Əli Həsənovun kürəkəninin Avropadakı biznesi
Araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk səhifəsində Baş nazirin keçmiş müavini Əli Həsənovun kürəkəni Elman Allahverdiyevlə bağlı paylaşım edib.
"Bakuinfo" həmin yazını sizlərə olduğu kimi təqdim edir:
"Baş nazirin keçmiş müavini, "Qaçqınkom"un sabiq sədri, hazırda isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri Əli Həsənovun kürəkəni, Almaniyanın Hamburg şəhərində yaşayan Elman Allahverdiyev İngiltərədə özünə yaxta şirkəti açıb. Yaxtasl varmı, yoxmu bilmirəm, amma Elman Allahverdiyevin bu ilin yanvarında Londonda təsis etdiyi OPAL YACHTING LTD törəmə şirkət kimi qeydiyyatdan keçib.
Süni intellektual təhlilə görə əgər yaxta şirkəti “dormant” (yəni fəaliyyətsiz, yalnız qeydiyyatda qalan) statusundadırsa, bu bir neçə məqsədə - gələcək fəaliyyət üçün hüquqi baza yaradılmasına, brend və ad qorunmasına, vergi və rezidentlik üstünlükləri əldə etməsinə, investor və tərəfdaş cəlb etməyə, eləcə də hüquqi struktur yaratmağa xidmət edə bilər:
Dormant şirkət vasitəsilə sahibkar bank hesabı aça bilər, bəzi ölkələrdə viza / oturum icazəsi üçün əsas qura bilər.
Bu, əslində yaxta biznesinə başlamadan əvvəl “platforma” yaratmaq deməkdir.
Yəni, əgər şirkət dormant qalırsa, bu daha çox strateji hazırlıq, hüquqi mövcudluq və gələcək üçün infrastruktur saxlamaq üçündür.
Xatırladım ki, Elman Allahverdiyev həm də Almaniyada LOHIMEX GmbH-ni təsis edib, AuK Hotel GmbH-nı alaraq GLORİOUS HOTELS & RESORTS GmbH olaraq yenidən qeydiyyatdan keçirib. Şirkətlər onun vaxtilə Bad Bevensen şəhərində satın aldığı Kieferneck otelində hüquqi qeydiyyatdadır. Bu keçmiş "Qaçqınkom" sədrinin Bad Bevensendəki yeganə oteli deyi. Onun burada istifadə edilməyən, "ağzıgünə" daha bir neçə oteli var. Məsələn, 2014-cü ildə Bad Bevensenin Bergstraße küçəsində aldığı HEIDEKRUG otelini Elman Allahverdiyev 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə Manfred Preuss adlı şəxsə dəyər-dəyməzinə satıb. O sə otel otaqlarını 15 mənzilə çevirib satıb.
Elman Allahverdiyevin həmin şəhərdə aldığı digər əmlak isə 2014-cü ildə aldığı Bad Bevensen DİABET KLİNİKASI olub. Burada ALMANİYA DİABET MUZEYİ yerləşib. Allahverdiyev 2019-cu ildə sahəsi 14770 kv.m. olan klinika binasını budozerlərin qabağına verib kürütdürüb. O vaxtdan yeri hələ də xarabalığı xatırladır (Google map üzərindən Am Klaubusch 12, 29549 Bad Bevensen adresinə baxa bilərsiniz).
Kurort şəhərinin Haberkamp küçəsindəki GRÜNİNG HOTEL də Elman Allahverdiyevin aldığı əmlakların siyahısındadır.
Siyahıya NİCOLAS PANSİONATını da əlavə etsək, Əli Həsənovun kürəkəninin Bad Bevensendə aldığı əmlakların siyahısı tam aydın olur:
4 HOTEL
1 PANSİONAT
1 KLİNİKA BİNASI..
Xatırladım ki, Elman Allahverdiyevin oğlu Nail Allahverdiyev 2017-ci il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Əli Həsənovun kürəkəni məhz bu hadisədən dədərhal sona Azərbaycandan külli miqdarda vəsait çıxarıb milyonlarla avro dəyərində olan otelləri və klinika binasını alıb. Əli Həsənov 1998-2019-cu illərdə baş nazirin müavini, 1998-2018-ci illərdə həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olub."
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Son Xəbərlər
Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik
“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin
İran Ermənistana qarşı hərəkətə keçdi
İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.
Naxçıvanda ölən tələbələrin FOTOSU
Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan
Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi
Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox
Danimarka ABŞ-ı dayandıra bilmədi
Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək
ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR
ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Azərbaycanda iki tələbə dəm qazından öldü
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)