Kriminal

FTX-nin “Sputnik-Azərbaycan”da işləyən 2 əməkdaşı saxlanıldı

Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. “Bakuinfo” APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir. Xatırladaq

16:31, 30 iyun Kriminal

“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir. “Qafqazinfo”ya daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb. Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

12:54, 30 iyun Kriminal

Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Rəsmi

İyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb . “Bakuinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb:

12:04, 30 iyun Kriminal

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı QƏRAR VERİLDİ

Keçmiş deputat Hüseyn Abdullayevin barəsində olan hökmdən verilən şikayətə baxılıb. "Bakuinfo" "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Hüseyn Abdullayevin şikayəti təmin olmayıb, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum

12:01, 30 iyun Kriminal

DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub. "Bakuinfo" "Report"a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər. Hazırda DTX istintaq hərəkətlərini davam etdirir. Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib. News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı

15:42, 20 iyun Kriminal

Azərbaycanda futbol klubunun rəhbəri, şirkət sahibi həbs edilib - TƏFƏRRÜAT

“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib. "Bakuinfo" Musavat.com-a istinadən xəbər verir ki, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs edilib. Ondan şikayətçi olan bir neçə nəfər var. İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində

12:25, 20 iyun Kriminal

Qabil Məmmədovla bağlı QƏRAR VERİLDİ

Almaniyada yaşayan bloqer Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Bakuinfo”nun məlumatına görə, istintaq orqanı barəsində qiyabi icraat aparılan Qabil Məmmədov və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq. Q.Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən

11:32, 20 iyun Kriminal

“Mahir Ay Brat” HƏBS OLUNDU

“Mahir Ay Brat” kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib. “Bakuinfo”nun “Report”a istinadən məlumatına görə, Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Hazırda o tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Qeyd edək ki, M. Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda

11:32, 20 iyun Kriminal

Kamran Əliyev Ləmbəranskini işdən çıxardı

Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur. Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib. Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır

11:27, 18 iyun Kriminal

Polisdən əməliyyat: 96 nəfər saxlanıldı

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 51, qanunsuz

14:48, 16 iyun Kriminal

Powered by MirTech