Bakıda qanlı mübahisə: Şagird bıçaqlandı, həmyaşıdı saxlanıldı
Bakıda məktəbli bıçaqlanıb. "Bakuinfo" xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində orta məktəbin qarşısında baş verib. 11-ci sinif şagirdi M.S. və S.S. mübahisə edib. Nəticədə şagird həmyaşıdını bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.S. polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma başlanılıb. (Bakıvaxtı.az)
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb. "Bakuinfo" xəbər verir ki, mayor Haqverdiyev korrupsiyada ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. (Qafqazinfo.az)
DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevlə bağlı YENİ XƏBƏR
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib. "Bakuinfo" xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Asif Vaqif oğlu Hüseynov saxlanılıb. Axar.az xəbər verir
Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək istəyirmiş
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılıb. "Unikal" Teleqraf"a istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur: • 278-ci maddə – hakimiyyəti zorla
Ramiz Mehdiyev HƏBS EDİLDİ - 4 aylıq ev həbsi
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Mehdiyev xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı
Bakıda vəzifəli şəxs polis tərəfindən SAXLANİLDI
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə polis tərəfindən saxlanılıb. "Bakuinfo" "Qaynarinfo"ya istinadla xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Rəvan Həsənzadə içkili vəziyyətdə Səbail rayonunda avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb. O, səs-küy
DTX-nin saxladığı icra başçısı ilə bağlı YENİ XƏBƏR
Qaxın xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən sabiq icra başçısı Musa Şəkiliyev bu gün məhkəmə qarşısına çıxarılır. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib. İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyir.
“Tarqovı”da küçə ticarəti ilə məşğul olan şəxs həbs olundu
Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib. "Bakuinfo" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində - Fəvvarələr Meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib. İctimai asayişi
Qayınatasını öldürən şəxsə hökm oxundu
Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhddə təqsirləndirilən 30 yaşlı Elbrus Şeydayevin məhkəməsi başa çatıb. "Bakuinfo" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib. Bildirilib ki, ötən il sentyabrın 13-ü Şamaxıda baş vermiş hadisədən əvvəl Elbrus həyat yoldaşından boşanmaq üçün məhkəməyə