Azərbaycanda qandonduran intihar hadisəsi baş verdi
Quba rayonunda intihar hadisəsi baş verib. Bakuinfo.net lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb. Kənd sakini Əli Şükürov atasının evində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. İlkin məlumata görə, Əli Şükürov nişanlısı ilə dalaşıb. O, nişanlısı ilə aralarında baş vermiş olaydan sarsıntı keçirərək canına qəsd edib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
General-mayor Elçin Quliyev məhkəməyə VERİLDİ
Külli miqdarda dələduzluqda ittiham olunan iş adamı, "Elite Travel" MMC-nin təsisçisi Xalıq Faiz oğlu Sadıxov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə qarşı məhkəmədə iddia qaldırıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinə müraciət edən iş adamı maddi və mənəvi ziyanın ödənilməsini istəyir. İddia hakim Nail Abbasovun icraatına
Məktəbliyə əxlaqsız təkliflər edib dərəyə apardılar
2024-cü il fevralın 10-da Cəlilabad rayonunda baş verən hadisə ictimaiyyəti sarsıtdı. 4 saylı məktəbin iki 9-cu sinif şagirdi arasında baş verən münaqişə ağır nəticələrə səbəb oldu. Hadisənin təfərrüatları: Təqsirləndirilən şəxs: Ə. Hacıyev (ad şərtidir), 15 yaşlı Zərərçəkən: Z. Məmmədov (soyad şərtidir), 9-cu sinif şagirdi Cinayət: Qəsdən sağlamlığa ağır zərər vurma (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) Cəza: 3 il həbs Tərəflərin iddialar: Ə. Hacıyev: Z. Məmmədovun ona dəfələrlə əxlaqsız
Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş
2023-cü il iyunun 10-da itkin düşən Kəlbəcər rayon sakini Yasin İbrahimovun intihar etdiyi məlum olub. Bakuinfo.net oxu.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Yasin İbrahimov və sevgilisi, 1985-ci il təvəllüdlü Xocalı rayon sakini Esmira Mamedova Göygöl rayonunun Toğanalı kəndindəki meşə zolağında özlərini asaraq intihar ediblər. Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların cəsədlərinin qalıqlarını tapıblar. Faktla bağlı araşdırma aparılır. 4o
Nərimanovda dəhşətli cinayət: Satıcını iki manata görə öldürdü
Nərimanov rayonu ərazisində avtoyuma məntəqəsinin işçisi marketdə satıcı işləyən şəxsi 2 manata görə qətlə yetirib. Hadisə Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketin qarşısında baş verib. Belə ki, 2023-cü il avqustun 22-də Nərimanov Rayon Prokurorluğuna Samir Məhərrəmovun qətlə yetirilməsi barədə məlumat daxil olub. İstintaqla müəyyən edilib ki, Fariz Şahniyarov Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketdən aldığı spirtli içkiləri elə mağazanın qarşısında içib. Satıcı Samir
Uşaq bağçasında yayılmış görüntülərlə bağlı DİN HƏRƏKƏTƏ KEÇDİ
"Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb". Bakuinfo.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov deyib. O bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş
Bakıda azyaşlıdan ailəsinin lüt şəkillərini alan oğlan binanın damında ona təcavüz etdi
Bakıda 1996-cı il təvəllüdlü Şirvan Abbasov yetkinlik yaşına çatmayan Aqil Məmmədliyə (adlar şərti göstərilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib. Demokrat.az-ın məlumatına görə, Şirvan 2023-cü ilin aprel ayının ortalarında 2010-cu il təvəllüdlü Aqil ilə elan saytlarından birində tanış olub. O, Aqilin "iPhone" markalı mobil telefonu satmaq adı ilə ilkin ödəniş kimi 74 manat pul alıb, mobil telefonu və ya aldığı ilkin ödənişi geri qaytaracağına inandırıb. Daha sonra Şirvan
Goranboy polisindən ƏMƏLİYYAT: Saxlanılan var
Goranboyda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bakuinfo.net-in məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş N.Aslanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sabiq vəzifəli şəxs ağır cinayətlərdə təqsirli bilindi, şərti cəza aldı
Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Əvvəlcə deyək ki, eks-idarə rəisi xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin
Tanınmış vəkil arvadını bıçaqladı - FOTO
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Ceyhun Yusifov həyat yoldaşını bıçaqlayıb. Bakuinfo.net mətbuat.az-a istinadən xəbər verir ki, ər-arvad arasında olan mübahisə ailə münaqişəsi zəminində baş verib. Nəticədə C. Yusifov həyat yoldaşı Yusifova F. A qızına iki bıçaq zərbəsi endirib. F. Yusifova “qarının ön divarının kəsilmiş-deşilmiş (iki ədəd) yaraları” diaqnozu ilə xəstəxanaya daxil olub. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin