Kriminal

Eyyubovlardan sonra növbə onlarındır – talançı oliqarxlarla bağlı SƏRT QƏRAR

Son günlər ictimai müzakirələrin mərkəzində Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun yaxınları dayanır. Xüsusilə onun qardaşı oğlu, “Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və ailənin digər üzvünün vəzifədən azad edilməsi ciddi müzakirələrə səbəb olub. Bu hadisələr dövlət idarəçiliyində hesabatlılıq, şəffaflıq və institusional nəzarət mexanizmləri ilə bağlı suallar doğurur. Eyni zamanda, yüksək

01:17, 26 dekabr Kriminal

Saleh Səmədovla bağlı qərar verildi

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb. Bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur. Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının

20:16, 25 dekabr Kriminal

Həmin əcnəbilərə hökm oxundu

Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə araşdırması başa çatıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən əcnəbilər qəbir üzərində təhqiredici hərəkət etməkdə təqsirli biliniblər. Səudiyyə Ərəbistanı vətəndaşları - Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi hər biri ayrı-ayrılıqda 2 il müddətinə azadlıqdan məhrum

17:51, 24 dekabr Kriminal

Teymur Kərimovun cəzası azaldıldı

Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən “Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası azaldılıb. “Bakuinfo" xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar çıxarıb. T. Kərimovun cəzası 7 ildən 5 ilə endirilib. O, 2023-cü ilin dekabrında həbs edilib. Bu qərarla 3 il çəkilməmiş cəza müddəti qalıb. Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. O, kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə

14:17, 24 dekabr Kriminal

Bəylər Eyyubovun qardaşı oğlunun 15 hektarlıq MALİKANƏSİ

Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən

10:49, 24 dekabr Kriminal

Ruslan Eyyubov həbs edildi

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. “Bakuinfo" xəbər verir ki, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın

16:11, 23 dekabr Kriminal

Rəşad Dağlı ilə bağlı AÇIQLAMA

Tanınmış vəkil Turan Abdullazadə meyxanaçı Rəşad Dağlının amnistiyaya düşməməsi barədə etirazlara aydınlıq gətirib. "Bakuinfo" bildirir ki, T.Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, Rəşad Dağlı amnistiyaya düşmür, çünki o ağır cinayət törətdiyinə görə məhkum olunub. "Məhz bu səbəbdən, təəsüflər olsun ki, amnistiya aktı məşhur meyxanaçı Rəşad Dağlı və bu qəbildən olan məhkumlara şamil olunmur. Amnistiya aktına əsasən, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş

19:09, 21 dekabr Kriminal

Azərbaycanda yüksəkvəzifəli məmur keçmiş sevgilisini məhkəməyə verdi

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin direktoru Səlim Məmmədov (ad-soyad şərtidir) məhkəməyə üz tutub. "Bakuinfo" xəbər verir ki, o, keçmiş sevgilisindən şikayətçi olub. Günel Fəttahova adlı qadından şikayətçi olan məmur bildirib ki, keçmiş sevgilisi onu sistemli şəkildə təhdid edir, nüfuzdan salır və iş fəaliyyətinə mane olur. Səlim Məmmədov şikayət ərizəsində onu da qeyd edib ki, o, müxtəlif vaxtlarda çalışdığı dövlət qurumlarının

15:19, 21 dekabr Kriminal

Tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, “Mazımqara” gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər

14:50, 21 dekabr Kriminal

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzasının verilməsini istədi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib. “Bakuinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq

22:09, 18 dekabr Kriminal

Powered by MirTech