Azərbaycanda vəzifəli şəxs HƏBS OLUNDU
Goranboyda yol polisinə tabe olmayan sürücü həbs olunub. "Bakuinfo" "Lent.az"a istinadən məlumatına görə, hadisə rayonun Şahməmmədli kəndi ərazisində baş verib. 57 yaşlı Vəfadar Quliyevin (ad və soyad şərtidir) idarə etdiyi avtomobilin ön dövlət qeydiyyat nişanı standartlara uyğun gəlmədiyi üçün yol polisi tərəfindən ona “saxla” əmri verilib. Bu zaman onunla yol polisi əməkdaşları arasında mübahisə yaranıb və o, əməkdaşa “gedin işinizlə məşğul olun, siz kimsiniz?” - deyib.
DTX-nin saxladığı sabiq rəislə bağlı QƏRAR VERİLDİ
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Bakuinfo" xəbər verir ki, Naxçıvan Ali Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilib. Onun cəzası 6 ay azaldılıb. Qeyd edək ki, Naxçıvan Hərbi
Aytən Səfərovanın 11 mini ələ keçirildi
Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsinin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması barədə məlumat vermişdik. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, cinayət işinin yeni təfərrüatı məlum olub. Belə ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin maaşının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ
Cümşüdə görə sahə rəisinə cinayət işi açıldı
“Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Amma sahə rəisi həbs edilməyib. Məhkəməyə qədər onun barəsində “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. Hazırda
İslam Yusifov yenidən həbs edildi
“Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib. "Bakuinfo" xəbər verir ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib. Amma o, həbs edilməyib. İ.Yusifov və İ.Abbasovun ikisinə də xüsusilə külli miqdarda dələduzluq ittihamı verilib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə,
200-dən çox vətəndaşın kart məlumatlarını ələ keçirdi - Saxlanıldı
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş
Azərbaycanda müəllim hərbi hissəni partlatmaq istəyirmiş... - TƏFƏRRÜAT
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn açıq çağırışlar edən 1998-ci il təvəllüdlü Qusar sakini Kamran Tahircalın məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, tarix müəllimi işləyən K.Tahircal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İşin hallarına gəlincə, 25 yaşlı müəllim Qusarda kəndlərin birində olarkən orada yerləşən hərbi hissənin fotosunu çəkərək vatsapda üzv olduğu “Viridünyadin
Vəkil Zabil Qəhrəmanovla bağlı YENİ XƏBƏR
Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabil Qəhrəmanovdan xəbər var. "Bakuinfo" xəbər verir ki, yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə, Zabil Qəhrəmanovun cinayət işi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsindən alınaraq Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Qeyd edək ki, Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunaraq həbs edilib. Zabil Qəhrəmanovun özü və vəkilləri hadisənin Göygöl rayonu ərazisində
Baş Prokurorluqdan açıqlama - Xəlilov Bakıya GƏTİRİLDİ
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib. Baş Prokurorluğun mətbuat xidmətindən "Bakuinfo-ya bildirilib ki, vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Belə ki, Bakı şəhəri Qaradağ rayon polis
Şəmkirdə kənd sakini bıçaqlanıb
Şəmkir rayonunun Təzəkənd kəndində insident baş verib. 1974-cü il təvəllüdlü Əlövsət Həsənov həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Bakuinfo xəbər verir ki, həkimlərin məlumatına görə vəziyyəti orta ağır, ən yaxşı halda sabitdir. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.