçıb mətbəxdən dəstəyi mavi rəngli bıçağı götürüb, mənə zərbə endirəndə sol əlimi qabağa verdim. Məni bıçaqla vurmasından qəzəblənərək, ardıcıl üzünə, boğazına, sinəsinə və qarınına çoxsaylı zərbələr vurdum. Bıçaq sınaraq, əlimdən yerə düşdü. Orxan mətbəxin girişində, üzü üstə yıxıldı, döşəmədə hərəkətsiz vəziyyətdə qaldı. Evin giriş qapısını açıb çölə çıxa bilmədiyimdən, mərhumun əlindəki bıçaqla qapını açmağa çalışdım. Amma aça bilmədim. Pilləkənlərin yanındakı dar keçiddən hasara çıxıb qaz borusunun üstünə tullandım. Həmin vaxt qarşıma çıxan saqqalı bir oğlan orda “neynədiyimi?” soruşdu. Cavab verməyərək, pivə zavodunun yanına qədər qaçdım.

Taksi ilə Mehdiabad qəsəbəsinə getdim. Sürücü paltarlarımın qana bulaşdığını deyəndə, ona dalaşdığımı dedim. Maşından düşəndə 100 manat verdim, amma əskinaz qanlı olduğundan, sürücü götürmək istəmədi. Mübahisə etməyə halım olmadığından pulu oturacağın üzərinə qoyub aralandım. Evdə atam nə baş verdiyini soruşanda, ona da dalaşdığımı söylədim. Sol qolumda olan qol saatının düşüb mərhumun evində qaldığını gördüm. Tutulmaq istəmədiyimdən, izi itirməkdən ötrü mobil telefonumu tam format edib bütün kontaktları, sosial şəbəkələri və mesajları sildim. Həmçinin, öldürdüyüm şəxsin istifadəsində olmuş “İphone 13” markalı telefonunda, aramızda olan mesajları silmək istədim ki, məni polislər tapa bilməsin. Lakin telefon kodda olduğundan onu hadisə yerində aça bilmədim. Bunu sonra etmək məqsədi ilə telefonu özümlə götürdüm. Amma taksidən düşüb evə gələrkən yolun kənarında daşla vurub telefonu sındırdım və quyuya atdım. Növbəti gün atam israrla nə baş verdiyini soruşanda, hər şeyi olduğu kimi danışdım. Sonra atamla birlikdə könüllü Xətai rayon Polis İdarəsinə getdik”.

Pərviz Həsənov əlavə edib ki, Orxan Seyidovu əvvəllər tanımayıb, törətdiyi əməldən peşmandır.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Kamila Salmanova ifadəsində göstərib ki, Orxan Seyidov onun ögey qardaşı olub:

“Orxan geyim mağazasında satış meneceri işləyirdi. Martın 12-də səhər işə getdim. Onda heç bir qeyri-adilik və ya narahatlıq hiss etmədim. Axşam saat 23 radələrində yaşadığımız köhnə məhəllədən Almas adlı qonşumuz mənə zəng vurub evdən səs-küy gəldiyini, çox güman ki, içəri oğru girdiyini söylədi. Orxana zəng etsəm də, qardaşım cavab vermədi. “Whatsapp” tətbiqində “təcili mənə zəng elə” yazsam da, Orxanın şəbəkədə olmadığını gördüm. Mən, anam və Seymur adlı tanışımız ayrı- ayrılıqda NZS qəsəbəsinə getdik. İçəri daxil olanda Orxanın qapının qarşısında, qan içində üzü üstə yerdə uzandığını gördük. Polisə və təcili yardıma zəng edib məlumat verdik”.

Orxan Seyidov
 
Şahid Vüqar Məmmədzadə ifadəsində göstərib ki, axşam yaşadığı məhəlləyə qayıdanda çoxlu sayda insanların toplaşdığını görüb:

“Maraqlandıqda öyrəndim ki, qonşuluqda yaşayan Orxan Seyidov öldürülüb. Orxan davranışından, üz görünüşündən və geyimindən cinsi azlıqların nümayəndəsinə oxşayırdı. Ona görə də onunla heç salamlaşmırdı. Amma onu sakit bir insan kimi tanıyırdım, heç kimlə söz-söhbəti və mübahisəsi, pis vərdişləri yox idi”.


 
Şahid Sənan Abbasov ifadəsində göstərib ki, özünə məxsus “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

“Martın 12-i saat 23 radələrində NZS qəsəbəsində maşınıma əyləşən şəxs əvvəl “Baksol” yoluna, sonra isə Novxanı qəsəbəsi istiqamətində sürməyimi bildirdi. Dediyi yerdə avtomobili saxlayanda oğlan mənə 100 manat pul verdi ki, qalıq məbləği ona qaytarım. Amma mənə xırda əskinazlar olmadığından həmin şəxs pul vermədən çıxıb getdi”.
 
Məhkəmə iclasında Pərviz Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Pərviz Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech