Ölkə

Əməkdar artist işdən çıxarıldı

Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov təqaüd yaşına çatdığı üçün işdən azad edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi məlumat yayıb.

14:05, 29 oktyabr Ölkə

Onlara vəzifə tapşırıldı - Foto

Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. "Bakuinfo" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmrlər imzalayıb. Pərviz Müseyibli əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda

13:14, 29 oktyabr Ölkə

Prezidentin qızları Qaxda - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib. “"Bakuinfo” xəbər verir ki, açılış mərasimi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu

12:21, 29 oktyabr Ölkə

YAP-çı millət vəkili Kəramət Böyükçölün videosunu paylaşıb - QALMAQAL

Milli Məclisin daha bir deputatının sosial şəbəkə paylaşımı qalmaqal yaradıb. "Bakuinfo" xəbər verir ki, YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək, paylaşım edib. Deputatın bu hərəkəti isə birmənalı qarşılanmayıb. Xatırladaq ki, bir neçə gün öncə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni paylaşıb. Sözügedən məqaləni Yeni Azərbaycan

12:16, 29 oktyabr Ölkə

Azərbaycanda 17 yaşlı qız toy gecəsi vəfat etdi

Astarada dünən toyu olan gəlin bu gün ölüb. “Bakuinfo” APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

10:54, 29 oktyabr Ölkə

İlham Əliyev Horovluda - Foto

Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Açılış mərasimi zamanı çəkilən foto diqqət çəkib. Belə ki, İlham Əliyev Horovludakı dağılmış binanın qarşısında foto çəkdirib. Bu bina Böyük Qayıdışın simvolu kimi xarakterizə olunur. Binanın üzərində "Biz qayıtdıq" sözləri yazılıb. (Oxu.Az)

15:05, 28 oktyabr Ölkə

Metroda YENİLİK - Artıq tələbə kartları ilə...

Bakı Metropolitenində tələbə kartları ilə təmassız ödəniş sistemi test edilir. "Bakuinfo" xəbər verir ki, Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib. Layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir, ilkin mərhələdə isə "Kapital Bank"ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin

12:10, 28 oktyabr Ölkə

Paytaxtı gözləyən təhlükə: 72 il əvvəl “peyda oldu” – Dövlət hərəkətə keçir?

Növbəti il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinə 450 milyon manat ayrılması planlaşdırılır. Bu məsələ ictimaiyyətdə bir sıra narahatlıqlara səbəb olub. Belə ki, bir neçə il əvvəl zavodun Qaradağa köçürülməsi müzakirə olunurdu. Lakin neftin ucuzlaşması, iqtisadi böhran, devalvasiya və inflyasiya səbəbindən layihə yarımçıq qaldı. Mütəxəssislər bildirirlər ki, zavodun yaşayış məntəqəsində yerləşməsi həm təhlükəsizlik, həm də ekoloji baxımdan yolverilməzdir.

12:06, 28 oktyabr Ölkə

Ramiz Mehdiyevin hakim qohumu VƏZİFƏDƏN GEDİR

Nizami rayon Məhkəməsinin hakim Nəriman Hüseynqulu oğlu Mehdiyev üçün Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşının oğludur. Son hadisələrdən sonra onun da hakimlikdən uzaqlaşdırılması gündəmə gəlib. Onun adı buna qədər bir sıra ədalətsiz məhkəmə qərarında çəkilib. Əmisinə dövlətə xəyanət ittihamı ilə cinayət işi açıldıqdan sonra hakim Nəriman Mehdiyevin də məhkəmə-hüquq sistemində qalması sual doğurur. Odur ki, onunla bağlı qərar veriləcəyi istisna

20:57, 27 oktyabr Ölkə

Ölkəmizdə nə baş verir?

Bu sualın cavabı indi hər kəsi rahatsız edir. Kimi susur, kimi danışır, kimi də “məni maraqlandırmır” deyib keçməyə çalışır. Amma elə hadisələr baş verir ki, ona susub keçmək də olmur. Bu ölkədə baş verən hər şey hamıya aiddir. Müəllimə də, həkimə də, məmura da, nazirlə çay içənə də, sıravi vətəndaşa da. Hamı dərs götürməlidir. “Mənlik deyil” dövrü bitib. İlk başdan görünən odur ki, sui-istifadə dövrü də bitir. “Tanışım var, düzəldərik” dövrü də bitir. İndi dürüstlüyün, şəffaflığın,

12:49, 27 oktyabr Ölkə

Powered by MirTech