Ekspert danışdı: "Bəzi taksi sürücülərinə qarşı diqqətli olmaq lazımdır"
Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayisə olunan məsələ komfort və ekonom kateqoriyalarıdır. Təcrübələr göstərir ki, komfort seçən sərnişinlər, adətən, daha rahat, təhlükəsiz və mədəni xidmətlə qarşılaşır. Ekonomda isə çox vaxt səliqəsizlik, sərt davranış və diqqətsizlik narazılıq doğurur.
Belə olan halda ortaya sual çıxır: niyə komfort kateqoriyasında xidmət gözləntiləri qarşılayır, amma ekonomda əksinə, əksər hallarda məyusedici mənzərə yaranır?
"Bakuinfo" xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövcud vəziyyəti “Yeni Sabah”a belə şərh edib:
Əslində, o taksi sürücülərinin hər biri təlimlərdən keçir, sertifikat alır və onların hər birinin narkoloji dispanserdən yoxlama sənədi, sağlamlıq arayışı var, taksi buraxılış vərəqəsi, taksi buraxılış kartı alır, vergi ödəyir, sosial ödənişləri edir və s. Yəni yanaşma hər birinə eynidir. Qanunun yanaşması bütün sürücülər üçün bərabərdir. Ancaq burada artıq dünya görüşü, dünyaya baxışı və ətraf mühitə münasibəti öz sözünü deyir. Bəli, elə sürücülər var ki, oturursan, başlayırlar boş-boş danışmağa, mənasız suallar verməyə, siqaret çəkməyə, şiddətli musiqiyə qulaq asmağa. Amma elə sürücülər də var ki, maşına oturanda mədəni şəkildə salamlaşır, musiqinin səsini artırmaq istəyəndə icazə alır, soruşur: “Bu sizi narahat etmir ki?” Bax, belə məqamlarda görürsən ki, məsələ daxili mədəniyyətlə bağlıdır. Çünki hər evdən çıxan insan eyni düşüncədə ola bilməz”.
Ekspert qeyd edib ki, məsuliyyətsizlik edənlər bu peşəyə ötəri baxanlardır:
“Ona görə də bu, nə komfortda, nə də digərində olmaq məsələsi deyil. Hər kateqoriyada müxtəlif tip insanlar var. Komfort sürücülərinin də arasında düşüncəsiz olan tapılır, ekonom sürücülərinin də. Amma bu, onların hamısına aid deyil. Çünki onlar sadəcə bu peşəyə ötəri bir vasitə kimi baxanlardır.
Əsl peşəkar taksi sürücüləri isə həqiqətən qazanc əldə etmək, ailəsini dolandırmaq üçün bu işə başlayıblar. Belə sürücülər heç vaxt düşüncəsiz və məsuliyyətsiz hərəkətlər etmirlər. Çünki bu, onların ömürlük qazanc yeridir. Heç biri də istəməz ki, çörək qazandığı bir yerə neqativ yanaşma olsun.
Ancaq təsadüfi insanlar da var və təəssüf ki, məhz onlar bu cür davranışlar nümayiş etdirirlər. Acı da olsa, belə mənzərə bəzən bəzi insanlarda bütün taksi sürücüləri haqqında mənfi təəssürat yaradır. Amma təbii ki, onların hamısı elə deyil”.
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Son Xəbərlər
Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik
“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin
İran Ermənistana qarşı hərəkətə keçdi
İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.
Naxçıvanda ölən tələbələrin FOTOSU
Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan
Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi
Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox
Danimarka ABŞ-ı dayandıra bilmədi
Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək
ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR
ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Azərbaycanda iki tələbə dəm qazından öldü
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)