“Milli Qəhrəman” adına kölgə SALANLAR
“Milli Qəhrəman” fəxri adı yalnız keçmişdə göstərilmiş igidlik üçün verilmir - onu daşıyanlardan gələcəkdə də dövlət və cəmiyyət tərəfindən gözlənilən nümunəvi davranış tələb olunur. Yəni milli təltiflər sadəcə rəmz deyil, həm də davamlı məsuliyyətdir.
Dövlət və hüquq sistemi tərəfindən müəyyən edilmiş qaydaları pozmaq, “Milli Qəhrəman” adı almış şəxsi belə bu statusdan məhrum etməyə gətirib çıxara bilər. Ona görə də qəhrəman statusu yalnız “şücaət günü”ylə bitmir.
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı indiyədək 226 nəfərə verilib. Lakin onlardan 2-si sonradan bu tituldan məhrum edilib. 1 nəfər isə hazırda həbsdədir.
Modern.az saytı “Milli Qəhrəman” fəxri adına kölgə salanlarla bağlı yazını təqdim edir.
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adından məhrum edilmiş iki nəfərdən biri Rasim Əkbərov, digəri Surət Hüseynovdur.
Polkovnik Rasim Ağa oğlu Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin komandiri olub. Onun atası Ağa Əkbərov 1993–2000-ci illərdə Goranboy rayonu İcra hakimiyyətinin başçısı işləyib.
Rasim Əkbərov Prezidentin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü.
1 yanvar 1994-cü ildə isə ona "Azərbaycan Bayrağı" ordeni verilmişdi.
Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhddə təqsirli bilinərək 15 illik həbs cəzası alıb. 18 iyul 2001-ci ildə ölkə Prezidentinin 537 saylı fərmanı ilə Rasim Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
Rasim Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
Polkovnik Surət Davud oğlu Hüseynov 1992-1993-cü illərdə Azərbaycan Ordusunun korpus komandiri, prezidentin fövqəladə səlahiyyətli nümayəndəsi olub. 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisində həyata keçrilən uğurlu döyüş əməliyatlarından sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Prezident bununla bağlı 9 oktyabr 1992-ci il tarixli fərman imzalamışdı.
1993-cü ilin 4 iyununda Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. O zaman Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi əməliyyat uğursuzluqla nəticələnmişdi.
Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub.
Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda AXC hakimiyyətinin yıxılması ilə nəticələnib.
Bu qiyamın nəticəsində ölkə vətəndaş müharibəsi astanasına çatdığından, vəziyyətdən çıxmaq üçün Naxçıvan Ali Məslicinin o vaxtkı sədri Heydər Əliyev Bakıya dəvət edilmişdi.
Surət Hüseynovun qiyamı onun Baş nazir təyin edilməsi ilə başa çatdı. O, 30 iyun 1993-cü ildə Milli Məclisin sədri və Prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən Baş nazir təyin edildi.
7 oktyabr 1994-cü ildə S.Hüseynov Baş nazir vəzifəsindən azad olundu. O, Heydər Əliyev iqtidarına qarşı da dövlət çevrilişinə cəhdə qalxdı.
1994-cü il oktyabrın 14-də Milli Məclis S.Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs-qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilməsi barədə qərar qəbul etdi.
Bundan sonra S.Hüseynov Azərbaycandan qaçdı. O, 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirildi və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edildi.
S.Hüseynov 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olundu.
Həbsdən azad olunandan sonra S.Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul oldu.
“Qiyamçı polkovnik” adı ilə tanınmış Surət Hüseynov 2023-cü il iyulun 31-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat etdi.
Yuxarıda adları çəkilən iki nəfərdən fərqli olaraq, ağır cinayətdə təqsirləndirilərək 10 il həbs cəzası alan sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərov "Milli Qəhrəman" adından məhrum edilməyib.
Rövşən Telman oğlu Əkbərov birinci Qarabağ Müharibəsində iştirak edib. Ona Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
R.Əkbərov 1995-ci il mart hadisələri zamanı “OMON” silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (1993-cü il; 1995-ci il).
R.Əkbərov 2011-2020-ci illərdə Ordu korpuslarından birinin komandiri olub. 2020-ci ildə vəzifəsindən azad edilib.
2021-ci ilin oktyabrında R.Əkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 müddətinə azadlıqdan məhrum edilib. O Ukraynada azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilib.
Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində baş verib. İstinqa müəyyən edib ki, R.Əkbərov Elçin Əliyev ilə aralarında yaranmış münaqişə zamanı sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürüb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adının alınmasını zəruri hesab etməyib. Buna səbəb kimi rütbə və fəxri adın geri alınması üçün təqdimatın olmadığı göstərilib.
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov artıq 5 ildir ki, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!
Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu
Son Xəbərlər
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Şəkildə ilk nə gördün? (Psixoloji vəziyyətin haqqında acı həqiqət)
İnsan beyni bəzən sadə bir mürəkkəb ləkəsində belə öz ruhunun gizli şifrələrini tapır. Sənin bu qarışıq formalarda ilk gördüyün şey əslində xarakterinin ən dərin qatlarından gələn bir mesajdır. Bu test sadəcə vizual qavrayış deyil, şüuraltının sənə açdığı gizli bir pəncərədir. Bəlkə sən hər kəsin görmədiyini görən bir xəyalpərəst, bəlkə də hər şeyi incəliyinə qədər hesablayan bir strateqsən – bunu öyrənməyin vaxtı gəldi! Nəticələr səni elə təəccübləndirəcək ki, özün haqqında bu vaxta qədər
Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic olur...
Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. "Bakuinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30