Ölkə

Baş nazirdən QƏRAR: Bu nazirliyə yeni səlahiyyət verildi

Nazirlər Kabineti 6 noyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar

13:36, 23 oktyabr Ölkə

DYP-nin nəzarət tədbirləri davam edir

Oktyabr ayının 20-dən etibarən respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə nəzarət tədbirləri davam etdirilir. Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir keçirilib. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, havanın çirklənməsinin

12:00, 23 oktyabr Ölkə

Təqaüd və müavinət alanların DİQQƏTİNƏ - Bu tarixdə...

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin oktyabrın 24-də yekunlaşdırılması nəzərdə tutulub. "Bakuinfo" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

10:31, 23 oktyabr Ölkə

Azərbaycanda yubiley ilə bağlı yeni medal təsis olundu - Foto

"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı təsis edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Yubiley medalı haqqında əsasnaməyə görə, Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına,

14:35, 22 oktyabr Ölkə

Qəzaya uğrayan təyyarə ilə vacib AÇIQLAMA

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına dair araşdırmanın nəticələri Yeni ildən sonra ictimaiyyətə açıqlana bilər. "Bakuinfo" xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib. Onun sözlərinə görə, istintaq bir ilə yaxındır davam edir və faciənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. (Axar.az)

14:31, 22 oktyabr Ölkə

Nazirlikdə yüksək vəzifəyə təyinat

Müdafiə Sənayesi Nazirliyində yeni kadr təyinatı olub. "Bakuinfo" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb. Əmrə əsasən, Anar Nadir oğlu Dadaşov qurumun maliyyə və uçot şöbəsinin müdiri təyin edilib. O, əvvəllər Azərbaycan Mərkəzi Bankının (AMB) nağd pulun idarə edilməsi şöbəsinin rəisi postunda işləyib. Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri vəzifəsi xeyli müddətdir boş idi. Şöbə

14:11, 22 oktyabr Ölkə

Hərbi xidmətə hazırlaşanların diqqətinə - Yenilik var

Artıq vətəndaşlar hərbi xidmətlə bağlı məlumat və bildirişləri "myGov" platforması üzərindən onlayn əldə edə bilərlər. "Bakuinfo" xəbər verir ki, bu imkan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə layihəsi nəticəsində yaradılıb. Məlumata görə, "myGov" üzərindən vətəndaşlar ilkin hərbi qeydiyyat, hərbi həkim komissiyasının qərarları, möhlət

13:40, 22 oktyabr Ölkə

Dövlət başçısı onlara verilən pulun məbləğini artırdı

Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi

13:34, 22 oktyabr Ölkə

SON DƏQİQƏ! Generalla bağlı qərar verildi

Dövlət Miqrasiya Xidmətində yeni təyinat olub. "Bakuinfo" Editor.az-a istinadla xəbər verir ki, general-mayor Habil Nağıyev xidmətin rəis müavini təyin edilib. Xatırladaq ki, bundan əvvəl Habil Nağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində çalışırdı.

13:32, 22 oktyabr Ölkə

Prezident İlham Əliyevdən Dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulub. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

13:28, 22 oktyabr Ölkə

Powered by MirTech