Azərbaycanda məşhur iş adamı həbsxanada vəfat etdi
Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan iş adamı Vahid Xələfov vəfat edib. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, o, oktyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilmişdi. Məhkəmə iş üzrə zərərçəmiş tərəf olaraq Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovu tanımışdı. Vahid
Gəncədə avtoqəza - Ölən və yaralananlar var
Gəncədə avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. "Bakuinfo" xəbər verir ki, nəticədə 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən ölüb. 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N. Məmmədov və daha bir nəfər xəstəxanaya yerləşdilib. Onların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)
DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs etdi - Biri hərbçidir
Azərbaycanda içlərində hərbçi də olmaqla 4 nəfər dövlətə xəyanətdə ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. “Bakuinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxslər bir müddət əvvəl həbs ediliblər. Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən
Şərurlu İsfəndiyarın sözlərində təhqir var imiş - Əlavə ekspertlər gəlməlidir
“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib. "Bakuinfo" xəbər verir ki, bugünkü prosesdə iş adamını məhkəməlik edən videomaterialla bağlı ekspert rəyi elan olunub. İ.Axundovdan “Proqres 2016” MTK-nın hazırda həbsdə olan rəhbəri Emil Səməndərov şikayət verib. Xüsusi ittihamçını məhkəmədə vəkil Asim Abbasov müdafiə edir. E.Səməndərov barəsində külli miqdarda dələduzluq ittihamı ilə
Şadlıq sarayında yıxılan kişi öldü
Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib. “Bakuinfo” xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)
Azərbaycanda vəzifəli şəxslər həbs olundu
Qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. “Bakuinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin
Dostu 132 minini ələ keçirmişdi - Hökmü görmədən dünyasını dəyişdi
Külli miqdarda dələduzluqda təqsirləndirilən 1962-ci il təvəllüdlü Nəsir Əliyevin məhkəməsi başa çatıb. “Bakuinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, əvvəllər “makler” kimi fəaliyyət göstərmiş N.Əliyev Əli adlı həmkarı ilə yanacaq satışı biznesinə başlayıb. Bu məqsədlə o, Əli vasitəsilə neftayırma zavodundan uzun müddət ərzində yanacaq götürərək Tərtər, Yevlax, Bərdə və digər rayonlardakı kiçik məntəqələrə satıb. Lakin Nəsir əldə
Toyda dəhşət: İsmayıllıda bəy və 3 nəfər bıçaqlandı
Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib. Hadisə saat 23 radələrində rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub. Bakuinfo xəbər verir ki, belə ki, hadisə zamanı rayon sakinləri - 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. *** Hadisə kənddə keçirilən
Həbs olunan azərbaycanlı generala görə rəis də TUTULDU
Rusiyada Milli Qvardiyanın daha bir yüksək rütbəli zabiti azərbaycanlı general Mirzə Mirzəyevin işi üzrə saxlanılıb. "Bakuinfo" xəbər verir ki, Rosqvardiyanın arxa təminat departamentinin geyim təminatı idarəsinin rəisi vəzifəsini tutmuş polkovnik Aleksandr Busıgin istintaqın vəsatəti ilə məhkəmənin qərarı ilə həbs edilib. Qeyd edək ki, arxa təminat departamentinin keçmiş müvəqqəti rəhbəri, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev isə ötən ilin noyabrından bəri xüsusilə
İlham İsmayıl sərbəst buraxılıb
Ekspert İlham İsmayıl sərbəst buraxılıb. "Baku info" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib. Qeyd edək ki, İ.İsmayıl dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.