Beynəlxalq axtarışa verilmiş 4 nəfər Bakıya gətirildi
Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs ölkəmizə ekstradisiya edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyaları
Məşhur tarzənin nəvəsinə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edəcək şəxsin adı məlum olub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən bu vəzifə Qurban Primova həvalə edilib. Qeyd edək ki, Qurban Primov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.
Bakıda ətin qiyməti qalxdı
Bakıda bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb. "Bakuinfo" Unikal-a istinadla xəbər verir ki, əvvəl 19-20 manata satılan sümüksüz ət indi 21 manata qədər bahalaşıb. Sümüklü mal əti isə 19 manatdır. Satıcıların sözlərinə görə, bahalaşmanın səbəbi kimi danaların azlığı göstərilir. Satıcılar bildirirlər ki, hazırda bazarlarda qoyun ətinin də qiyməti 21 manatdır.
Azərbaycan təyyarəsi İrəvana eniş edib
Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb. “Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi İrəvan hava limanına enib”, - deyə o qeyd edib. Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb. Bu haqda “Sputnik Ermənistan” da yazıb. Qeyd
O da İlham Əliyevlə birlikdə Qazaxıstan səfərinə gedibmiş - Foto
Xəbər verdiyimiz kimi, 20-21 oktyabr tarixlərində Prezident İlham Əliyev Qazaxıstana səfər edib. "Bakuinfo" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, səfərdə Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubov da iştirak edib. Qeyd edək ki, Bəylər Əyyubov bu ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyin olunub.
Azərbaycanda bu şəxslər vəzifələrindən azad edilir - QƏRAR
Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb. Elm və Təhsil Nazirliyinin struktur islahatları çərçivəsində bir sıra elmi müəssisələr birləşdirilərək yeni institutlar yaradılıb. Maraqlıdır, yeni institut və müəssisələrə yeni rəhbərlərin təyinatı nə vaxt həyata keçiriləcək? Hazırkı rəhbərliklərin fəaliyyətinə davam etməsi, yaxud yeni kadrlarla əvəzlənməsi nəzərdə tutulurmu? "Bakuinfo" xəbər verir ki,
Gürcüstanla sərhəd nə vaxt açılacaq?
Tiflisin yeni təklifinə Bakı razı olacaqmı? 2020-ci ildən bəri Azərbaycanın quru sərhədləri bağlıdır. Əvvəlcə bu qərarın əsas səbəbi pandemiya idi. Lakin indi reallıq ondan ibarətdir ki, sərhədlərin bağlı saxlanması artıq müvəqqəti addım yox, davamlı təhlükəsizlik prioritetidir. Sonuncu dəfə baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən ölkədə tətbiq edilən xüsusi karantin rejimi gələn ilin yanvarınadək uzadılıb. "Bakuinfo" xəbər verir ki, Azərbaycan və Gürcüstan arasında sərnişin
Pensiyaçılara şad xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb. Axar.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd edilib ki, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Yavər Camalovun gəlini dünyasını dəyişib
Azərbaycanın mərhum müdafiə sənayesi naziri Yavər Camalovun gəlini vəfat edib. “Bakuinfo” xəbər verir ki, sabiq nazirin oğlu, polis polkovniki Elşən Camalovun həyat yoldaşı İradə Camalova dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev və digər rəsmilər Camalovlar ailəsinə başsağlığı verib. Qeyd edək ki, Elşən Camalov daxili işlər orqanlarında işləyir. O, Nizami Rayon Mühafizə Polisi İdarəsinin
Bakıda 26 milyona məhkəmə binası tikilir... - Foto
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisi davam edir. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, Bakı İstintaq Təcridxanası (“Kürdəxanı” təcridxanası) ilə üzbəüz inşa olunan kompleksdə işlər bu ilin fevral ayından başlayıb. Layihənin iki il ərzində təhvil verilməsi nəzərdə tutulub. Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisi Ədliyyə Nazirliyinin elan etdiyi tenderdən sonra "TVM İnşaat” şirkətinə həvalə edilib. Kompleksin tikintisi 25 milyon