"Komedixana"nın məşhur aktrisasının atası HƏBS OLUNDU
Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctmai Birliyinin sdəri Şahid Qurbanova hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, Yasmal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla
Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
Abşeron rayonunda vətəndaşlara "nəzirpaylayan" şəxs həbs edilib. "Bakuinfo" "Qaynarinfo"ya istinadən verdiyi xəbərə görə, avaraçılıq və dilənçiliklə məşğul olan 1996-cı il təvəllüdlü Yevlax sakini F.Şahmurad adlı şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə açılan işə məhkəmədə baxılıb. Məlum olub ki, F.Şahmurad zərərçəkmiş qadınlara özünü seyid kimi təqdim edib və Mir Mövsüm Ağanın ziyarətgahında yığılan nəzirləri insanlara
Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu
Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Bakuinfo" "Report"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2023-cü ilin noyabrın 2-də baş verib. İttihama görə, Hüseyn Abbasov bacısı Səbinə Abbasovaya müğənniliklə məşğul olmağa son
Adəm Məmmədov həbs edildi
Tanınmış vəkil Adəm Məmmədov həbs edilib. "Bakuinfo" Report-a istinadla xəbər verir ki, bu barədə vəkil Asim Abbaszadə məlumat verib. Bildirilib ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay
32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş
Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. “Bakuinfo” xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub. Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da Qarabağda fəaliyyət göstərdiyi vaxt əldə edərək
Avtomobildən keçmiş məhbusun meyiti tapıldı
Sumqayıt şəhərində avtomobildən meyit tapılıb. “Bakuinfo” xəbər verir ki, martın 3-ü saat 20 radələrində 2-ci mikrorayon ərazisində “Mercedes” markalı 10 VF 250 dövlət qeydiyyat nişanlı avtomobildə kişi meyiti aşkarlanıb. Ölən şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş (128, 178, 221-ci maddələr üzrə) 1975-ci il təvəllüdlü Sahib Lətif oğlu Məmmədov olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 2008-ci il təvəllüdlü Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. İttihama görə, ötən ilin oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən
Aşan təcili yardım maşını qaydalara əməl etməyib? - Video
Ötən gün paytaxtın Nizami rayonu ərazisində təcili tibbi yardım maşını aşıb. “Bakuinfo”nun məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdə hər iki nəqliyyat vasitəsinin yolayırıcına eyni anda daxil olduğu görünür NİİM-in məlumatında, həmçinin sürücüləri “Yol hərəkəti haqqında” Qanunun müvafiq maddələrinə diqqət yetirməyə çağırış edilib: “Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər
Şahnaz Bəylərqızı həbsdən buraxıldı
“Toplum TV” işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb. “Bakuinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi vəkilin vəsatəti əsasında belə qərar qəbul edib. Məhkəmə xanım müttəhimin səhhətini nəzərə alaraq vəsatəti təmin edib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də həbs edilib. O, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.
15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu
Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluqdan “Bakuinfo”ya verilən məlumata görə, araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında olmaqla, spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsli olmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmaması təsbit edilib. Həmçinin, araşdırmalarla müəyyən