Eldar Əzizovun irad tutduğu məmur İŞDƏN ÇIXARLIDI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikov vəzifəsindən azad olunub. "Bakuinfo" xəbər verir ki, bu barədə departamentin sədri Rəfail Mehralıyev əmr imzalayıb. F.Məlikov işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsində azad edilib. Hələlik Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə yeni təyinat olmayıb. Bu vəzifənin icrası trestin baş mühəndisi Sabir Həsənova həvalə edilib. Qeyd edək ki, oktyabrın
Gömrük generalı bir gündə 637 nəfəri vəzifəyə təyin edib
Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyində bir gündə 637 nəfər vəzifəyə qəbul edilib. "Bakuinfo" xəbər verir ki, 8 iyul 2025-ci il tarixli sərəncama əsasən, "Azərterminalkompleks" Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq olunub. Dəyişikliyə əsasən, "Azərterminalkompleks" nəzdində Ərazi Şöbələrinin Əlaqələndirməsi İdarəsi yaradılıb. Həmin idarəyə Mirəli Seyidov rəis təyin edilib. Ərazi Şöbələrinin Əlaqələndirməsi İdarəsinin
Metroda tezliklə BU ÜSULLA ödəniş etmək mümkün olacaq
Metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəniş etmək mümkün olacaq. "Bakuinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, yenilik hazırda "bənövşəyi xətt"in bütün stansiyalarında ("Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr") sınaq mərhələsindədir və tezliklə bütün xətlər
Düşmən Ordumuzu dayandırmaq üçün, görün, hansı yollardan istifadə edib - Video
30 ildən artıq müddətdə düşmən işğalında olmuş ərazilərimizdəki keçmiş döyüş postlarının yeni kadrları yayımlanıb. "Bakuinfo" xəbər verir ki, Ağdam rayonunda çəkilən görüntülərdə düşmənin uzun müddət müşahidə və atəş nöqtəsi kimi istifadə etdiyi mövqelər, səngər strukturu və qurulan rabitə sistemləri əks olunub. Səngərlər əsasən kustar üsulla hazırlanmış beton dirəklərlə möhkəmləndirilib. Eyni zamanda, ermənilərin borulardan hazırladığı partlayıcı qurğuların bəziləri hələ də ərazidə
Kənd Təsərrüfatı Nazirliyində QALMAQAL - 6 aylıq nazir işçiləri tərəfindən döyülüb
“Naxçıvan Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində bir neçə gün əvvəl tarixə düşəsi dava-qalmaqal qeydə alınıb. Nazirliyin Bəybəla adlı bir şöbə müdiri tabeçiliyində olan bir xanım işçisinə qarşı kobudluq edib”. “Bakuinfo” xəbər verir ki, bunu əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz bildirib. Onun sözlərinə görə, həmin xanımın həyat yoldaşı bunu eşidib nazirliyə hücum çəkib: “Çıxan böyük qalmaqalı yatışdırmaq üçün Naxçıvanın Daxili İşlər Nazirliyinin əməkdaşları hadisələrə
44 günlük müharibənin “Dəmir atlı” cəngavəri
Həyatla vidalaşmaqlarının 5 ili tamam olan şəhidlərimizi xatırladıqca, istər-istəməz kövrəlirik. Yarımçıq ömürləri kimi arzu-xəyalları, həvəs-istəkləri də yarıda qırılan, torpağa, Vətənə sevgisini canını fəda etməklə sübut edən şəhidlərimiz, təbii ki, unudulmur. Onların hər birinin adı ilə fəxr edirik. Bu gün ömrünü Vətənə qurban verənləri qürurla anırıq. Qələbənin 5 illiyi ərəfəsində xatırladığımız igidlərimizdən biri də Orxan Eminalıyevdir. Orxan 1994-cü il noyabrın 5-də Tovuz rayonunun
Noyabrda qeyri-iş günləri - TƏQVİM
Noyabr ayında 12 gün qeyri-iş günü olacaq. "Bakuinfo" bildirir ki, 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə düşdüyü üçün həmin tarixlərdə ardıcıl istirahət olacaq. Bununla əlaqədar 10 və 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib. Beləliklə, bu ay şənbə və bazar günləri də nəzərə alınmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri istirahət günləridir.
Qızının şikayəti əsasında işdən çıxarıldı - 100 minlik yeyinti
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb. "Bakuinfo" Unikal-a istinadla xəbər verir ki, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb. Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.
Kimlərə sürücülük vəsiqəsi 2 illik verilir?
Bildiyimiz kimi, sürücülük vəsiqəsinin ümumi etibarlılıq müddəti 10 il təşkil edir. Lakin bu qayda bütün sürücülərə şamil olunmur, bəzi şəxslər üçün vəsiqənin qüvvədə qalma müddəti daha qısadır. "Bakuinfo" xəbər verir ki, qanunvericiliyə əsasən, sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən qurum tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 60 yaşına çatmamış şəxslər üçün – 10 il; 60 və daha çox yaşı olan şəxslər üçün – 70 yaş tamam olanadək qalan müddət; 70 və daha çox yaşı
İxrac üçün nəzərdə tutulmuş 160 tondan yuxarı alma MƏHV EDİLƏCƏK
"Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Bakupost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb. Məhsul partiyaları Türkiyənin idxal tələblərinə,