Ölkə

Samir Nuriyev onu ictimaiyyətə təqdim etdi - Fotolar

Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib. “Bakuinfo” xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar

14:12, 13 noyabr Ölkə

Fuad Nəcəfli buna görə İŞDƏN ÇIXARILIB

Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Fuad Nəcəfli Naxçıvanda Dövlət Proqramı layihəsini gecikdirdiyinə görə işdən çıxarılıb. Qeyd edək ki, F.Nəcəfli 2022-ci ilin dekabr ayında həmin vəzifəyə təyin edilmişdi. (Unikal.az)

13:00, 13 noyabr Ölkə

Göygölün yeni başçısı bu məmurun oğludur

Dünən Naftalan şəhərinin icra başçısı vəzifəsindən azad edilərək Göygöl rayonunun icra başçısı təyin edilən Vüqar Novruzov yüksəkvəzifəli məmurun oğlu imiş. “Bakuinfo” xəbər verir ki, Vüqar Novruzov Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzovun oğludur. 75 yaşlı Vahid Novruzov iqtisad elmləri doktoru, professordur. O, 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri vəzifəsində işləyir və 2020-ci ildə “Şöhrət” ordeni ilə

12:30, 13 noyabr Ölkə

Yeni başçı kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elşən Nazim oğlu Həsənli bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. "Bakuinfo" xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Elşən Həsənli ona

12:29, 13 noyabr Ölkə

Yeni vəzifəsinə görə Baş nazir postundan azad olundu - Foto

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib. “Bakuinfo” xəbər verir ki, iclasın gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib. Qərar layihəsi səsə qoyularaq qəbul olunub. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan MR-in Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin

18:11, 12 noyabr Ölkə

Qaxa da yeni icra başçısı təyin olundu

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, E.Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, sabiq icra baçşısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs olunub.

13:51, 12 noyabr Ölkə

Elxan İbrahimov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

13:49, 12 noyabr Ölkə

Orxan Mürsəlov Göyçaya icra başçısı göndərildi

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov vəzifəsindən azad edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə O. Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.

13:48, 12 noyabr Ölkə

İlham Əliyev həbs olunan icra başçısının yerinə onu təyin etdi

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər Sərəncamla, Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

13:33, 12 noyabr Ölkə

Prezident Fuad Nəcəflini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Fotoda Ceyhun Cəlilov

13:31, 12 noyabr Ölkə

Powered by MirTech