Bakıda hoteldə DƏHŞƏT: Keçmiş arvadını çağırıb GÜLLƏLƏDİ
2024-cü il yanvarın 16-da Bakının Səbail rayonunda yerləşən hotellərdən birində güllələnmə hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, hadisə Salyan yolunun 14-cü km-də yerləşən "Sahil" hotelinin 609 nömrəli otağında baş verib.
Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Rəşad Əsədzadə 41-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.
Anket məlumatlarına əsasən, o, 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 2020-ci ildə həmin məhkəmənin hökmü ilə CM-nin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum olunub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cəmilə Məmmədovanın aldığı xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin itirilməsi ilə nəticələnib.
"Bakuinfo" xəbər verir ki, Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Rəşad Əsədzadə əvvəllər rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olduğu Cəmilə Məmmədovanı qısqanıb. Belə ki, qadın ondan ayrılıb və faktiki ayrı yaşayıblar. R. Əsədzadə əsaslı dəlillər olmadan keçmiş arvadının digər şəxslərlə görüşməsini zənn edib və bunu özü üçün qəbuledilməz hal hesab edib. Qadını öldürmək qərarına gələn Əsədzadə yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində, ov tüfənginin lüləsini kustar üsulla kəsib qısaldaraq, silahın ilkin təyinatını dəyişdirib. Daha sonra cinayətkar niyyətini həyata keçirmək üçün Bakıya gəlib. Qız övladına baxması üçün pul verəcəyi adı ilə aldadıb Cəmilə Məmmədovanı görüşə dəvət edib. Yanvarın 16-ı saat 23 radələrində Salyan yolunun, 14-cü km-də yerləşən hotelin 2-ci mərtəbəsində yerləşən 609 nömrəli otağında odlu silahdan yaxın məsafədən qadının döş qəfəsinə atəş açıb. Atəş səsinə gələn hotel işçilərinin hadisəyə müdaxilə etməsindən, habelə vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Rəşad Əsədzadə bildirib ki, Cəmilə Məmmədova ilə qeyri-rəsmi 2010-cu ildən 2016-cı ilin axırlarına kimi yaşayıb. 2011-ci ildə qız övladları anadan olub:
"Cəmilə ilə ayrılandan sonra 2018-ci ildən başqa qadınla ər-arvad münasibətində olduq, iki oğlan övladım dünyaya gəldi. 2024-cü ilin yanvar ayında mərhum babamdan qalan sənədsiz tüfəngin təyinatını dəyişdirərək, rayondan Bakıya gəldim. Ayın 15-də günorta taksi ilə Bərdədən Bakıya gələrkən yolboyu spirtli içki qəbul etdim. Yolda istifadəmdə olan telefondan keçmiş arvadıma zəng edərək, görüşmək istədiyimi dedim.

Lakin o, mənimlə görüşmək istəmədiyini söylədi. Saat 19 radələrində Salyan şossesində yerləşən hotelə gəlib, 35 manat pul ödəməklə nömrə götürdüm. Növbəti gün saat 20 radələrində Cəmiləyə zəng edib bu dəfə ona nikahımızdan olan övladıma baxması üçün 1 000 manat pul verəcəyimi vəd edib aldadaraq hotelə çağırdım. Qadın razılaşaraq, 1-2 saata ora gələcəyini dedi. Gözlədiyim müddətdə onu öldürmək məqsədi ilə rayondan gətirdiyim silahı yataq otağında çarpayının altına qoydum".
Saat 23 radələrində Cəmilə içəri daxil olub, işi olduğunu və pul vəsaitini alıb gedəcəyini deyib:
"Cavab olaraq, ona bildirdim ki, yüngül həyat tərzinə son qoysun, yoxsa onun üçün pis olacaq. Cəmilə məndən boşandığını və istədiyi tərzdə yaşayacağını dedi. Qadına hamam otağına keçməsini və söz verdiyi məbləğin çantamda olmasını söylədim. Cəmilə inanıb hamama keçəndə, əlimdə silahla arxadan onu çağırdım. Qadın mənə tərəf çevirilib qışqırdı. Ürək nahiyəsini nişan alıb atəş açmaq istəyəndə Cəmilə əli ilə silahın lüləsini kənara itələdi. Bu zaman atəş açıldı, güllə qadının sağ qoluna dəydi. Cəmilə yerə yıxıldı. Növbəti atəşi açmaq istəyəndə, hotelin işçiləri otağa girib qadını öldürməyimə mane oldular".

Zərərçəkmiş Cəmilə Məmmədova ifadəsində göstərib ki, hadisədən təxminən 6 ay əvvəl anası Validə Firudinova Rəşad Əsədzadə ilə mal-qara saxlamaq üçün birlikdə işə başlayıblar:
"Keçmiş yoldaşımla anam arasında olan şifahi razılaşmaya əsasən Rəşad ödəməli olduğu 8 000-9 000 manat məbləğində aliment borcu əvəzinə, təmənnasız anama məxsus olan mal-qaraya rayonda yerləşən fermasında baxmasını öhdəsinə götürmüşdü. 2023-cü ilin dekabr ayında Rəşadla qonşuluqda yaşayan Talıb adlı şəxs mənə zəng edərək anama məxsus heyvanların Rəşad tərəfindən satıldığını xəbər verdi. Bundan sonra aramızda mübahisə yarandı. Yanvarın 16-da hotelə gələndə Rəşadın sərxoş vəziyyətdə olduğunu və masanın üzərində spirtli içki olduğunu gördüm. Söhbət zamanı keçmiş ərim Bərdə rayonunda işlətdiyi qumarxananın polislər tərəfindən ifşa olunduğunu və bu səbəbdən Bakıya gəldiyini dedi. Ona tələsdiyimi və vəd etdiyi pul vəsaitini verməsini xahiş edəndə, aramızda mübahisə yarandı.

Həmin vaxt hotelin işçilərindən biri iki dəfə otağa gələrək, səs-küyə görə bizə iradını bildirdi. Hamam otağında Rəşad tüfənginin lüləsini sinəmə istiqamətləndirib məni öldürəcəyini dedi. Silahdan atəş açılandan sonra yerə yıxıldım. İçəri girən hotelin işçilərindən biri Rəşadın belində olan bıçağı götürərək, kənara tulladı. Köməklik edərək, sağ qolumu iplə bağladılar ki, çox qan itirməyim".
Hotel işçiləri Təcili Tibbi Yardıma və polisə məlumat veriblər. Təxminən 10 dəqiqədən sonra hotelin işçiləri qadını anasının idarə etdiyi avtomobilə mindirərək Kliniki Tibbi Mərkəzə yola salıblar.
Məhkəmə iclasında Rəşad Əsədzadə ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş Cəmilə Məmmədova qeyd edib ki, təqsirləndirilən şəxsin onu qısqanclıq zəmnində öldürmək istəməsi tamamilə yalandır:
"Çünki 10 ilə yaxındır ki, bir yerdə yaşamırıq. Həmçinin bu günədək övladı üçün bir manat da olsun aliment pulu ödəməyib. Rəşad Əsədzadə ilə barışmamışam və onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edirəm".

Təqsirləndirilən şəxs məhkəmədən heç bir xahişi olmamasını bildirib.
Məhkəmə hesab edib ki, Rəşad Əsədzadənin təqsirli olması özünün qismən etirafedici, zərərçəkmiş və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər iş materialları ilə tam sübuta yetirilib. Odur ki o, Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rəşad Əsədzadə 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Son Xəbərlər
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr