Bir milyonluq villa məsələsi böyüyür: Partiya sədri sərt tənqid etdi
“AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbər cəmiyyətdə geniş ajiotaj yaradıb. Bunun ardınca AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və DİN rəhbərliyinə videomüraciət edib. O işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini bildirib”.
"Bakuinfo" xəbər verir ki, bu açıqlama ilə Ədalət Partiyasının sədri Mütəllim Rəhilmi çıxış edib.
Onun sözlərinə görə, nəhayət ki, fəaliyyəti əhali arasında narazılıq yaratmağa yönələn qurum içindən “partladı”: pizza hut
“Sanki AYNA qarşısına məqsəd qoymuşdu ki, insanların əsəbləri ilə oynasın, onların etirazlarını körükləsin. Bunu bir tərəfdən özbaşınalıq, digər tərəfdən vəzifədən sui-istifadə edərək mənimsəmə və həmçinin bilərəkdən narazılıq yaratmaq kimi qiymətləndirmək olar.
Belə ki, AYNA rəhbərliyi heç kimi saymır, istədiyi yerə parklanma xətləri çəkib parkink aparatları yerləşdirib. Bu qurum insanların həyətlərini də zəbt edib. Ev sahiblərinin qeydiyyatları olmadığına görə, “göz yaşlarına” baxmırdı, adamların üzünə dururdu ki, mənə görə sən burada yaşamırsan, rayonda, yaxud başqa yerdə yaşayırsan. Nə olsun ki, bu ev sənin adınadır, nə olsun ki, sən ailənlə burada qalırsan. Nə evlərin çıxarışlarına, nə MİS-lərin arayışına məhəl qoymurdu. 2020-ci il parlament seçkilərində məntəqə üzvünün dünyasını dəyişmiş seçici haqqında dediyi kimi, o sənin üçün ölüb, bizim üçün diridir, fikrinin AYNA-nın fəaliyyətinə proyeksiyasını gördük.
Təsəvvür edin ki, İdarə Heyətinin sədri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb. Bu üzə çıxanıdır, arxada nələr olduğunu təsəvvür etmək adamı heyrətə gətirir. Bu adam cəzasızlığına nə qədər əmin olub ki, bir dəfə də olsun AYNA-nın gəlirləri və xərcləri haqqında məlumat verməyi özünə sığışdırmayıb. Bu azmış kimi avtomobil sahibləri öz maşınlarını rəsmi “parkovka” etdikləri halda onlara cərimə yazmaqdan da çəkinməyib. Həm “parkovka” üçün pul ödəyirsən, həm də üstəlik cərimə də edirlər.
Həyətlərdə, məhəllə arası yollarda parklanmanın ödənişli edilməsi isə AYNA rəhbərliyinin məqsədli, düşünülmüş fəaliyyətidir. Lazım olmayan yerlərdə, dəhşətli tıxaca səbəb olan qısa yollarda avtobus xətlərinin çəkilməsi, yaxud yolun bir hissəsini ağılsızcasına velosipedlərin hərəkət hissəsinə ayırmaqla qalan hissəsini boş saxlayaraq burada hərəkəti qadağan etməsinə nə ad vermək olar. Bu naşılıq deyil, tamamilə cəmiyyətdə narazılıq yaratmağa hesablanıb, başqa ad vermək olmur”.
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın
İcra başçısı bu iş adamına görə “vurulub”
Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,
Son Xəbərlər
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Azərbaycanda iki tələbə dəm qazından öldü
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
ABŞ-dan QƏRAR: Azərbaycan və daha 74 ölkə üçün vizalar dayandırıldı
ABŞ 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. "Bakuinfo" xəbər verir ki, bu barədə Dövlət Departamenti qərar qəbul edib. Bildirilib ki, sözügedən qərar “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində qəbul olunub və 21 yanvardan qüvvəyə minəcək. Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz,
Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”. "Bakuinfo" xəbər verir ki, bu barədə “yeni sabah”ın sorğusuna cavab olaraq
Paşinyandan Qarabağ açıqlaması: Rusiyaya yüz milyon verdik ki...
“2022-ci ildən əvvəl də silah-sursat almaq üçün müraciət edirdik, hamıya müraciət edirdik, amma bizi çox nəzakətlə rədd edirdilər. Deyirdilər ki, sizə silah satmaqdan imtina edirik, çünki əmin deyilik ki, bu silahları beynəlxalq səviyyədə tanınmış ərazinizdə yerləşdirəcəksiniz. Hətta şübhələri vardı ki, bu vasitələr beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda (Qarabağda – red.) istifadə oluna bilər”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Prezidentdən nazirin qardaşı ilə bağlı SƏRƏNCAM
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib. “Bakuinfo" xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb. Qeyd edək ki, A.Bayramov uzun müddət idi ki, maliyyə nazirinin müavini vəzifəsində çalışırdı. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın
Sevinc Osmanqızı və digərləri ilə bağlı QƏRAR VERİLDİ
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Bakuinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci
Aqil Dadaşova yeni vəzifə verildi
Lənkəran Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib. “Bakuinfo” xəbər verir ki, icra başçısı Taleh Qaraşov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Aqil Dadaşov struktur dəyişikliyi nəticəsində ləğv edilən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl