Bu gün daha 14 itkin-şəhidin adları açıqlanacaq
Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. "Bakuinfo" xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. "Müvafiq araşdırma,
Əli Nağıyev: "Bu ərazidə hərbçilərimizin qalıqları aşkarlanıb"
Əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış-qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə, dron texnologiyası tətbiq edilməklə həyata keçirilib. "Bakuinfo" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Müəllimə evində faciəvi şəkildə öldü - FOTO
Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib. "Bakuinfo" xəbər verir ki, 08.10.2025-ci il tarixində saat 23 radələrində Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının cəsədi qaldığı evdən aşkar edilib. M.Qafarlının yaşadığı Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Qıraqlı kənd orta məktəbində informatika fənni
Ərini çarpayıdan yıxıb öldürən qadına hökm oxunub
Ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan 39 yaşlı Raidə Mahmudovanın məhkəmə araşdırması başa çatıb. "Bakuinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. İttihamda yazılıb ki, Raidə Mahmudova Xətai rayonu ərazisində birgə yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib, daha sonra onu çarpayıdan yerə itələyib. Nəticədə H. Mahmudov aldığı xəsarətlərdən
Azərbaycanda qumar şəbəkəsinə qarşı əməliyyat həyata keçirilib - Saxlanılanlar var
Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir. "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı
11-ci sinif şagirdi qətlə yetirilib
Gəncə şəhərində qətl hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, cinayət şəhər ərazisində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqla qətlə yetirilib. Mərhumun 11-ci sinif şagirdi olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. (Oxu.az)
Azərbaycanlı tiktoker həbs olundu - Tolikin şikayəti üzrə
Aparıcı Tarix Əliyevi (Tolik) təhqir edən tiktoker Zaur Qasımov inzibati qaydada həbs edilib. "Bakuinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi aparıcının şikayəti əsasında belə qərar çıxarıb. Protokolda yazılıb ki, Zaur Qasımov “TikTok”da canlı yayım zamanı Toliki təhqir edib. Daha sonra hirsi soyumayan şəxs aparıcıya zəng edərək şəxsinə qarşı nalayiq sözlər işlədib. Tarix Əliyev bu barədə polisə rəsmi qaydada müraciət edib. Şikayətçi olduğu şəxs polis əməkdaşları tərəfindən
Məşhur generalın 1 milyonu ələ keçirildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib. Əldə
Bakıda əməliyyat: dəstə üzvləri tutuldu
Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar. Hər üç faktla bağlı araşdırma
Dəhşətli qəzada ölən şəxslərdən biri sahibkar imiş - FOTOLAR
Oktyabrın 4-ü axşam saatlarında İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. "Bakuinfo" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ağır qəzada həyatını itirən şəxslərdən 1990-cı il təvəllüdlü Rüfət Quliyev Bakıda “Bright” tədris mərkəzinin rəhbəri imiş. Hadisə vaxtı onun “BMW” markalı avtomobili saatda 150-160 kilometr sürətlə idarə etdiyi bildirilib. Nəticədə avtomobil qarşı tərəfdən gələn Rəşad Ələsgərovun sürdüyü “Mercedes”ə çırpılıb və