DSX-nin əsgəri özünü güllələdi - Komandir sərbəst buraxıldı
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. “Bakuinfo” xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından noyabrın 15-də intihar etdiyi bildirilib. Faktla bağlı hərbi prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfəralıyev saxlanılıb. Sonra Cinayət Məcəlləsinin maddələri ilə ona
General Raul Zeynalov məhkəməyə gələcək
General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb. "Bakuinfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim zərərçəkmiş şəxslərin istəyi ilə belə qərar qəbul edib. Təqsirləndirilən kapitan Ayaz Bayramov özü prosesin media nümayəndələrinin iştirakı ilə keçirilməsini xahiş etsə də, zərərçəkmişlərin istəyi nəzərə alınıb. Bu gün iclasda əsas zərərçəkmişlərdən biri – Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri,
Bakıda arvadını bıçaqlayan şəxs Çində saxlanıldı
Bu il noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. Bu barədə "Bakuinfo"ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib. Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə
Bakıda SSRİ bayrağı qaldıranlar həbs edildi - Foto
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. “Bakuinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər - Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis
DTX-nin həbs etdiyi şəxslərlə bağlı YENİ XƏBƏR
Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. "Bakuinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışlarından sonra təqsirləndirilənlərə son söz verilib. Müşavirədən sonra hökm elan edilərək Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 İl, Elçin Əzizov isə 10
Tofiq İsmayılovun oğluna 8 il iş verildi
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələduzluqda ittiham olunan oğlu Mir Heydər İsmayılov və digərlərinin məhkəmə araşdırması başa çatıb. “Bakuinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamların sübuta yetirildiyini bəyan edib. Hökmə əsasən, Mir Heydər İsmayılov 8, Murad Həziyev 10 il 6 ay müddətinə azadlıqdan
Azərbaycanın axtardığı şəxs Dağıstanda tutuldu
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb. DİN-in Mətbuat Xidmətindən “Bakuinfo”ya verilən məlumata görə Balakən RPŞ tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Göylərov Şəhərrəddin Süleyman oğlu Mahaçqalada tutulub. Belə ki, İnterpol kanalları ilə vasitəsilə Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.
14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə bu cəza verildi
Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Bakuinfo" xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
Məşhur şadlıq sarayında meyit tapıldı
Bakıda şadlıq sarayında meyit tapılıb. “Bakuinfo” xəbər verir ki, hadisə Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən “Xarı Bülbül” şadlıq sarayında baş verib. Oradan Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda vəzifəli şəxs saxlanıldı
Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edir. Bu barədə "Bakuinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. "Bununla yanaşı, media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai