“Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…”
Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin ortasında yandırmaq istəyib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət səbəbindən həbs edilən 44 yaşlı T.Abışovla həyat yoldaşı Aydan (şərti) həm də bibioğlu - dayıqızıdırlar. Onların birgə nikahdan bir azyaşlı qızı var.
Qadın evlilikləri dövründə əri tərəfindən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Ərinin hər gün içkili halda evə gəlib onu döyməsi qadını boşanmağa vadar edib. Günlərin birində Aydan qızını da götürərək evi tərk edib.
T.Abışov isə arvadının gedişini qəbul etməyib. Əvvəlcə onunla söhbət edib, boşanmaq fikrindən daşınmasını xahiş edib. Aydanın israrla ayrılacağını deməsi isə onu özündən çıxarıb. Mübahisə zəminində o, arvadının baş və sifət nahiyələrinə yumruqla zərbələr endirib.
Bir neçə gün sonra isə daha ağır cinayət hadisəsi baş verib. Bu dəfə T.Abışov şəhərin ortasında arvadına od vurub yandırmaq istəyib. O bu niyyətlə içində benzin olan qabla Aydana məxsus “Nissan” markalı avtomobilə yaxınlaşıb. Həmin vaxt həyat yoldaşının rəfiqələri də maşında olublar. Ər maşına yaxınlaşaraq digərlərinin gözü qarşısında əlindəki tezalışan mayeni Aydanın üstünə və avtomobilin salonuna töküb. Bu zaman “ya mənim olacaqsan, ya da qara torpağın” deyərək bağıran kişi alışqanı yandırmaq istəyib, lakin arxa oturacaqda əyləşən sərnişin cəld tərpənərək aləti onun əlindən alıb, nəticədə baş verə biləcək dəhşətli hadisənin qarşısı alınıb.

Hadisədən sonra T.Abışov polis əməkdaşları tərəfindən saxlanılıb və öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qəsdən sağlamlığa az zərər vurma və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bundan sonra cütlük boşanıb. Aydan keçmiş ərinə qarşı heç bir tələb irəli sürməsə də, onu bağışlamayıb. O, məhkəmədə keçmiş əri ilə birgə yaşadığı və ayrıldıqdan sonrakı çətin günlərdən, daim təhdid edilməsindən danışıb: “Evə hər gün içkili gəlirdi. Məni döyürdü. Sərxoş olduğu üçün qohumları da onu istəmirdi. Günlərimiz dava-dalaşla keçirdi. Hər gün məni təhdid edirdi. Əhmədin (Red: İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürən Əhməd Əhmədov) anasının şəkillərini atırdı. Deyirdi ki, səni bax belə doğrayacağam. Hər dəfə üstümə benzin töküb yandıracağı ilə hədələyirdi. Axırda dediyini elədi… Həmin gün benzini düz belimə tökmüşdü. O an qorxudan ayaqlarım tutuldu, həyəcandan tərpənə bilmədim. Yaxşı ki alışqanı əlindən ala bildilər, yoxsa daha ağır faciə baş verəcəkdi. T.Abışovun qəribə xasiyyəti var. Vurub öldürür, 5 dəqiqə sonra ağlayırdı... Onu başa düşə bilmirdim”.

Keçmiş arvadını müttəhim kürsüsündən seyr edən kişi isə onun dediklərinin çoxunu qəbul etməyib: “Mən sadəcə onunla barışmaq istəyirdim. Düzdür, aramızda mübahisələr olurdu. Bu səbəbdən də Aydan çıxıb getmişdi. Amma mən pulsuzluğa düşməməsi üçün maşınımı satıb ona pul göndərdim. Bizim bir qızımız var. Dərdim qızımdır, mən onsuz qala bilmirəm. Ona dedim ki, lap sən çıx get, amma qızım evdə qalsın. Aydanı yumruqla dəfələrlə vurmağıma və benzin töküb yandırmaq istəməyimə gəlincə, bunlar sənəddə yazılan kimi deyil. Mən ona sadəcə şillə vurmuşam. Benzinlə yandırmaq söhbəti də düz deyil. Əlimdəki qabın içindəki də su idi”.
İş üzrə dindirilən şahidlər hadisə anını təsdiqləyib, təqsirləndirilən şəxsin əlində benzin və alışqan olduğunu deyiblər. Bundan əlavə, məhkəməyə təqdim olunan səs yazılarında T.Abışovun keçmiş həyat yoldaşını açıq-aşkar öldürməklə hədələdiyi aydın olur: “Yananda demə ha, yandırmadı. Sənin üçün 2 litr benzini özümlə gəzdirirəm. Səni su ilə söndürə bilsələr, mənə nə deyirsən de”.
Tərəflərin ifadələri və təqdim olunan sübutlar ittihamın əsaslı hesab edilməsi üçün yetərli olub.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə T.Abışov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Son Xəbərlər
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr