Almaniyada işləyən azərbaycanlı gənc: “SOCAR-ın prezidenti olmaq istəyirəm”
Almaniya yalnız inkişaf etmiş sənayesi və iqtisadiyyatı ilə deyil, həm də müxtəlif mədəniyyətlərdən olan insanların uğur hekayələri ilə tanınır. Həmin uğur hekayələrindən biri də Almaniyada yaşayan həmyerlimiz Maşdı Əliyevə aiddir. O, iş həyatı, qarşılaşdığı çətinliklər və qazandığı təcrübələrlə yanaşı, gənclərə və xaricdə karyera qurmaq istəyənlərə faydalı tövsiyələrini bizimlə bölüşüb.
"Bakuifo" Almaniyada enerji sahəsində işləyən azərbaycanlı gənc Maşdı Əliyevlə müsahibəni təqdim edir.
- Müsahibəyə sizi tanımaqla başlayaq: Maşdı Əliyev kimdir?
- İmişli rayonu Çahar kəndində anadan olmuşam və ibtidai təhsilimi kəndimizdə, orta təhsili Bakıda, bakalavrı isə ADA Universitetində almışam. Həmçinin, İstanbulda Koç Universitetində 1 semestr erasmus təqaüdü ilə təhsil almışam. Hazırda Almaniyada, Düsseldorf şəhərində yaşayıram və 5 ildən çoxdur ki, bu ölkənin dövlət enerji şirkətində çalışıram. Cari vəzifəm enerji ticarəti, məsuliyyətim Almaniya və Avropanın təbii qazla təmini, əsas da qazın Asiya bazarında ticarətdir.
- Almaniyaya nə vaxt və necə köçmüsünüz?
- Magistratura təhsili almaq üçün 2018-ci ildə Köln şəhərinə köçmüşəm və burada maliyyə üzrə təhsil aldım. Elə o vaxtdan Almaniyadayam.
- İlk vaxtlarda ən çox çətinlik çəkdiyiniz məqamlar nələr idi? Ümumiyyətlə, orada sosial yaşam necədir? Kirayə, qanunlar, iş imkanları və s.
- İlk vaxtlar dostlarımdan ötrü çox darıxırdım. Çünki onlar komfort zonam idi. Lakin gec-tez reallığı qəbul etmək, yeni mühitə, insanlara alışmaq və komfort zonadan kənara çıxmaq lazımdır. Bu inkişafın təməl prinsipidir. Sosial yaşam deyərdim ki, rahatdır. Qazanc yaxşı, iş saatları normaldır. Bu da əlavə məşğuliyyət və maraqlara vaxt, maliyyə ayırmağa imkan yaradır. Sörfinq, fotoqrafiya, səyahət, aşpazlıq və s. kimi maraqlarım var və bunların maddi tərəfini düşünməmək çox gözəldir.
- İki ölkənin təhsil sistemində hansı əsas fərqləri müşahidə etmisiniz? Bu baxımdan gənclərə təcrübələriniz də maraqlıdır...
- ADA Universitetində əlaçı olmuşam, ortalamam 94% ətrafında idi. Lakin müqayisədə Almaniyada ilk imtahanlarda çətinlik çəkirdim. ADA-da imtahanlarda düşünməyə 15, yazmağa 60 dəqiqə verirdilər. Almaniyada isə 60 dəqiqə verirlər, sadəcə, bilirsənsə, yaz, bilmirsənsə, özündən “muğayat ol”.
Məsləhətim odur ki, qorxmasınlar, çətinliklərlə üzləşəcəklər, maddi, mənəvi və psixoloji problemlər təbii ki, ola bilər. Amma bu çətinliklərlə mübarizə onların tam potensialını üzə çıxaracaq.
- Belə bir streotip var ki, almanlar “soyuq millət”dir. Siz necə düşünürsünüz?
- Soyuq münasibət göstərəni də tanımışam, eyni zamanda, mənzilimlə bağlı problem yaşayanda məni evinə dəvət edəni də. Soyuqluq nisbi anlayışdır, düzü, mən də ümumən soyuq təbiətliyəm, amma yaxın olduğum insanlarla bir yerdə olanda tamam ayrı insan oluram.
- Almaniyada yaşayan həmyerlilərimizlə münasibətiniz necədir?
- Bir cəmiyyət yaratmışıq. Adı “Qürbətdəki Doğmalar”dır. 600-dən çox üzvümüz var. Bu cəmiyyət daxilində fərqli alt qruplar var: səyahət, netvorkinq, yardımlaşma və s. Hədəfimiz Almaniyada yaşayan azərbaycanlılarla birgə vaxt keçirmək, sosiallaşmaq və bir-birimizə dəstək olmaqdır. Münasibətimiz isə əladır.
- Dostluq, ailə dəyərləri və qonaqpərvərlik baxımından iki xalqı necə müqayisə edirsiniz?
- Təbii ki, biz o baxımdan hətta burada da daha üstünük. Bəli, qonaq olmuşam. Bizdə qonaq daha çox ağırlanır, əl üstündə tutulur. Ən hiss olunan məqam isə mətbəxdir, alman mətbəxi çox kasıbdır. Onların təqdim etdiyi yeməyi bizdə yeməkdən əvvəl elə-belə məzə kimi təqdim edilir...
- Sosial şəbəkədə daha çox milli yeməklərin hazırlanması videoları ilə tanınırsınız. Yemək hazırlamağı necə öyrənmisiniz? Almanlar da milli yeməklərimizi sevirlərmi?
- Adımın dolma, ləvəngi ilə çıxmasını mən də istəməzdim, lakin təəssüf ki, nəyə görəsə məhz o videolar sosial mediada 500 min, 1 milyon arası izlənilir. Yemək bişirmək mənim sevgi dilimdir. Əziz hesab etdiyim insanlara sevgimi belə ifadə edirəm, onlara sevdikləri şeyləri bişirirəm. Yataqxanada qalanda yaxın dostlarıma adətən hər həftə nəsə edirdim, onda boş vaxt çox idi, əsas da koronavirus pandemiyası dövründə. Almanlar bizim mətbəxi əlbəttə, sevir, məndən hər Novruz bayramı ərəfəsi şəkərbura, paxlava tələb edirlər.
- Almaniyaya köçmək istəyən azərbaycanlılar nələri bilməlidir? Bir soydaşımız hansı çətinliklərlə qarşılaşa bilər?
- Belə bir yanlış fikir var ki, sanki burada dövlət sizə pul paylayır. Ev tapmaqda, iş tapmaqda, çevrə qurmaqda təbii ki, özünəməxsus çətinliklər olacaq. Bir şeyə zəmanət verə bilərəm ki, əgər ortada zəhmət, əmək olacaqsa, nəticə də olacaq.
- Özünüzü gələcəkdə daha çox harada görürsünüz – Azərbaycanda, yoxsa Almaniyada?
- Azərbaycanda. SOCAR-ın prezidenti olaraq, məncə, enerji sahəsində daha proaktiv addımlar atmaq olar. Düzü, Almaniyada enerji sahəsində işə başlayanda bunu hədəfləyərək başladım. O gündən bəri çox şey öyrənmişəm, hələ öyrənəcək çox bilik, qazanacaq çox təcrübələr var – faydalı olmaq üçün ən azından məsuliyyət daşıyıram. (Teleqraf)
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Son Xəbərlər
İcra başçısı bu iş adamına görə “vurulub”
Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,
Vüsalənin anası xəstəxanaya yerləşdirildi
Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
