Direktor yenidən şikayət etdi - “50-dən çox adamı işdən çıxarıb...”

Ölkə 15:04, 10 oktyabr 2025, 1
Direktor yenidən şikayət etdi - “50-dən çox adamı işdən çıxarıb...”
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra "Qafqazinfo"ya kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub. 
 
“Bakuinfo” xəbər verir ki, bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər.
 
Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: “Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik tərəfindən işdən çıxarılıb. Buna heç bir əsaslı səbəb də göstərmilər. Mən 2024-cü ildən kollecdə çalışmışam. Müddətli müqaviləmin vaxtının bitməsinə 1 gün qalmış mənə işdən azad olunduğum bildirilib. Halbuki qanunla 10 gün  əvvəldən mənə bildiriş göndərilməli və xəbərdarlıq olunmalı idim. Mən 2027-ci ilə qədər analıq məzuniyyətində olan müəllimi əvəz edirdim və hələ davam edə bilərdim. Kollecdə dərs saatları qeyri-bərabər şəkildə bölünüb, müəllimlər arasında komanda yaradılıb, hüquq pozuntusu baş alıb gedir və şikayətlərə baxılmır. Bəzi müəllimlərə 750 saat, bəzilərinə isə 250 saat dərs verilir. Dəfələrlə direktor Hicran Əyyubovaya müraciət etmişəm, amma şikayətimə baxılmayıb. Sanki yeni direktor çalışır ki, əvvəlki rəhbərliyin dövründən bir nəfər də qalmasın. Kollecdə kim ona yaltaqlanmır, öz sözünü deyir, işdən azad olunur”.
 
K.Nəsirova müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət etdiyini əlavə edib.
Digər şikayətçi Sura Muradova isə 1991-ci ildən bu kollecdə işlədiyini və heç bir xəbərdarlıq olunmadan işdən çıxarıldığını söyləyib: “Pensiya vaxtım çatdığı üçün müqavilə ilə çalışırdım. Kollecə bu ilin iyulunda Hicran Əyyubova direktor, Gülnar Kərimova isə müavin təyin olundu. Direktor gəldikdən sonra 1 ay işləyib məzuniyyətə çıxdım. Məzuniyyətdən cəmi 8 gün idi ki qayıtmışdım, direktor məni çağırıb işdən azad olunduğumu dedi. Mənə heç bir bildiriş göndərilməyib, xəbərdarlıq edilməyib. Bu, özbaşınalıqdır. Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir. Öz qanunsuz əməllərini müavini Gülnar Kərimova vasitəsilə həyata keçirir. İşçilər təhdid olunurlar. Bəzi işcilərə ərizə yazıb işdən çıxmaq deyilir. Etiraz edənlərin maaşa əlavəsi kəsilir, məzuniyyət verilmir, saxta aktlar tərtib olunur və maddə ilə çıxarılmaqla təhdid olunurlar. Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni araşdırsınlar və bu haqsızlıqlara son qoyulsun”.
 
Növbəti şikayətlərlə bağlı "Qafqazinfo" İqtisadiyyat və Humanitar Kolleci ilə yenidən əlaqə saxlayıb. Orta ixtisas məktəbindən sorğuya cavab olaraq bildirilib ki, müəllimlər K.Nəsirova və S.Muradova tərəfindən irəli sürülən iddialar həqiqətə uyğun deyil: “Kollecdə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. İşçilərin kütləvi şəkildə işdən azad edilməsi, hər hansı bəhanə ilə  işçinin işdən azad edilməsi, kollecin rəhbərliyi tərəfindən işçilərə qarşı hər hansı təzyiq, təhdid edilməsi, məzuniyyət hüququnun pozulması, saxta aktların tərtib olunması, işçilərin maaşına əlavənin kəsilməsi kimi hallar yoxdur. 
 
Hər hansı işçi işdən azad edilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunub. O cümlədən, müddətlə işə qəbul edilmiş Kəmalə Nəsirova və Sura Muradova ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədər əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilib. İşçilərin işə qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun aparılır. İşə qəbul edilərkən qeyri-qanuni meyarlar əsas götürülmür. 
 
Qeyd edirik ki, kollecin maliyyə vəsaitlərinin düzgün idarə edilməsi, israfçılığın qarşısının alınması məqsədilə kollecdə müvafiq tədbirlər görülür və həmin tədbirlər konkret işçiyə deyil, bütovlükdə kollecin işçilərinə şamil olunur. Kollecdə hər bir əməkdaşın hüquqları qorunur, onların əmək haqqı qanunvericiliyə uyğun olaraq ödənilir, məzuniyyət hüquqları və digər hüquqları təmin olunur. Kollec şəffaf və ədalətli idarəetmə prinsipləri ilə idarə olunur. Kəmalə Nəsirova və Sura Muradovanın şikayəti qərəzlidir, onlar bitmiş əmək müqaviləsinin müddəti uzadılmadığına görə kollec rəhbərliyi barəsində bu cür əsassız, iddialarla çıxış edirlər. Həmin məlumatlar qeyd etdiyimiz kimi  həqiqəti əks etdirmir və ictimaiyyətdə yanlış təəssürat yaratmaq məqsədi daşıyır”.
 
Xatırladaq ki, daha əvvəl "Qafqazinfo"ya müraciət edən kollecin dəftərxana müdiri N.Haşımlı də rəhbərlik tərəfindən işdən çıxmasının tələb olunduğunu, təzyiqlərə məruz qaldığını iddia edirdi. Rəhbərliyin dəyişməsindən sonra maaşa olan əlavəsinin kəsildiyini, əmək hüququnun pozulduğunu bildirirdi.
hemin-direktordan-novbeti-sikayet

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Son Xəbərlər

İcra başçısı bu iş adamına görə “vurulub”

Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,

12:19, 14 yanvar Sosial

Vüsalənin anası xəstəxanaya yerləşdirildi

Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.

12:03, 14 yanvar Sosial

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Powered by MirTech