Ziyalılardan Birinci xanıma müraciət
Azərbaycanın bir qrup ictimai xadim və ədəbiyyat adamları şair Əlisəmid Kürün müalicəsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıblar.
"Bakuinfo" xəbər verir ki, müraciətdə şairin müalicəsinin Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülməsi xahiş olunur.
Açıq məktubda deyilir:
“Hörmətli Mehriban xanım,
Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanın mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimlərinə daim yüksək diqqət və qayğı göstərmiş, humanizm və xeyirxahlıq nümunəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük rəğbət qazanmışdır. Bu nəcib fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı çatdırırıq.
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın tanınmış şairi, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Əlisəmid Kürün səhhətində ciddi problemlər yaranmışdır. O, sentyabrın 15-i axşam saatlarında qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. 18 sentyabr tarixində isə Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Əlisəmid Kürün vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir.
Əlisəmid Kür Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin məsul katibi kimi fəaliyyət göstərib.
Sizin humanizm və ədəbiyyat xadimlərinə qayğı ənənənizə güvənərək, hörmətli şairimizin müalicəsinin Heydər Əliyev Fondunun nəzarətinə götürülməsini və onun sağlamlığının bərpası üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.
Əvvəlcədən təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.”
Hörmətlə,
Nəriman Həsənzadə, Xalq şairi
Ramiz Rövşən, Xalq şairi
Sabir Rüstəmxanlı, Xalq şairi
Vahid Əziz, Xalq şairi
Afaq Məsud, Xalq yazıçısı
Çingiz Abdullayev, Xalq yazıçısı
Nizami Cəfərov, akademik
Rasim Balayev, Xalq artisti
Hacı İsmayılov, Xalq artisti
Şeyx Əbdül Mahmudov, Xalq artisti
Hüseyn Haqverdi, Xalq rəssamı
Aqil Abbas, deputat, yazıçı
Səyyad Aran, deputat, yazıçı
Elnarə Akimova , deputat, ədəbiyyatşünas
Rüstəm Behrudi, şair
Umud Rəhimoğlu, Əməkdar Mədəniyyət işçisi
Azər Turan, Əməkdar Mədəniyyət işçisi
Elçin Hüseynbəyli, Əməkdar İncəsənət xadimi
Səlim Babullaoğlu, şair
İlqar Fəhmi, Əməkdar Mədəniyyət işçisi
Məhəmmədhüseyn Hüseynov, Əməkdar rəssam
Vüqar Muradov, Əməkdar rəssam
Natik Səfərov, Əməkdar rəssam
Azad Əliyev, Əməkdar rəssam
İlqar Əlfi, Əməkdar jurnalist
Qabil Abbasoğlu, Əməkdar jurnalist
Yusif Rzayev, Əməkdar jurnalist
Paşa Qəlbinur, şair, həkim
Saday Budaqlı, yazıçı
Fəxri Uğurlu, yazıçı
Etimad Başkeçid, yazıçı
Şərif Ağayar, yazıçı
Mübariz Örən, yazıçı
İlham Əziz, yazıçı
Aqşin Yenisey, şair
Qismət Rüstəmov, şair
Mirmehdi Ağaoğlu, yazıçı
Şəhriyar del Gerani, şair
Ülviyyə Heydərova, yazıçı-dramaturq
Fərid Hüseyn, şair
Vasif Ayan, jurnalist. (KONKRET.AZ)
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Son Xəbərlər
Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik
“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin
İran Ermənistana qarşı hərəkətə keçdi
İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.
Naxçıvanda ölən tələbələrin FOTOSU
Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan
Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi
Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox
Danimarka ABŞ-ı dayandıra bilmədi
Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək
ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR
ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Azərbaycanda iki tələbə dəm qazından öldü
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)